jj
Məqalələrim

Gözlərimizlə görürük?

     Bir şəhərin girişində yaşlı bir insan oturmuşdu. Ona bir nəfər yaxınlaşır. Görünüşündən anlaşılır ki, bu adam uzaqdan gəlib.

     – Mən heç bir zaman bu şəhərdə olmamışam. Necə insanlar bu şəhərdə yaşayır? – deyə soruşur bu adam yaşlı insana.

    – Bəs sənin tərk etdiyin şəhərdə necə insanlar yaşayırdı? – yaşlı insan ona soruşur

     – Pis və eqoist insanlar və mən düşünmədən onlardan ayrıldım və buna da peşman deyiləm.

     – O zaman, dostum, sən burada da eyni insanları görəcəksən.

 

   Bir müddət sonra başqa adam şəhərə yaxınlaşır və eyni sualı yaşlı insana verir :

     – Mən heç bir zaman bu şəhərdə olmamışam. Buranın adətlərini və insanlarını tanımıran. Necə insanlar bu şəhərdə yaşayır?

     Yaşlı insan  yenə suala sualla cavab verir :

     – Bəs sənin tərk etdiyin şəhərdə necə insanlar yaşayırdı?

     – Xoş, qonaqpərvər və müsbət insanlar idi. Əksəriyəti ilə dost olmuşdum və oranı tərk etmək mənim üçün çətin oldu.

     – O zaman burda da eyni insanları görəcəksən

 

     Şəhərə mallarını gətirən tacir bu iki söhbəti də eşidir və təəccüblənərək yaşlı insana sual verir :

     – Necə olur axı? Sən eyni suala iki ayrı insana fərqli cavablar verdin

     Yaşlı adam da belə cavab verir :

     – Hər insanın ürəyində öz dünyası var. Əgər gəldiyi yerdə yaxşı bir şey görməyibsə, o bunu burda da görməyəcək. Ətrafında müsbətləri görən insan isə burda da müsbətləri görəcək və dost tapacaq. Çünki biz ətrafda olan insanlarda ancaq özümüzdə, daxilimizdə olan xüsusiyyətləri görürük

 

     Həqiqətən də belədir. İnsanların ətraflarında baş verən hadisələrə reaksiyaları onların daxili dünyalarının birbaşa əksidir. Bir nəfər iş görür, o işin müsbət və fərz edək ki, mənfi tərəfləri var. Müsbət insanlar bu işin pozitiv tərəfləri düşünərək sevinəcəklər və bu optimizmi ətrafına da verəcəklər.

     Daxili dünyasında toqquşma, narazıçılıq və problemlər olan insanlar isə olmayan mənfiləri belə düşünərək, bunları qabardacaq və müxtəlif üslublarla hərkəsə göstərəcək və beləliklə ətrafda olan insanlara da mənfi enerji verəcək.

     Buna görə də hər zaman deyirəm : hər işdə mənfi, qaramsarlıq və pis tərəfləri görən və bəzən də bunları uyduran insanları anlamaq və onlara xoşbəxtlik arzulamaq lazımdır.

     Ən əsası isə məncə budur ki, adam insanlardan qaça bilər, insanları özündən qaçırda bilər,  amma özündən hara qaçacaq? Və hara getsə də, o problemləri, mənfi auranı, qaramsarlığı özü ilə aparacaq.

Demək ki, insan gözləri ilə görmür – ürəyi ilə görür

Leave a Reply

Your email address will not be published. Required fields are marked *