Aynara1
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Aynara İbrahimovanın RƏYİ

Nəhayət Fəxri bəyin dəyərli kitabını oxuyub bitirdim. 
Kitabı çox bəyəndim, yazılış oqədər sadə və anlaşılandır, rahat oxunur və əsas da oxuduqca Fəxri bəyin tələffüzü hiss olunur :)

Kitabı oxuduqca, həyatın hər bir məqamı (ailə, karyera, şəxsi inkişaf və dəyərlər) üçün doğru şəkildə planların qurulması, işlərinin vaciblik dərəcələrinə görə sıralamağın nə qədər əhəmiyyətli olduğunu anlayırsan. Görməli olduğumuz işlərin planlanması bizim fikirlərimizdə olan qarışıqlığın artıq beynimizdə deyil, yazılı və nizamlı formada göz önündə saxlamağımıza, onları vaxtında icra etməyimizə yardımçı olur, bunun sayəsində işimiz olduqca asanlaşır və biz həm fiziki yorulmuruq həm də beynimiz rahatlıq tapır. İnsanın daim ağlında baş verən bu sorğu-suallara görə, “sabah nə edəcəm, işdə nə olacaq, hansı işim yarım qaldı, kimə nə dedim, nə söz verdim, oxuduğum kitabdan nələr öyrəndim və s.” fikirlərinə görə konsentrasiyası pozulur və gördüyü işləri də qeyri-effektiv olur. Kitab həm kitab oxumaq həvəsi, həm idman və sağlamlığımıza qiymət verməli olduğumuzu, həm də ailəmizin və həyatımızda olan digər dəyərlərə də mütəmadi vaxt ayırmaq lazım olduğunu xatırladır insana.

Mən hər zaman idman və sağlamlığıma diqqət ayırmışam. Fəxri bəylə dəfələrlə bu barədə müzakirələrimiz olub. Fəxri bəy, bu kitabda sizin idman və sağlamlıqla barədə yazılarınız da çox ibrətamizdir. İdmanla bağlı gələcək hədəfləriniz təqdirə layiqdir. Uğurlarınıza sevinirəm. 

Kitabın ən üstün cəhəti bizim gənclərimizə doğru yolda irəliləmək üçün göstərilən üsullarıdır. Bu məncə hər bir gəncin stolüstü kitabı olmalıdır. İşlərini doğru planlamaq, irəli getmək və karyera sahibi olmaq istəyən gənclər üçün bu kitab bir növ xəzinəyə aparan xəritə rolunu oynayır. 

Kitabdan zamanımızın bizim üçün necə dəyərli olduğunu öyrəndim. Onu necə düzgün istifadə etmək lazım olduğunu. İşlərimizin necə daha düzgün planlamağı, nələrin bizə ziyan verdiyini, nələrin həyatımızda daha effektiv rol oynadığını düzgün dəyərləndirməyi. Və ən əsası uğursuzluqlara və baş verən mənfi hadisələrə başqa prizmadan baxmağı öyrəndim. Onların bizim yüksəlməmizdə, irəliyə doğru daha qətiyyətlə addımlamağımıza böyük stimul olduğunu anladım.

Kitabı oxuduqdan sonra belə qərara gəldim ki, insan daha çox öz üzərində işləməlidir. Şəxsi inkişaf, karyera biliklərinin toplanması üçün doğru addımlar atmaq lazımdır. Buna kitablar, məlumat mənbələrinin doğru seçimi, doğru insanlardan doğru informasiyalar toplamaq da aiddir. Beynimizi artıq məlumatlarla doldurmaq yerinə, ancaq həyatımıza doğru və müsbət təsir göstərəcək işlər görməliyik. 

Kitabda ən çox xoşuma gələn bölüm, “Zamanın idarə olunması sütünları” oldu. Zaman bölgüləri oqədər mükəmməl və konkret şəkildə göstərilmişdir ki, hazır vəsait kimi istifadə edə bilərik.

Yaddaşıma həkk olunan 3 cümlə:
1) Məsələ vaxtın miqdarında deyil, keyfiyyətindədir və qarşımızda olan işlərimizin zamanın miqdarına görə yox, keyfiyyətinə görə həll etməliyik.

2) Məhz indi və bu anda həyatınızı əlinizə almalısınız və bəxt, şans və uğuru gözləməməlisiniz.
3) Bəzən bizim uğursuzluqlarımız və məğlubiyyətimiz bizim qalibiyyətlərimizdən daha çox fayda verir, çünki uğursuzluqlarımız bizim zəif yerlərimizi görmək və onları gücləndirmək imkanı verir, halbuki müvəffəqiyyət bizə aldadıcı güvən hissi verə bilər və biz zəif tərəflərimizi görməyəcəyik. Məğlub olmayan irəli getmir. 

Yekunda bu kitab niyə oxunmalıdır deyə sual versələr, cavabımda:
1) Bu kitab birinci növbədə həyatda hədəflərini təyin edə bilməyən gənclər üçün çox effektiv olacaq. 

2) Kitabda həyatın (ailə, karyera, din, idman və digər dəyərlərimiz) və işlərin necə doğru şəkildə planlaması üsulları dəqiq şəkildə göstərilmişdir. Bunun hamıya faydası olacağına əminəm. 
3) Bizim daim uğurlu olduğunu düşündüyümüz məşhur insanların da həyatlarından nümunələr və sitatlar gətirilib. Əslində onların qazandığı uğurların yaşadıqları uğurzluqların sayəsində əldə etdiklərini və hazırki müvəffəqiyyətlərin təməli olduqlarını bildirirlər. Yaşanan uğursuzluqlara görə ruhdan düşməməyi və daim irəli getmək lazım olduğu faktlar əsasında göstərilmişdir. 

Sonda, bu dəyərli kitaba görə öz adımdan və kitabı oxuyan bütün oxucular adından Fəxri bəyə dərin minnətdarlığımı bildirirəm. Sağ olun ki, bizə belə bir xəzinə təqdim etdiniz. Kitabı oxuyan hər bir şəxs adından əminliklə deyə bilərəm ki, zəhmətiniz boşa getməyəcək və bu kitabı oxuyan hərkəs ondan maksimal dərəcədə faydalanacaq və sizin məsləhət və təlimatlarınıza əməl edəcək.

Aynara İbrahimova

PRONET İnsan Resursları Meneceri

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *