Человек на вершине горы
Məqalələrim

Müvəffəqiyyət yolu

     Həyatımızda bütün sahələrdə müvəffəqiyyət, yüksək dağa çıxmaq kimi uzun yoldur. Məqsədlərimizə çatmaq üçün zaman lazımdır. Səbirli olmaq və bəzən illərlə çalışmaq lazımdır. Bir gün geri dönəcəksən və “mən bunu etdim!” deyəcəksən.

     Məqsədlərinə gedən yolda müvəffəqiyyətli olacağına inanmalısan, çünki bu yolumuzda bizi ruhdan və həvəsdən salan hadisələr, maneələr, problemlər və insanlar qarşımızda çıxacaq.

     Fəaliyyətində, hərkətlərin və işlərində səhvlər taparaq, bunları şişirdən və böyüdən tənqidçilərin səsi, “bu mümkün deyil”, “alınmayacaq”, “özünü boş yerə yorma” deyən dostlarının səslərinə qarışacaq.

     Sən isə sadəcə dişlərini sıxaraq, müvəffəqiyyət dağının zirvəsinə doğru hər gün addımlayaraq çıxacaqsan.

     Onlara cavab vermə – enerji və zamanın məhduddur, və tamamını məqsədlərinə xərclə. Sən yüksəldikcə, onların da səsi yüksəkməyə başlayacaq, çünki hər addımla aranızda olan məsafə böyüyəcək. Səslərini çatdırmaq və təsir etmək üçün səslərini ucaldmalıdırlar.

     Sonunda dağın ən üst nöqtəsinə çıxacaqsan və geri dönərək “Mən uğurlu oldum” deyəcəksən.

     Uğurlu insanın gülümsədiyini görənlər, onun yuxusuz gecələrini, yorğun və taqətsiz işləməyini, maneələrlə və problemlərlə üzləşərək yoluna davam etməsini, ağır zəhmətini görməyəcəklər.

     Və o anda onlar sənin üçün “bəxti gətirdi” deyəcəklər. Desinlər.

     Sən yüksəkdəsən və ancaq sən bunun üçün ödədiyin “qiyməti” bilirsən.

     Sus. Səbirli ol. Əzmkar ol. Sadəcə irəli addımla.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *