day.az
Məqalələrim

Azərbaycan idarəçiliyi perspektiv və problemləri

     13 fevral 2018 tarixində “Navigator Business Review” dərc edilən müsahibəmin Azərbaycan dilində versiyası

     İdarəetmə – intuitiv səviyyədə anlaşılan bilən sözdür. Lakin hər şey o qədər də asan deyil. Azərbaycanda idarəçiliyin məqsədlərinə səmərəli çatmasına maneə törədən problemləri var. “Navigator Business Review” jurnalının redaksiya heyəti uzun illər təcrübəsi olan top menecer və biznes idarəçiliyi üzrə uğurlu təlimçi olan Fəhri Ağayevdən müsahibə almışdır.

     Fəxri müəllim, Azərbaycan idarəçiliyinə xas olan hansı xüsusiyyətləri ayırd etmək olar? Azərbaycan biznesində ən son hansı tendensiyaları qeyd edə bilərsiniz?

     Azərbaycan idarəçiliyinin inkişafını şərti olaraq iki dövrə bölmək olar: Azərbaycan iqtisadiyyatında ciddi dəyişikliklərdən əvvəl və sonra. Böhrandan əvvəl ölkənin iqtisadiyyatı sürətlə inkişaf edirdi və bu təbii olaraq ölkədə idarəetmə tərzinə təsir edirdi. 2015-ci ilədək idarəetmənin üç əsas xüsusiyyətləri var idi. Birinci – əməliyyatların həcmi. Bizim idarəçilərböyük məbləğlərlə əməliyyatlar keçirməyə vərdiş etmişdirlər. İkinci xüsusiyyət o idi ki, top-menecerlər fəaliyyətin gəlirliliyinə diqqət yetirirdilər, xərclər isə adətən ikinci planda qalırdı. Bunun sayəsində biznesin səmərəliliyi zərər çəkirdi. Bu dövrdə Azərbaycan idarəçiliyinin digər əsas xüsusiyyəti isə müvəffəqiyyət ilyuzuyası idi. İdarəetmənin müvəffəqiyyətli nəticələri onların özlərini komfort zonasında hiss etməyə vadar edirdi.

     İqtisadiyyatda olan dəyişikliklər şirkətlərdə biznes və idarəetmə tərzinə birbaşa təsir göstərmişdir. İndi ön plana səmərəlilik anlayışı çıxır. İkincisi, rəhbərlər şirkətin ən vacib kapitalının –  insan kapitalı olduğunu anlamağa və bu mövzuya daha çox diqqət göstərməyə başladılar. Bununla birgə, azərbaycan biznesi öz müştəriləri və potensial istehlakçılarına qarşı daha diqqətli oldu. İstehlakçının biznesin müvəffəqiyyətinə təsir etdiyini rəhbərlər anladılar. Və ən əsası – biznes HR, marketinq, istehlakçılarla kommunikasiya sahələrində peşəkarları cəlb etməyə başladı. 

     Sizin fikrinizcə, Azərbaycan idarəçiliyinin əsas problemi nədədir?

     Əgər buna qlobal baxsaq, Azərbaycan idarəçiliyinin ana problemi, kommunikasiya problemidir. “Kommunikasiya” sözü altında mən hər tərəflə kommunikasiyanı nəzərdə tuturam: həm istehlakçılarla, həm işçilərlə, həm də idarəçilərin öz aralarında. Lakin kommunikasiyanın ən problemli forması – keçmiş və yeni nəsil menecerlərlə arasında ünsiyyətdir. Xaricdə – İngiltərə, ABŞ, Türkiyyə, Rusiyada –ali  təhsil almış çox gəng menecerlərimiz var.  Onlar müasir idarəetmə metodları ilə bağlı mühüm nəzəri biliklərə malikdirlər, lakin hələlik praktiki bacarıqları yoxdur.  Digər tərəfdən real idarəetmə təcrübəsi olan digər qrup menecer var  – onlar işi öz təcrübələri əsasında öyrənmişlər, praktiki təcrübəyə malikdirlər, lakin şirkətlərin müasir və yeni şərtlərdə idarə olunması sahəsində lazımi olan bilikləri yoxdur. Və biznes sahibləri öz şirkətlərini yeni səviyyəyə gətirməyə, gənclərin nəzəri bazasını və yaşlı rəhbərlərin real təcrübəsini birləşdirərək müasir idarəetmə sistemlərini tətbiq etməyə çalışdıqda parodoksal bir vəziyyət yaranır – şirkəti irəli çəkmək istəyi, əks reaksiya verir.Bir çox hallarda köhnə qvardiya gəncləri qəbul etmir, onları öz karyera və rifahları üçün təhlükə hesab edir, və bu səbəbdən onlar dəyişikliklərə və yeniliklərə gizli və ya açıq bir müqavimət göstərir, hətta bəzən də açıq sabotaj edirlər.

     Azərbaycan menecerləri xarici təcrübəni qəbul etməli və ya öz idarəetmə modelini yaratmalıdırlar?

     Hesab edirəm ki, xarici təcrübəni qəbul etməlidir. Lakin burada kiçik bir nüans var – əgər qəbul edirsə, o zaman tam və kompleks şəklində. Xaricdən avadanlıq, texnika, texnologiya və mebel alıb Azərbaycanda quraşdırmaq olar. Lakin biznesin mühüm komponentləri olan komanda ruhu, işçilərin sadiqliyi, xidmət keyfiyyətini satın alıb hazır formada işə salmaq mümkün deyil. Bunlar illər boyunca yaradılır,   uzun və diqqətli iş nəticəsində əldə olunur. Bu isə bizim şirkətlərdə çatışmayan, lakin biznesin ən vacib hissəsidir.

     Gənc menecerlərin hazırlanmasında universitetlərin rolu necədir. Xaricdə oxumaq gərəklidir və ya bizim universitetlər lazımi nəzəri bilikləri verə bilər?

     Bizim universitetlərdə artıq ciddi dəyişikliklər baş verir. Lakin təhsil sistemində görünür dəyişikliklər və nəticələr əldə etmək üçün çox zaman tələb olunur. Buna görə də mən bizim gənclərin xaricdə təhsil almasını çox vacib hesab edirəm. Ancaq bu gənclərin Azərbaycana qayıtdıqdan sonra işə düzəlmə ilə problemin yaranmasını tez-tez müşahidə etmişəm. Təəssüf ki, şəxsən özüm bir neçə halla rastlaşmışam – Avropadan qayıtdıqdan sonra tələbələr iş tapa və Azərbaycanın işgüzar aləminə uyğunlaşa bilmirlər.  

     Biznesin idarə olunması, səmərəliliyi və bizneslə bağlı digər mövzular üzrə təlimlər keçirirsiniz. İşçilərin inkişafında onların köməyi nə qədər böyükdür?

     Mənim daha çox tələbatı olan məhsullarımdan biri – orta və top-menecment, və həmçinin kiçik və orta biznes nümayəndələri üçün olan iki günlük biznes-kursumdur. Kurs «Rəhbər olmaq istəyirsiniz?» adlanır və 30-40 yaşlı və üst idarəçi olmaq istəyən, lakin bunu necə etməyi bilməyənlərə ünvanlanıb. 

     İş ondadır ki, Azərbaycanda karyerasında müəyyən müvəffəqiyyətlər əldə etmiş orta menecment təbəqəsi formalaşmışdır. Lakin iki vacib məqam var : demək olar ki, top menecer olmaq vaxtı çatıb amma onlar bunun üçün nə və necə etməli olduqlarını bilmir. Bununla birgə olkədə daha enerjili və dinamik, xaricdən gəlmiş gənc və dinamik mütəxəssislərin sayı gündən günə çoxalır. Və bu səbəbdən onlar 30-45 yaşlılardan daha çox işləməyə və daha az məbləğ almağa razıdırlar. Və təbii ki, 35 yaşlı insan onlarla rəqabət apara bilmir. Digər tərəfdəndə artıq orta yaş krizisi baş qaldırır, insan öz üğürlarını qiymətləndirməyə başlayır.

     Bu çox dinamik, aktiv və interaktiv kurs iki gün ərzində idarəetmə sistemləri, Azərbaycanda menecment problemləri və həlli yoları, təkmilləşmə və inkişaf üçün nələr etmək gərəklidir haqda çox geniş məlumat təqdim edir. Və ən əsası – bu kursun hər bir cümləsi mənim peşəkar təcrübəmdən olan real misallarla əsaslandırılır. Və əlbəttə ki, biznes kurs iştirakçıları ilə birlikdə real biznes keyslər həll edirik.

     Siz biznes bloqunuzu idarə edirsiniz. Söyləyərdiniz, bu fikir necə yarandı?

     Bəli, eyni andada mən aktiv blogerəm. Öz bloqumda mən idarəetmə, iqtisadiyyat, biznes, inkişaf və peşəkar təkmilləşmə, Azərbaycanda karyera haqda məqalələr yazıram. Həmçinin digər ölkələrdə nəşr olunan məqalələrimin tərcüməsini yerləşdirirəm. Bloqun məqsədi – öz təcrübəmlə bölüşmək və sahibkarları, iş adamlarını, menecerləri və gəncləri məlumatlandırmaqdır.

     Gənc menecerlərə peşəkar karyeralarının başlanğıcında nə tövsiyyə edə bilərsiniz?

     İlk növbədə qarşılarına məqsədlər, iddialı məqsədlər qoymağı tövsiyyə edirəm –elə böyük bir məqsədlər ki, onların yuxusunu qaçırır, gecələr yuxudan oyadır. Həmçinin daim yeni bilik üçün açıq olmaqlarını və hər bir anda – iş axtarışı, təkmilləşmə, karyeralarının hər bir pillə və mərhələsində əzmkar olmağı tövsiyyə edirəm. Və heç bir zaman unutmamalıdırlar ki, həyatda bəxt ancaq böyük zəhmət, güclü iradə və dəmir intizamımızın nəticəsində olur.

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *