Gördüklərim, eşitdiklərim

Hər şeyi bilənlər :)

22.07.2015

Belə bir tip insan var – hamımız belələrini görmüşük və tanıyırıq. Bunlar şəhərdə hansı bina kimindir, kim nə avtomobili sürür bilirlər.
Bu dialoq onları göstərir :
– Fəxri, bilirsən bu bina kimindir?
– Yox.
– Polkovnik var, asabist, Tofiq, tanıyırsan?
– Yox.
– Bilmədin kimdir???!!!! aydaaa. Tamojnuda bir qaqaş var eeee, kartof işinə baxır, o gün də onunla oturmuşduq bir məclisdə. Təzə Land Cruiser sürür. 015. Rafiq. Tanıdın?
– Yox.
– Bilirsən Rafiq kimdir? Filan komitənin sədrinin yoldaşının bibisi oğlunun dayısıdı daaaa.
– Ola bilər. Nədir ki?
– Bax bina həmin Tofiqindir. Zor oğlandı. Çox “skromnı”-dı.
– Cəhənnəmə gora. Neyniyim indi?
– (pərt olur) Vabşe də, elə belə dedim bəlkə bilirsən.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *