12508979_866022773515075_4133714354695144967_n
Kitabların xülasəsi

Ferrarisini satmış rahib

Sara Məmmədova tərəfindən göndərilən “Ferrarisini satmış rahib” kitabı üçün xülasə.

     Açıq  desəm bu kitab mənə tamamilə başqa təəsurat bağışlamışdı ilk dəfə görəndə… Sədəcə bestseller olduğu üçün almışdım… Balaca və  Möhtəşəm kitabdır… Hətda mən bu kitabı 2 dəfə oxumuşam… Kitab Robin Şarmana məxsusdur…

    Bu kitabda yazıçı tamamilə fərqli bir yolla insanlara effektli yaşamağın yollarını çatdırır… Həqiqətəndə onun dediklərini hər birimiz 12508979_866022773515075_4133714354695144967_nhəyatımıza tətbiq etsək inanılmaz nəticələr görə bilərik…  Buradakı əsas qəhrəman çox varlı biri olur… Təbiki o qədər işləyir ki, ailəsinə vaxt ayırmırdı… Və illər keçdikdən sonra adam ayılır ki, nəsə boşluq var onun həyatında … Və yenilik axtarmağa başlayır …

Yazıçı bu insan vasitəsilə bizə öz töhvələrini veribdir…Bir neçəsini siznlə paylaşıram….

  • Bağbanlar öz bağlarını məğrur əsgərlər kimi qoruyurlar və oraya natəmizlik düşməsinin qarşısını almağa çalışırlar… Amma insanların əksəriyyətinin şüurlarının məhsudar bağına tökdükləri kimyəvi maddələrə baxın : onlar tez-tez narahat olur və həyəcanlanırlar, keçmişlərinə təəssüf edir, gələcəkləri haqqında bədbin fikirləşirlər, özləri özlərinə daxili dünyalarında qarma –qarışıqlıq yaradan qorxular uydururlar…
  • Hər gün səhər tezdən 5-də durub idman edin… Əgər buna etmək çətindirsə tədricən başlayın…
  • İnsanların həqiqətən təbiətinə görə nikbin və bədninlərə ayıran məhz onların həyat hadisələrini necə qavramalarıdır…
  • Özündə hər bir hadisədə müsbət tərəf axtarmaq vərdişi formalaşdırsan həyatın daha yüksək sferalara yüksələcəkdir…
  • Həyatda səhv yoxdur , ancaq dərs var… Mənfi təcrübə deyilən şey oxdur , ancaq inkişaf, öyrənmək və özünü təkmilləşdirmək yolunda irəliləmək var… Qüvvət mübarizədən yaranır… Ağrı belə əla müəllim ola bilər… 
  • Həyatındakı sərhədləri özün qoyursan… Yəni yox mən bunu edə bilmərəm deyirsinizsə həqiqətəndə edə bilməyəcəksən..
  • Şüur bizim istifadə etdiyimizdən müqayisə edilməyəcək dərəcədə artıq potensial imkanına malikdir… Düşünün BİR ANANIN İMƏKLƏYİB MAŞININ ALTINA GİRMİŞ, AĞLAYAN KÖRPƏSİNİ XİLAS ETMƏK ÜÇÜN MİNİK AVTOMOBİLİNİ QALDIRA BİLMƏSİNİ NƏ İLƏ İZAH ETMƏK OLAR?
  • Cəsarət hər bir insanın özündə tərbiyə edə biləcəyi və son nəticədə böyük qazanclar gətirən bir keyfiyyətdir…

 

Belə əziz oxucular… Bu yazdıqlarım kitabın sadəcə 10 faizi idi … Ən əsası kitab yorucu deyil , sadə dillə yazılıb… Ən düşgün olduğum vaxtlarda bu kitab mənim ən yaxşı dostumdur… Mən əminəm ki, bu kitabdan hər kəsin özünə uyğun götürüb həyatına tətbiq edə biləcəyi dəyərli fikirlər var… Zehin açıqlığı diləyi ilə :)

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *