человек_кости_ситуация_домино
Məqalələrim

“Canımı verdim şirkətə” deyənlər üçün

     BU YAZIMI HƏRKƏS OXUSUN – Peşəkar həyat haqqında VACİB MƏQAM
     Dəyərli mütəxəssislər, orta idarəçilər, rəhbərlər!
     Daim Azərbaycanın müxtəlif sahələrində işləmiş insanlarla ünsiyyətdə oluram və işsiz qalan, işdən ayrılan minlərlə insanlarda diqqət etdiyim ortaq həssas məqam var : illərlə işlədikləri şirkətlərdən inciyirlər.
     “Canımı verdim, məni işdən çıxardılar. İllərimi orda keçirdim, sıfırdan işi quranlardanam, amma indi işsiz qaldım.” Baxın. İllərinizi verdiniz – əla. Amma maaş aldınız o dövrlərdə. Və əgər işinizdən və imkanlardan narazı idinizsə, artım tələb edə bilərdiniz və ya başqa iş axtara bilərdiniz.
     Bir digər məqam : şirkət məni inkişaf etdirmədi, məni təlimlərə göndərmədi.
     Şirkətlər heç kimi inkişaf etdirməli deyillər. Şirkətin o günə olan dövrü üçün sizin bilikləriniz kifayət edirdi, ona görə də inkişaf etdirmədi.
     İnsanın inkişafı onun və ancaq onun, ŞƏXSƏN özünün problemidir.
     Digər diqqətimi çəkən məqam, insanın illərlə bir şirkətdə işləyərək o şirkətin damı altında “gizlənməsidir”. Şirkətdə rəhbərlik dəyişəndə və o dam aradan qaldırılanda, insan özünü ilk anlarda çox zəif və qorumasız hiss edir.
     Şirkətlərdə rəhbərlik dəyişə bilir. 10 il bir yerdə rahat işlədikdən sonra rəhbər dəyişir – və yeni idarəçi köhnə komandanın bu gün üçün artıq effektiv olmadığına qərar verir. Bu hal, biznesdə normaldır.
     Bunları yaşamamaq üçün hərkəsə şiddətli tövisyyələrim bunlardır :
– DAİM, durmadan, davamlı inkişaf edin. Peşəkar inkişafınız sizin vərdişiniz halına gəlməlidir;
– İnkişafınızı, gələcəyinizi, ailənizin rifahını şirkətlərə, rəhbərlərə etibar etməyin;
– Şirkət və ya sahə adamı olmayın, peşə adamı olun;
– Çevrənizi genişləndirin, tədbirlərdə iştirak edin, ölkədə tanınan işadamları və idarəçilərlə tanış olun və netvorkinqə zaman, enerji və vəsait ayırın.
     Güclü olun. Şirkətə, brendə bağlı olmayın, özünüzü brend edin

     Oxuduqdan sonra BÖLÜŞÜN ki, daha çox insanlar faydalansın  

  Məlumatlandırma

      YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

 

 

5 comments

  1. Bu sözləri təxmini 9 il öncə siz mənə mən ofis menecer işləyəndə demişdiz, xanım öz üzərinizdə çalışın)))(Fabriklərdən birində rəhbər vəzifədə işləyirdiz)

  2. Məqalənin 2-ci abzası ilə razı deyiləm. Siz sadəcə şəxsi fikrinizi etalonlaşdırmısınız.

    1. Məqalə TAMAMİLƏ şəxsi fikirlərimdən ibarətdir 🙂
      Etalonlaşdırmamışam – heç bir yerə müraciət etməmişəm ki, etalonlaşdırılsın.
      Sadəcə fikirlərimi yazmışam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *