113
Sual və cavablar bölməsi

Marafon qaçmaq mənə nə öyrətdi?

Artıq uzun müddətdir ki, insanın fiziki, mənəvi və psixoloji vəziyyəti üçün güclü imtahan olan marafon qaçışları ilə məşğul olduğum məlumdur. Mənimlə ünsiyyətdə olan insanlarda daim aldığım sual “Fəxri, ümumilikdə qaçış və xüsusiyyətlə də marafon qaçmaq sənə nələr öyrətdi? Nə nəticələr çıxardın?”

Son bir həftədir bu mövzu haqqında düşünürəm – bu qədər idmanla məşğul oluram, özümü formda tuturam, qaçıram, yarışlarda iştirak edirəm, travmalar alıram. Çıxardığım nəticələri necə sistemləşdirmək olar ki, insanlar həm faydalansın, həm də motivasiya alsınlar? Bununla bərabər, beynimdə bir sual daha vardı – idman mənə enerji və gümrahlıqdan başqa nə verdi?

Marafon qaçan, qaçış əsnasında dırnaqları qopan, 30.cu kilometrdən sonra ancaq iradə gücü ilə qaçan, aylarla və illərlə həftədə 5, bəzən də 7 gün məşq edən insan nə dərslər ala bilər?

113

Müvəffəqiyyət uzun yoldur və çətindir.  

Böyük müvəffəqiyyət isə çox uzun yoldur. 42 kilometr məsafə olan marafon 42.000 metr deməkdir. Bu onminlərlə metr olan yol addımlardan ibarətdir. Bir anda və bir sıçrayışla bunu keçmək mümkün deyil – amma addımlayaraq keçmək mümkdündür. Həyatımız bütün sahələrində olan uğurlarımız da belədir – uzun olan yolu hər gün atılan kiçik addımlarla keçmək mümkündür.

Məqsədlərimizi müəyyən edərkən heç bir zaman qısa müddətli sıçrayışları düşünməmək lazımdır.

Böyük uğurlar üçün səbirli olmağı və kiçik gündəlik addımların gücünü anladım.

Ən ağır dövrün müvəffəqiyyətə ən yaxın olandır.

Anladım ki, ən çətin dövrlər bizim finala yaxınlaşdığımızda olur. “Divar” sözünü marafon haqqında yazılarda çox oxumuşdum. Qara ciyərdə qlikoqen adlı maddənin bitməsi deməkdir. Bu anda insan orqanizmi yanacaq olaraq bədən rezervlərini xərcləməyə başlayır. 30.cu kilometrdən sonra insan taqətsiz qalır. Sanki divara böyük zərbə ilə çırpılmış kimi.  Beyin artıq işləmir, bədən tamamən halsız qalır və fiziki olaraq insan bitir. Bu andan etibarən ancaq və ancaq iradə gücü insanı irəli aparır. Həyatımızda da belədir : bəzən mübarizə üçün gücümüzün qalmadığının şahidi oluruq. Ruhu güclü insanlar yola davam edir. Bədəniniz nə qədər də “dur” desə, insanın ruhu onu addmılamağa məcbur edir.

Məqsədlərə çatmaq üçün irəli getmək lazımdır.

Geri dönmək və yerinizdə durmaq həll edici olmur. Çox zəyif sürətlə belə getsən, durmadan getməlisən. Məqsədlərin varsa – böyük sürətlə qaç!!! Yoruldunsa – sürətini yavaşlat, amma yenə də addımla. Yoruldunsa – dizi üstə düş və dislərin üstə sürün. Heç taqətin qalmasa belə – yerdə uzan və məqsədlərinə bax.

Şərtlər vacib deyil

Şərtləri bəhanə etməyin. Yağış yağsa da, asfalt sürüşkən olsa da, məqsədinə və finala çatmaq üçün hərəkətdə olmalısan. Həyatımızda da belədir : qarşımıza çıxan maneələr nə olursa olsun, biz yolumuza davam etməliyik.

Marafon mənə təslim olmamağı öyrətdi.

Marafonda, 42 km boyunca attığınız hər addım insanı məqsədinə, finala doğru yaxınlaşdırmaqla bərabər, hər sonrakı addım daha ağır gəlir. Yorğunluq artır. Insanın içində bir səs təslim olmağı, bir daha sınamağı fısıldayır. Təslim olmadan, minlərlə addımı sayaraq insan addımlayaraq

Marafon mənə təslim olmamağı öyrətdi. 3 il marafon üçün hazırlaşdım – hər il də iştirak etmək üçün müraciət etdim : 2 dəfə ağır xəstələndim, bir dəfə yarışdam 3 gün öncə meniskim dizimdə yırtıldı və əməliyyat keçirdim.

Əməliyyatdan sonra 1 il qaçmadım. Gəzməkdə belə çətinlik çəkirdim. Yenə də təslim olmadım. Məğlubiyyəti qəbul etmədim – hər gün 5 dəqiqədən başlayaraq YENƏ DƏ yarışa hazırlaşdım, yayda 40 dərəcə istidə, qışda qar və yağış altında məşqlər edərək  42 km qaçdım və marafonçu oldum.

Ancaq ölüm anında məğlubiyyətlə barışaram!

Və ancaq sön nəfəsiimi verəndə çatdıra bilmədiyim işlər üçün “qismət deyilmiş” deyərəm.  

O ana qədər isə öz işlərim, planlarım və xəyallarım üçün döyüşməyi öyrəndim.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *