20151229_22581111
Kitabların xülasəsi

Baltasar Gracian – Ağıllı yaşama sənəti

Aytac Rüstəmli tərəfindən “Ağıllı yaşama sənəti” adlı kitab xülasəsi

Bu kitab  Roma(Rum) rəqəmləri ilə işarələnmiş 300 başlıqdan və hər başlığa verilmiş qısa açıqlamalardan ibarətdir. Mən sizə bu başlıqların açıqlaması ilə birlikdə qısa mahiyyətini yazacam. 300 başlığın hamısını yazmağım mümkün deyil. Bu səbəbdən kitabın özünü oxumağınız məsləhətdir. Mən kitabın türkcəsini oxumuşam. Azərbaycancaya tərcüməsi olub – olmadığından xəbərim yoxdur, olsa belə türkcəsini oxumağınız məsləhətdir.

Kitabın əsas məqsədi oxuculara həyatın qanunlarını, hansı insanlara necə rəftar etməyi öyrədir. Möhtəşəm dərəcədə özünəinam yaradır və ya qüvvətləndirir, daxili motivasiyanı artırır. Qısacası sizə həyatda necə davranmalı olduğunuzu öyrədir. Kitab oxuculara şəxsi həyatda və iş həyatında necə müvəffəqiyyətli olacağını aydınlaşdıran bir fəlsəfə kitabıdır. Bu səbəbdən bəzən bir cümləni 3, hətta, 5 dəfə oxuduqdan sonra anladığım olub. Bu kitab sizin ya ən çox sevdiyiniz, ya da favori kitabınız olacaq. Mən şəxsən bu kitabdakı  zəkaya, dəqiqliyə vuruldum. Yalnız mən deyil, onlar da:

*Avropa kültüründə əxlaqi zəka mövzusunda bundan daha yaxşı və qarışıq bir əsər yaradılmayıb(Nietzsche)

*Heyranlıq doğuracaq dərəcədə ağıllıca!(Andre Gide)

*Tamamilə analoqsuz! Həyatın hər mərhələsində müraciət olunması gərəkli olan bir kitab.(Schopenhauer)

 Niyə məsləhətdir görək. Kitabdan bəzi hissələr:

  • Hər şey qədərində olmalıdır.20151229_225811
  • Xarakter və idrak ünsürlərindən biri əskikdirsə, xoşbəxtlik yarımdır deməkdir.
  • İnsanların sizi maraqla izləməsini təmin edin. Məsələləri bir müddət gizlilik içində saxlayın.
  • Hər kəsin hər şeyi olun. Alimlərlə alim, tələbələrlə tələbə və s.
  • Qəhrəmanca birini ideal seçin, ancaq məqsədiniz onu təqlid etmək deyil, ondan üstün olmaq olsun.
  • Can sıxıcı olmayın. Mövzunun özlüyünə(əsasına) xidmət etməkdənsə, detallarda ilişib qalmayın.
  • Heç vaxt özünüzdən məmnun olmayın.
  • Hər şeydə zərafət.
  • Ehtiyac vaxtlarınız gəldikdə etdiyiniz işin qarşılığını almağı bilin.
  • Əgər ağıl qorxaqdırsa, axmaqlıq ehtiyatsız olur.
  • Hiyləgərlərə qarşı oyaq olun. Çünki bir çox insan işlərini başqalarına etdirməkdə uğurludur.
  • Uzun – uzun düşünüb davrananlara diqqət edin.
  • Əsla üstlərinizin(vəzifə cəhətdən) sirlərini paylaşmayın.
  • Heç kəsə tamamilə aid deyilik(Allahdan başqa) və heç kəs də bizə tamamilə aid deyil. Bunu unutmayın.
  • Xarakterinizi necə yeniləyəcəyinizi bilin.

 

İndi isə sizə bu kitabdan bir neçə sevdiyim fikri çatdırmaq istəyirəm.

  • Tətbiq oluna bilməyən bir bilik nəyə yarayar?
  • Heç bir məğlubiyyət hörmətin itirilməsinə bərabər deyildir.
  • İş olmayan bir şeyi özünüzə iş halına gətirməyin.
  • Bilgəlik və cəhalət var. Yaxşı və pis şans(uğur) deyilən şey yoxdur.

Dostlar bu kitabdakı hər cümlə(HƏR CÜMLƏ!!!) sizə çox yardımcı olacaq. Çox, inanılmaz, möhtəşəm dərəcədə dəyərli bir kitabdı. Bu kitabdan həyatdan istifadə qaydaları kimi hər anınızda yararlana bilərsiniz.

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

[

Leave a Reply

Your email address will not be published. Required fields are marked *