Nigar 1
Kitabların xülasəsi

A-dan Z-yə MARKETİNQ

Nigar Nağıyeva tərəfindən “A-dan Z-yə marketinq” kitabının xülasəsi

“Marketinq mütəxəssisi“deyiləndə yəqin ki, bir çoxumuzun ağlına ilk gələn  adlardan biri də,dünyaca məşhur olan marketinq mütəxəssisi Nigar 1FİLİP KOTLER (PHİLİP KOTLER) olacaqdır. Filip Kotlerin, “A-dan Z-yə Marketinq” kitabı  haqqında eşitməyən  menecer və marketoloq yoxdur zənnimcə J Bu kitabı  oxumayan gənc dostlarıma, eləcə də mütəxəssislərə, onu oxumaqlarını tövsiyə edirəm. Üz qabığında da qeyd olunduğu kimi  bu kitabı biznesmenlər,menecerlər və tələbələr mütləq oxumalıdır. Kitabda şirkətlərin müasir şərtlər altında uğuru üçün əhəmiyyətli olan effektli marketinqin 80 konsepsiyası yığcam və anlaşıqlı şəkildə verilib.

General Elektrik, Procter&Gamble, İBM, Microsoft, Apple, Coca-Cola, McDonald”s , Wal-Mart və  s. dünya bazarında liderliyi ələ almış şirkətlərin timsalında örnəklər verilərək, həmin şirkət rəhbərlərinin  əldə etdiyi uğurların  və bəzən də uğursuzluqların ( General Motors) səbəbi aydın  şəkildə  qeyd olunub.

Bu kitab haqqında deyilənlər

  • Əgər Filip Kotlerin kitabını əldə etmək istəyirsinizsə, məhz bunu alın. Beləcə, siz müassir marketinq barədə ən yaxşı təsəvvürlərə malik olacaqsınız”.

Serxio Zayman, “Bildiyimiz marketinqin sonu” kitabının müəllifi.

  • Hamının sevimlisi Filip Kotler bir kitabın cildi altında marketinqin ən mühüm konsepsiyalarını – “alfa və omega”sını toplaya bilib. O, hər bir biznesmenin iş masasının bəzəyi olmalıdır”.

Don Peppers və Marta Rocers,

“ The One to One Future”nin hemmüellifləri.

 

Kitabdan seçdiyim bəzi cümlələr.

  • General Elektrik”in sabiq rəhbəri Cek Uelç öz əməkdaşlarına  xəbərdarlıq edirdi : Öz biznesinizi məhv edin (….). Dəyişin, yoxsa özünüz məhv olacaqsınız. Şirkətin içindəki dəyişikliklərin sürəti daxili dəyişikliklərin sürətindən geri qalırsa , bu onun sonunun yaxınlaşdığına işarədir”.
  • Henri Ford : “Uğursuzluq- sadece hər şeyə yenidən və daha ağıllı şəkildə başlamaq imkanıdır”.
  • Şikayət edən müştəri şirkətin ən yaxşı
  • “Təlabatsız cəmiyyət”probleminin yegane çıxış yolu var- yeni təlabatlar yaratmaq”.
  • Biz bazara xidmətlə məşğul deyilik, biz onu yaradırıq. İstehlakçı heç vaxt videomaqnitofon, videokamera, mikrokompüter ve s. haqda düşünməyib, sadalanan məhsullar bazara daxil olana qədər. (“Sony”dən olan Akio Marita )
  • Funksiyaları satmayın. Faydanı, nəticələri və dəyəri satın.
  • Şirkətinizin ən yaxşı ola bilməyəcəyi bazarda işləməsinə lüzum yoxdur.
  • Böyük nüfuza malik olan şirkətlər yalnız öz maraqlarına deyil, bütünlükdə cəmiyyətin maraqlarına xidmət etmək qaydalarına ciddi əməl edirlər.Onların hamısı öz məhsulları,yüksək xidmət səviyyəsi və korporativ xeyriyyəçiliklə məşhurdurlar. Qüsursuz ad və 100%li etibarlılıq onların portmanatlarının qalınlığında da əks olunur.

Beləcə,əziz oxucu, bu sıralamanı çox artırmaq olar. Lakin özün oxusan  necə dəyərli və maraqlı fikirlərin yer aldığının şahidi olacaqsan.

 P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *