спичка_макро_огонь
Düşüncələrim Məqalələrim

Xalqımızın sağlamlığı

Siqaretin ziyanı haqqında söhbət olanda insanların 2 tip arqumentləri olur :
– Dostumun babası (qonşumuz, qohumumuz) vardı, gündə 3 paket siqaret çəkirdi, və 100 il yaşadı;
– Bir idmançı tanışım vardı, siqaret çəkmirdi, içki içmirdi, amma xərçəngdən öldü. Qədərdir, qismətdir, siqaret çəkməklə deyil.
Bu fikirləri söyləmək təhlükəlidir, çünki bu tip fikirlər insanları, xüsusiyyətlə də gəncləri səhv istiqamətə apara bilər. 
1. Kiminsə hər gün 2 paket siqaretə çəkərək 90-100 yaşına qədər yaşaması istisna haldır. Gündə 2 paket siqaret çəkən adam 20 yaşında ikən bilə bilməzdi ki, o 100 il yaşayacaq. Kimin belə bir qarantiyası var indidən?
2. Kim bilir, bəlkə siqaret çəkməsəydi, 150 il yaşayacaqdı?
3. Siqaret məsələsində dəqiq “bəli” və ya “xeyr” cavabı yoxdur. Siqaret = ölümdür formulası yoxdur. Amma siqaret ağır və ölümcül xəstəliklərin ehtimalını kəskin şəkildə artırır.
4. Sıx sıx xəbərlərdə keçir – filan şəhərdə uşaq 9.cü mərtəbədən düşdü və ölmədi. Hətta yaralanmadı da. Amma bu o demək deyil ki, 5.ci mərtəbədən düşən adam sağ qalacaq. İstisnalar qaydaları pozmur.
5. Məsələ ancaq neçə il yaşamaqda deyil – keyfiyyətli yaşamaq və yaşamdan zövq almaq lazımdır. Siqaret çəkən insanın sağlam və gözəl yaşamır. Ağzında dad reseptorları kütləşdiyinə görə yediyi meyvələrin və Yaradanın bizə bəxş etdiyi digər təbii nemətlərin dadını bilmir. Səhər oyananda öskürməkdən ciyərləri dağılır. Ağzından, əllərindən xoş olmayan ətir gəlir. Belə 100 il yaşasa.. 1000 il yaşasa nə fərq edər?
6. Qismət, qədər… Öz zəyifliklərimiz və təmbəlliyimizin üstünü örtmək üçün istifadə etdiyimiz sözlər. Təbii ki, qismət də var, qədər də. Amma bu o demək deyil ki, insan özünü alovun içinə atmalıdır ki, qismət deyilsə bir şey olmaz.

Düşünürəm ki, millətimizin və xalqımızın gələcəkdə sağlam olması üçün ətrafımızda fikirlərimizin təsiri altında qalacaq insanlara doğru istiqamət verməliyik.

Həyatımızı və bədənimizi kiçik “zövqlər” üçün yandırmamalıyıq və bunu edən vasitələr heç bir zaman təbliğ edilməməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *