криз
Məqalələrim

Böhran dövründə MÜSBƏT işlər

     Böhran dövründə Azərbaycan biznesi haqqında bir neçə məqalə yazmışdım və məqalələrimin əsas fikri bu idi ki, böhrandan öncəki dövrdə komfort zonasında çox rahat yaşamaqda olan biznesimiz artıq ciddi şəkildə silkələnmişdir.

     Böhran səbəbləri və Azərbaycan biznesi problemləri haqqında oxumaq istəyənlər, bu məqalələrə baxa bilərlər.

     Böhran haqqında məqalələrim (keçid almaq üçün, məqalə adını klikləyin) 

Azərbaycanda biznes ölür mü?

Biznesdə böhran

Böhranda batan “bizneslər”

Böhranda batan “bizneslər”- AÇIQLAMA

Böhran dövründə biznesimizə 7 tövsiyyəm

Azərbaycanda biznesin əsas 5 daxili problemi

     Bu yazım, böhran dövründə Azərbaycan biznesində gördüyüm MÜSBƏT dəyişikliklər haqqındadır.

     Böhranı gözləməyən, geniş finans imkanlarla fəaliyyətdə olmağa öyrəşmiş, daim böyük gəlirlərlə böyük inkişaf planları quran, effektivliyə heç əhəmiyyət verməyən şirkətlər bir anda kreditlərin durduğu, nəğd pul sıxıntısının olduğu dövrə gəldilər.

     İlk reaksiyanın “düzələr bir təhər” olduğu zamanda gəlirlərin azalmasına baxmayaraq, xərclərinə eyni şəkildə davam edən rəhbərlər bir müddət sonra anladılar ki, artıq öncəki şərtlər olmayacaq. Bunu anlamaqla bərabər çıxış yolu axtarışları başlandı.

     Yeni şərtlərdə fəaliyyət göstərməyə nə nəzəri, nə də təcrübə olaraq hazır olmayan Azərbaycan biznesi ciddi sıxıntılarla qarşı qarşıya qaldı. Şəxsi həyatımızda da olduğu kimi, problem ancaq qarşımıza çıxan şərtlərdə deyil – bizim bunlara qarşı reaksiyamız da çox vacibdir.

     İşadamları təşəbbüskar insanlar olduqlarına görə bazarda baş verən dəyişikliklərin geri dönülməz olduğunu hiss etdilər və idarə etdikləri şirkətlərdə ciddi islahatlara başladılar. Bu gün üçün islahatların sürəti olması gərəkən qədər güclü olmasa da, sevindiric hal odur ki, dəyişikliklər başlandı

     Şirkətlərdə olan fərqliliklər haqqında yazmadan öncə bir neçə əsas dəyişikliləri dilə gətirmək istəyirəm 

  • Pul kütləsi kəskin şəkildə azalıb. Bu gün ölkədə ƏN DƏYƏRLİ yatırım məhz elə pul özüdür, nəğd pul
  • “Rahat və yüngül” əldə edilən pul dövrü bitdi. Nə şirkətlər, nə də müştərilər artıq öncəki dövrdə olduğu kimi banklardan istədikləri qədər vəsait əldə edə bilmirlər
  • Müştəri davranış və psixologiyası dəyişib. Müştəri haqqlarını bilməyə və tələb etməyə başlamaqla bərabər, daha rasional və seçici olub.
  • Gəlir və məfəət. Qiymətlərin artmasına baxmayaraq, şirkətlərin xərclərində də ciddi artıq olub. Bu da öz növbəsində marjaların və şirkət sahibləri və investorların mənfəətlərinə birbaşa təsir edib
  • Effektivlik. Daha çox və daha effektiv işləmək lazımdır. Öncəkindən qat-qat daha çox işlədiyi halda, şirkətlər dəfələrlə az gəlir və mənfəət əldə edir
  • Rəqabət. Azalan gəlirlər, rahat pul dövrünün bitməsi, pul kütləsinin azalması, müştərinin seçici və tələbkar davranması təbii olaraq, rəqabətin artmasına gətirib çıxardır.

 

     Nə qərarlar almağa başladı şirkətlər? Dəyişiklikləri cədvəldə daha rahat görmək olar

 

  Öncəki dövr Bu gün Olması gərəkən
Personal sayı Şişirilmiş sayda işçilər. Qogum, əqrəba və tanışlar işə alınırdı və “mənimkidirsə-etibarlıdır” düşüncəsi vardı.

“Ofis planktonları” və “yaxşı oğlanlar” çox idi

İxtisarlar başlandı. Qeyri effektiv insanlar işdən çıxarılmağa başlandı. Amma yenə də olması gərəkən kimi deyil, çünki qəti addımların atılması üçün cəsarət edilmir. Meyarlar olaraq ancaq bilik, savad, peşəkarlıq və doğru şəxsi keyfiyyətlər olmalıdır. Şirkətə əlavə “dəyər” gətirməyən heç kim işdə qalmamalıdır.
Effektivlik 200 nəfərin idarə edəcəyi şirkətdə 300-400 nəfərin işləməsi normal sayılırdı. Nə fərdi, nə də ümumi şirkətin effektivliyinə əhəmiyyət verilmirdi.

Effekivlik vacib məqam olmadığına görə, şirkətdə işləyən əməkdaşların və idarəçilərin bilik və bacarıq səviyyələri artımı ön planda deyildi

Artıq effektivlik ön plana çıxmaqdadır və işçilərə “dünən nə etdin?” sualları verilməyə başlandı

Şirkətdə işləyən insanların effektivliyinin artırılması üçün tədbirlər düşünülməyə başlandır.

Maaş qarşılığında hər əməkdaş və idarəçi 8 saatını tam, effektiv  və dolğun şəkildə şirkətin məqsədlərinə xərcləməlidir.

Personalın və idarəçilərin gücləndirilməsi daimi və durmayan prosesdir, çünki şirkətin gücü, komanda üzvlərinin biliklərindədir

Standartlar Standartlar yox idi. Biznes proseslərin, prosedurların standartlaşdırılması lazımsız iş olaraq dəyərləndirilirdi. Bir şirkətin eyni sahədə fəaliyyət göstərən 5 mağazası vardısa, bunların hər biri işə götürmə prosesindən tutmuş müştərilərlə ünsiyyət qaydalarına görə fərqli davrana bilirdilər Müştəri qarşısında tək stanartla çıxmanın lazım olması anlayışı gəldi. Şirkətlər, standartlar üzərində  işlərə başladılar.

Korporativ standartların yazılması, sistemləşdirilməsi və icra olunması

Şirkətin daxili və xarici bütün fəaliyyətləri standartlaşdırılır, çünki vahid standartların olması halında idarəçilik və nəzarət də rahatlaşır.
Müştəri Müştəri kütlə olaraq qəbul edilirdi. Pulun çox və istehlakın güclü olduğuna görə bazarda tələbat, təklifdən daha yüksəkidi bu da şirkətlərin müştərilərə qarşı rahat davranmasına gətirib çıxarırdı. Müştəriyə qayğı, loyallıq sistemləri kii qavramlar sözdə idi. Müştərilərə qarşı kobudluğa sərt reaksiya verilmirdi Müştərilərə fərdi yanaşma başladı. Müştərilərlə fərqli səviyyələrdə fərdi ünsiyyət qurulmağa başlandı Qısaca desək, “Müştəri, biznesin, işçi və idarəçilərin baş tacıdır”

Şirkətdə müştəri xidmətlərinin qurulması və mövcud müştəri bazasının sadiqliyinin artırılması

 

Satış Aktiv satışyox idi. Satışlar passiv idi : “müştəri mənə gəlsin” tərzində. Şirkətlər artıq aktiv satış komandası formalaşdırmağa başlayıblar və Satış, “çox” sözünün tam mənasında akiv olmalıdır. 
Peşəkarlar İşə cəlb edilirdilər. Az sayda. Öncədən fəaliyyət sərbəstliyi söz verilsə belə, işləmələrinə müəyyən səbəblərə görə imkan verilmirdi Peşəkarlar artıq işə cəlb edilməyə başlandılar. Amma hələ də bəzi məqamlara görə sərbəst davranma sıxıntıları var Şirkət ancaq öz sahəsində olan peşəkarlar tərəfindən idarə edilir.
Fəalyyət göstəricisi və düşüncə tərzi Fəaliyyət göstəricisi olaraq ancaq SATIŞ idi. Birbaşa satış. Bu anın, bu həftə və bu ayın satışı. Bütün digər şöbələrin də fəaliyyəti bu kimi qısa müddətli göstəriciləri görə tənzimlənirdi Satışa əlavə olaraq işə uzun müddətli müştəri xidmətləri, marketinq və reklam fəaliyyətləri haqqında fikirləşməyə bşaladılar.

Məşhur beynəlxalq brendinin Azərbaycana girişi, idarə etmə sisteminin qurulması, komanda yığılması, marketinq və satış, diler şəbəkəsi sistemləri.

 

Şirkətin bütün istiqamətlərində uzun və qısa müddətli strategiya və fəaliyyət planları olmalıdır.
Planlaşdırma Fəaliyyət ümumi planlaşdırılırdı. Təfərrüatlı planlar hazırlanmadan işlər başlanırdı və gedilən yol boyunca dəyişikliklər edilirdi. Plansızlıq, risklərin analiz edilməməsi, ola biləcərək xərclərin analiz edilməməsi böyük səhvlərə və xərclərə yol açırdı Fəaliyyət öncədən planlaşdırılmağa başlanır və bir neçə əlavə ssenarilər düşünülür. Strategiya və fəaliyyət öncədən planlaşdırılır. Hər bölüm, şöbə və departamentin fəaliyyət planı dəqiq şəkildə olur.

Vəziyyətin pisləşə biləcəyini nəzərə alınaraq, fəqli ssenaril düşünülür.

Konsultantın cəlb edilməsi Konsultantların işə cəlb olunması nadir hallarda baş verirdi.

İşlərin böyük sürətlə getdiyinə görə rəhbərlik adətən “ən doğrusunu mən bilirəm” havasında idi

Əlavə fikir almaq, məsləhətləşmək və nöqsanları öyrənmək məqsədi ilə konsultantlar işə cəlb edilməyə başladı.

“Mən nələrdə səhv etmişəm və nələr daha etmək olar” dövrü başladı

Kənardan konsultant və kouçların olması vacibdir
Xərclər Xərclərə nəzarət edilmirdi. Gen-bol xərclər edilirdi. Gəlirin və mənfəətin kəskin şəkildə azaldığına görə, xərclərə nəzarət gücləndirilməyə başlandı Xərclər tam nəzarət altındadır. Müxtəlif kontrol mexanizmləri qurulur. Mənfəəti artırmaq üçün ancaq gəlir artımı düşünülmür, həm də xərclər azaldılır.

 

     Bu gün Azərbaycan biznesində baş verən proseslər əslində reaksiya mahiyyəti daşıyır, çünki biznesimiz, işadamlarımız və şirkət sahiblərimiz yuxarıda qeyd edilən vacib addımları öncədən, planlı şəkildə atmayıblar : üzləşdirkləri bohranla mübarizə aparmaq və şirkətlərini ayaqda tutmaq üçün reaksiya verirlər və çıxış yolları axtarırlar. Nə gözəl! Bu təqdirə layiq addımdır – demək ki, düşünürlər, çıxış yollarını axtarırlar, ayaqda durmaq üçün yeni yollar axtarırlar və inkişaf edirlər.

     Böhran daha yeni başlayanda mən bütün çıxışlarımda deyirdim – bu dəyişikliklər Azərbaycan iqtisadiyyatı, biznesi və müştəriləri üçün uzun mddətdə faydalı olacaq.

 

 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *