Gördüklərim, eşitdiklərim

KLASİK DİALOQ

20.07.2015
– Fəxri müəllim, bir oğlan var, bilirsiniz necə tərbiyəlidir?
– Təsəvvür edirəm (“nə desiniz edəcək” kateqoriyasındandır)
– Onun üçün nə etmək olar?
– Nə istəyrisiniz ki? (Evləndirmək, iş tapmaq, avtomobil almaq :))
– Bilirsiniz, ağıllı oğlandır. İngilizcə də, Rusca da bilir.
– Hmmmmmm….. (yəqin seriallardan Türkcəni də öyrənib)
– Kompyuteri də bilir !!!
– Hmmmmm…. (vaaay be, kalkulyatoru unuddunuz deməyi)
– Ona iş tapmaq mümkündür?
– Baxın, bir sual verim. Konkret olaraq NƏDİR sənədi? Və məqsədi?
– Nə desəniz edəcək.
– Bunu anladım (Qul olacağını anladım). Nə verəcək şirkətə?
– Fəxri müəllim, dilləri bilir, kompyuteri bilir. Daaaay neynəməlidir ki?
Bu tip insanların böyük hissəsi işə düzəldikdən sonra “diplomum var, dilləri bilirəm, kompyuteri söküb yığıram” havasında olaraq ortalıqda gəzir, çay-kofe içir və “karyera etdiyini” düşünür.
Və bu həyatda yeni mərhələ başlayır – “artıq evləndirmək lazımdır, işi-gücü də var”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *