Gördüklərim, eşitdiklərim

DONDURMA

02.09.2015
Dünən Ukrayna dairəsində olan parka biraz gəzməyə getdim. Parkda oturacaqlarda çox insan vardı -hərkəs ailələri ilə axşam istirahət etməyə və hava almağa çıxmışdı. Amma bəzilərinin niyəti heç də istirahət deyilmiş 🙂
Gənc bir oğlan yanında oturan qızı bir əli ilə bərk bərk sıxmışdı özünə. Öncə elə bildim ki, eyni bədəndə 2 baş var, sonra gördüm ki, yox… Ayrı bədənlərdir, sadəcə sarmaş dolaş olublar. Çox kip yapışıq idilər, ustalar demişkən, arada “zazor” qalmamışdı 🙂
Oğlan digər əli ilə qıza dondurma yedizdirirdi. Qız dondurmanı uzunca yalaya yalaya öğlanın gözlərini içinə baxırdı, oğlanın isə gözlərində o anda alman filmlərində olan səhnələr canlanırdı 🙂

Oğlan feyziyab və məsdi xumar olmuş vəziyyətdə valeryanka içmiş pişik kimi gözü ancaq dondurma ilə qızı görürdü.
Tam qarşılarında bir gənc vardı – o da o dondurmaya baxıb udqunurdu. Yəqin, onun da ürəyi dondurma istəyib 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *