Düşüncələrim

VİP MANİA

01.09.2015
Dəllək. Çayxana. Gözəllik Salonu. İstirahət mərkəzi. Avtomobil salonu. Restoran. Kafe. Bütün bunları birləşdirən nədir? VİP olmalarıdır.
“VİP” adı orada təqdim edilən xidmətin və satılan məhsulların mükəmmək olmasının qarantiyası deyil – ora gedən insanların eqoslarının tətmin edilməsi üçündür.
Xarici görünüşə əhəmiyyət verib, məzmunu və mahiyyəti vacib saymayan insanlar üçün VİP olmaq, VİP sayılmaq vacibdir.
Məhz buna görə cəmiyyət qarşısında “müvəffəqiyyətli” olmağını göstərmək üçün min əzabdan keçib, dəridən qabıqdan çıxıb, oğurlub və nakişilik etmək bahasına belə olsa bahalı avtomobillər alma və göstərişli həyat sevdası olur insanlarda.
Kaşki biraz daha sadə olsaydıq. Kaşki sadəliyə daha çox önəm verilərdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *