Gördüklərim, eşitdiklərim

Ödənişli təhsil :)

26.07.2015

Rəhbərlik etdiyim şirkətlərdən birində gənc bir əməkdaşım vardı, həm işləyirdi, həm özəl bir universitetdə “oxuyurdu”. Bir dəfə ona necə həm oxuduğunu, həm də işlədiyini soruşdum.
– Necə oxuyursan sən, işləyə işləyə?
– Müəllim, Azərbaycandıda, “bir təhər” həll eliyirik.
– Bir təhər? Sən özəl uinversitetdə oxumursan?
– Bəli müəllim.
– Hər il təhsil haqqı ödəyirsən?
– Bəli…
– Yəni sən bir əlinlə universitetə oxumaq üçün ödəniş edirsən, digər əlinlə isə dərsə gedməmək və bilik almamaq üçün ödəniş edirsən?
– Müəllim, neyniyim axı, diplom lazımdır da 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *