5363-1-f
Sual və cavablar bölməsi

10 il sonra Azərbaycan

Bu gün bir gəncdən mənə maraqlı bir sual gəldi. Suala geniş cavab vermək istədiyim üçün bloqumda yazmaq qərarına gəldim.

Sual. Salam Fəxri müəllim siz Azərbaycanın yaxın 10 ildə iqtisadi vəziyyətini necə görürsünüz? Dövlətin xarici borcları artır və yəqin ki, artacaq. Büdcəyə gələn gəlirin əksər hissəsini neft və qazdan gəlir. İqtisadiyyatın saxələndirilməsi demək olar ki, yoxdur. Dövlət neft üzərində qurulub. Neftin qiyməti də günü-gündən azalır.

 

Cavab. Əslində bu sual çox geniş əhatəsi olan bir sualdır. Suala öncə ümumi, sonra isə detallı cavab vermək istəyirəm.

Ümumi cavabım budur : Azərbaycanın 10 il sonra harda olacağı indi alınacaq qərarlara və bu qərarların reallıq və icra ediləbilirlik dərəcələrinə bağlıdır.

Daha təfərruatlı cavabımı isə aşağıda olan maddədələrdə oxuya bilərsini.

– Birinci növbədə ölkənin, əhalinin, vətəndaşların və sahibkarların ETİBARA və GÜVƏNƏ ehtiyacı var. Verilən vədlərdən və deyilən sözlərdən sonra REAL addımlar görülməlidir.

– Dövlət qurumlarına və nazirliklərə müasir düşüncə tərzinə malik olan insanlar cəlb olunmalıdır. Cəlb olunacaq insanların peşəkar keyfiyyətlərinə əlavə olaraq həm də şəxsi keyfiyyətləri mütləq nəzərə alınmalıdır. Peşəkarlıq vacibdir – amma düzgün dəyərlərə malik olmaq ən az o qədər vacibdir. Bu gün isə ölkəmizdə dəyərlərin doğru olması ÇOX vacibdir.

– Hərkəsə nəfəs almağa zaman verilməlidir. Kredit borcu altında əzilən əhaliyə də, banklara da. Mövcud vəziyyətdə hər iki tərəf də – Banklar da, əhali də, zərər çəkmiş vəziyyətdədir. Burada dövlət və banklar bir yerdə necə məsələni həll edəcəklərini düşünməlidirlər. Məsələ həll edilməyəcək kimi deyil.

– Kosmetik addımlar yerinə kəskin, dəqiq, güclü, qısa və uzun müddətli taktiki və stratejik addımlar atılmalıdır. Turizm, kənd təsərrüfatı və digər sahələrdə çox işlər görmək olar.

– Elmə və təhsilə + yerli istehsalçıya dəstək lazımdır. Real və ciddi dəstək. Insanların, gənclərin elmə istiqamətlənməsi həvəsləndirilməlidir.

– Ölkə üçün dəqiq hədəflər müəyyən edilməlidir. Bütün ölkə gələcək üçün rəqəmlərlə məqsədlərimizi, gedəcəyimiz yolu bilməlidir. Hərkəs yolu və sonunu görə bilməlidir.

– Biznesə nəfəs almağa zaman verilməlidir. Real biznes boğulur.

– Ən vacibi isə – əminəm ki, 10 il sonra bizlərin güclü Azərbaycanda yaşamağımız üçün dövlət, biznes və əhali birləşməlidir. Bu gün birlik bütün gələcəyimizi həll edəcəkdir.

 

Diqqət edin. Bütün yazdığım maddələrin iki tərəfi var : mənəvi-psixoloji və maddi.

Maddi tərəf rahat həll etmək problem deyil. Bütün görəcəyimiz işlər 1.ci maddə üzərindədir – etibar və güvən. Bu maddə “olmazsa olmaz” maddəsidir.

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *