12376773_10207729920942811_5031179937655056793_n2
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Elçin ƏZİMLİNİ RƏYİ

26.02 tarixində kitabı oxumağa başlayanda Elçin Əzimli belə status paylaşmışdı : “Dəyərli dostum Fahrinin uzun zamandır gözlədiyim kitabını oxumağa başladım. Kitab iddialı sözlərlə başlayır: “Hər gün aldığınız qərarlar və etdiyiniz seçimlərlə siz gələcəkdəki müvəffəqiyyətlərinizi inşa edirsiniz. Gələcəyiniz öz əllərinizdədir.”

Bitirdikdən sonra fikirlərimi paylaşacağam.

Kitabı bitirdikdən sonra isə belə bir RƏY yazmışdı Facebook profilində : 

Dostum Fəxri Ağayevin “Saxla zamanı, gələr zamanı” kitabını maraqla oxudum. Bu kitabı bəyənməyimin və şəxsi inkişaf ədəbiyyatına maraq göstərənlərə tövsiyyə etməyimin əsas səbəbləri aşağıdakılardır:

1. Kitaba sistematiklik hakimdir. Mövzular ardıcıl və bir-biri ilə ahəng içərisində yazılıb.

2. Kitab hər yaşdan və təbəqədən insana xitab edir. İş həyatına yeni qədəm qoyacaq gənclərin bu kitabdan öyrənəcəyi məsələlər olduğu kimi, mən də, ümumi iş təcrübəsi 16 il olan şəxs olaraq öz növbəmdə bu kitabdan özümə lazım olanları aldım – xüsusən, vaxtın idarəolunması mövzusunda.
3. Kitab şəxsi inkişafa dair bütün əhəmiyyətli mövzuları artıqlaması ilə əhatə edir.

Zamanına, şəxsi inkişafına və gələcəyinə sərmayə qoymaq istəyənlər mütləq bu kitabı oxumalıdır. Kitabda xoşuma gələn yerlərdən birini burada paylaşıram.

Yaxşı mütaliələr!  :)

Elçin Əzimli

“Azersun Holding” İşə Qəbul Xidməti Rəhbəri

12376773_10207729920942811_5031179937655056793_n

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *