medal
Gördüklərim, eşitdiklərim Məqalələrim

Çempionluq və səyahət macəralarım

Niyə bu məqalənin adını çempionluq macəralarım qoydum? Çünki yarışda iştirak üçün getdim və bu mənim üçün həm də macəralarla dolu bir səyahət oldu.

Kross üzrə Azərbaycan çempionatının keçirilməsi haqqında 1 ay öncədən məlumatlandırılsam da, işlərimin çoxluğundan bu haqda çox da düşünmürdüm. Standart məşqlərimi edirdim hər zaman olduğu kimi.

11134159_10152968735693649_3722887557906148074_n10712822_10152595447353649_5487153223333540779_n

İntensiv və aktiv məşqlərə 2 həftə öncədən başladım. Daha öncə iştirak etdiyim Bakı çempionatında ən uzun məsafənin 8 km olduğumu bildiyim üçün bu məsafəni nəzərə alaraq məşq edirdim. Həftədə 7 gün hər səhər ortlama 2 saat idman zalında keçirirdim : qaçış,  və ümumi fiziki hazırlıq. Bununla bərabər həm də qidalanmama ciddi nəzarət edirdim.

Yarışın keçiriləcəyi İsmayıllı rayonuna 3 gün öncədən gedməyə qərar verdim. Uzun zamandır gərgin iş rejimində olduğuma görə yarışda iştirak etməklə bərabər həm də istirahət etməyi planlaşdırdım. Istədim həm öncədən yarış keçən sahəni görüm, həm istirahət edim, həm təbiətdə tək vaxt keçirim. Bəzən tək qalmağa ehtiyacımız olur. Nəticədə isə “İsmayıllıya” adında bir bölgəmizə aşiq oldum.

Rayona gedərkən nə İsmayıllıda, nə də Qəbələdə olan dostlarımı narahat etmədim. Yarış və istirahət üçün gedirdim – mənim ani gəlişimin heç kimin klasik iş və həyat rejiminin pozmasını istəmədim.

Qalmaq üçün Qəbələnin girişində yerləşən “Yeddi Gözəl” otelini seçdim. Keyfiyyətli, təmiz, səliqəli bir otel idi. Mənim üçün rezervasiyanı Millenium Tur firması etdiyinə görə qiymət də çox münasib oldu.

21

Güclü yağış yağırdı ilk 2 gün. Mən oteldə qalmaq istəmədim və gəzmək üçün oteldən çıxdım.  “Ismayıllı rayonu” sözlərini hər zaman eşidəndə ağlıma ilk gələn “İvanovka” kəndi olurdu. Orda heç bir zaman olmadığıma görə ora gedmək istədim və yerli insanlardan necə gedəcəyimi soruşdum. “Niyə ora gedirsən?” sualına cavab verirdim ki, SSCB dövründən orda olmaq istəmişəm, amma imkanım olmayıb. “İndi orda artıq əvvəlki “hava” qalmayıb. Imkanlıların villalarını görmək istəyirsənsə ged” dedilər. Villalar artıq Bakıda da bizi bezdirib :)

Məşhur Lahıca gedməyə qərar verdim. Avtomobillə gedə biləcəyim yerə qədər getdim və yol boyunca böyük zövq aldım. Boş yol, gözəl mənzərələr, yağan yağış…

1

Əsl “macəra” Lahıcdan geri dönəndə oldu : daşlıq yolda  avtomobil bir daş üzərinə çıxanda sağ ön təkəri partladı… Təkəri görəndə dəhşətə gəldim – türkcə desək, “param parça” olmuşdu.

Lahıca gedən yolda nəinki avtomobil üçün servis – yolda heç avtomobil də görmək olmurdu. 10-15 km/s sürətlə yavaş yavaş a20151017_125342şağı enməyə başladım. Təkərin və dəmirin iyrənc səsi hələ də qulağımdadır. 10 dəqiqəlik yolu 1 saata aşağı endim. Ümidum ona idi ki, aşağıda yanacaq doldurma məntəqəsində təmir servisi olar – yox idi. Dedidlər ki, ged İsmayıllıya, orda təkər ala bilərsən. Əlavə 15 km məsafəni təxmini 80-90 dəqiqəyə getdim. Tapdığım iki servis İsmayıllıda işləmədi, üçünüsündə isə təkər tapıldı və dəyişdirildi.   

Ağ göl

Çay içmək və nahar yemək üçün sadə bir yer axtarırdım və yaşıllıq içində olan bir yer tapdım. “Ağ göl” adında bir restoran idi. Restoran həm dağ ətəyinə yaxın bir bölgədə idi, həm qiymətləri münasib idi, həm də xdmət edən personal diqqətli və nəzakətli idi.

Qarpız mürəbbəsi ilə çay içərək kitab oxudum. Yağan yağışın səsi, təbiətin səssizliyi, ağac yarpaqlarının külək əsintiləri təsiri altında xışıltısı… Sözün əsl mənasında ruhum dincəlirdi.

41

Bu arada masanın atldında bir itin olduğun gördüm. Bu iti yadınızda saxlayın–nə versəniz yeyəcək. Yekə bir qabda olan qəndləri yedi bitirdi. Balaca olmasına aldanmayın – doymur :)


51       

Məsləhətli yerdir. Orda olandan deyin ki, bizə buranı bir adam məsləhət edib. Desələr kim, deyin “yemək yeyəndə və çay içəndə kitab oxuyan adam” :)  

6

Yarış günü – 18.10.2015. bazar.

Səhər oteli tərk etdim və İsmayıllıya, Olimpiya kompleksinə doğru yol tutdum. Artıq yağış yağmırdı, çox gözəl hava vardı, amma havada şaxta hiss edilirdi. Hər 2 kilometrdə mənzərələri seyr etmək üçün dururdum və bol bol şəkillər çəkirdim.

ism2

Ölkə çempionatının açılışı İsmayıllı Olimpiya İdman kompleksində keçirildi. Yarış üçün rayona gələn rəsmi nümayəndələr çıxış etdilər, idmançıları təbrik etdilər, dövlət himnimiz səsləndi. Daha sonra isə yarışın keçiriləcəyi sahəyə gedtik.

Yarış öncəsi vəziyyətim və hazırlığım

Yarış sahəsi dağ ətəyində olan bir ərazi idi, və bir hissəsi təpə kimi idi – yüksəkliyə doğru gedirdi və qaçmağımızı çətinləşdirirdi.

Buna əlavə olaraq hava çox soyuq idi – şaxta hiss olunurdu və əzələləri dondururdu və hərəkətləri ağırlaşdırırdı.  

Mən yarışa 8 km məsafə üçün hazırlaşmışdım, ancaq yarışdan bir gün öncə öyrəndim ki, ancaq 4, 6 və 10 km məsafələr var.  4 və 6 km mənim üçün maraqlı olmadığına görə, 10 km məsafəni seçdim yarışma üçün.

Buna əlavə olaraq yarış keçirilən sahədə torpaq həm yumşaq, həm yaş idi; bunlara əlavə olaraq torpaq üzərində daşlar da vardı. Buna görə də qaçarkən insan ayaqlarının altına və qaçdığı sahəyə diqqətlə baxmalı idi və bu da enerji alırdı.

123

Qaçacağımız hər dairə 1 km məsafəlik idi. Yarış başladı və ilk iki dairəni mən çox ağır qaçdım – həm soyuq təsir edirdi, həm yüksəkliyə doğru qaçış. Üçüncü dairədən sonra bədənim açılışdı və mən artıq rahat rejimdə qaçmağa başladım. 9.cu dairədən sonra artıq ciddi yorğunluq başladı – hər dairədə yüksəkliyə çıxmaq sözünü deyirdi.

Nəticədə son həmlədə 2.ci oldum və ölkə çempionatında gümüş medal aldım.

10 km məsafə, 57 dəqiqə 41 saniyədə. Əslində mən bu məsafəni rahat şəkildə 45 dəqiqəyə qaça bilərdim – yol gözlədiyim kimi düz və təmiz olsaydı.
medal

 

Nəticələr.

Hər səyahətim, işim, layihəmdən sonra yekun nəticələri çıxardırdım : faydalı oldu mu, nələt öyrəndim, nələri daha etməliyəm? Bu yarış və səyahətdən nə nəticələr çıxarddım?

İsmayıllı…

Ismayıllıya rəsmən vuruldum. Sevdim oranı. Belə təbiəti, insanları və gözəllikləri olan ölkənin vətəndaşları əgər xaricə istirahətə gedirsə, demək ki, problem var. ÇOX ciddi problem. 

ism

İsmayıllı camaatını sevdim.  Həm də onlardan utandım. ÇOX utandım. Rayon əhalisinin bizə qarşı göstərdiyi qonaqpərvərlik, sevgi, diqqət, qayğı qarşısında hər dəfə yolda “Bakıya rayon n.v. buraxılmır” yazılarını görəndə utanırdım.

Paytaxt tək Bakıda yaşayanların deyil – Bakı hər bir Azərbaycanlının paytaxtıdır.

Yarış haqqında.

Özüm üçün bir daha sübut etdim ki, bütün sahələrədə bizim müvəffəqiyyətlərimiz ancaq və ancaq bizim xəyallarımız, iradə gücü,disiplin və əzmkarlığımızda məhduddur.

İdman mənim üçün daimi inkişafım və yeni zirvələrin aşılmasının bir sahəsdir. İdman mənim üçün bütün etdiyim işlərin güclü bünövrəsidir, çünki idmanla məşğul olduğuma görə mənim fiziki və ən əsası da, psixoloji enerjim olur.

Bundan sonra nə? Bundan sonra yenə də həyat davam edir və idmanda yeni zirvələr, yeni yarışlar və yeni nəticələr məni gözləyir.

Düşünürəm ki, həyatımızın hər bir sahəsində müvəffəqiyyətli olmaq bizim hər birimizin haqqıdır. Bunun üçün bizə kifayət qədər resurslar veriilib – zaman və enerji. Bizim sadəcə bunları doğru şəkildə istifadə etməliyik.

Hamınıza həyatda bütün sahələrdə müvəffəqiyyətli olmağı arzulayıram!!!!

20151019_094639

Leave a Reply

Your email address will not be published. Required fields are marked *