55a12ff3-d6b6-4c02-9233-ca7ae98a48a5
A TƏLİM və KURSLAR Məqalələrim

Peşəkar karyera təlimi iştirakçıları RƏYLƏRİ

     28.02 tarixində üzvü olduğum MUSİAD – Müstakil Sanayici ve İşadamları Dərnəği Azərbaycan ofisində bu cəmiyyətin bir sıra şirkətlərinin idarəçilərinə “Peşəkar karyerya və idarəçilik” mövzusunda 1 günlük təlimim oldu.

    8 saat ərzində fərqli firmalardan gələn idarəçilər və mütəxəssislərlə Azərbaycanda biznesin inkişafı və gedişatı, əmək bazarında olan trend  və əməkdaşlar üçün olan riskləri və imkanları, peşəkar karyera, idarəçilik və inkişaf mövzularında danışdıq.

     İştirak edən firmalar :

     Özgün Yapı A.Ş.

     BAXİ Azerbaijan

     Faber Kimya

     ZİVELLA Mebel Mağazaları şəbəkəsi

     Barizza Ofis Kresloları Mağazası

     AS Otomotiv

     Translift 

     İştirakçılardan təlim sonunda aldığım təlim haqda yazılı RƏYLƏRİ böyük məmnuniyyətlə paylaşıram.

     Salam Fəxri bəy,
     İlk öncə pozitiv və bilgi dolu təliminizə görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, bu təlimin peşəkar həyatımda izləri olacaqdır. Sözün düzü bir çox seminarlarda olmuşam, ama sizin təliminiz digərlərindən köklü surətdə fərqlənirdi. İdarəçilik sahəsində əksik qalan bir çox cəhətlərimi kəşf etdim Sizin təlimdən sonra.

     Təlimdə öyrəndiyimiz bilgilərin İdarəçilik sahəsində atacağım addımlarda mənə stimul olacağından əminəm. Kitablarla və sağlamlıqla bağlı tövsiyyələrinizi həmişə diqqətdə saxlamağa, və təlimdə də qeyd etdiyiniz kimi işlərimizlə bağlı mini planımı hazırlamağa çalışacağam.
     Peşəkar təcrübələrinizi bizimlə səmimi şəkildə bölüşdüyünüz üçün çox sağolun.

     Taleh Mərəyev

     İnsan Resursları üzrə Baş Mütəxəssis – Özgün Yapı A.Ş

     Peşəkar idarəçilik TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

 

     Salam, bir çox idarəçinin biznes adlanan tufanlı dənizdəki yol göstərən mayakı, Fəxri müəllim.

     İlk öncə, 28 fevral tarixində bizə verdiyiniz tövsiyyə və ipucular üçün təşəkkürümü bildirirəm.

     Bu təlimdən sonra fəaliyyət sahəmi bir daha gözdən keçirtməli oldum və səhvlərimi özüm axdarıb tapdım.

     Şirkətləri gələcəkdə gözləyən problemlər “HƏYƏCAN TƏBİLLƏRİ” və çıxış yollarından tutmuş, şəxsi inkişafa kimi davam edən axıcı mövzuları bir dinləyici kimi həvəslə dinlədim.

     İnanıram ki, peşəkar fəaliyyətində çətinliklə üzləşən üzləşən hər bir idarəçi də Sizin peşəkar təliminizdən faydalanacaq.

     Təlmdən sonra mənə göndərdiyiniz kitablar üçün təşəkkürümü bildirirəm.

     Növbeti təlimlərinizdə göruşənədək……
     Toğrul Məmmədli

     B2B&Marketinq Rəhbəri – BAXİ Azerbaijan

     Salam Fəxri bəy,
     İlk öncə bizə yansıtdığınız müsbət enerjiyə görə Sizə təşəkkür edirəm. Təlim müddətində anlatdıqlarınız, real hadisələr və yaşanmışlar ümid  edirəm ki həyatımız boyu bizə fərdi inkişafımızda, karyeramızda və şəxsi  həyatımızda cox böyük təsirə malik olacaq.
Peşəkar İdarəçilik adı altında təlimə qatılsaq da bizim üçün önəmli  olacaq bir çox nüanslara toxunduz. Bəlkə də anlatdıqlarınız bir çox  insanın bilinc altında mövcud olsada (oxumuş, dinləmiş və ya yaşamış)  Sizin sayənizdə bunlar üzə çıxdı.
     Təlimdən hər kəs bir nəticə çıxartdı deyə əminəm.
     Təlimdən az zaman keçməsinə baxmayaraq öncədən planlaşdırdığım ancaq  reallaşdıra bilmədiyim, Sizin də vurğuladığınız istər iş istər şəxsi  həyatımda bəzi dəyişikliklər üçün önəmli addımlar atdığımı  düşünürəm. Müvəffəqiyətə gedən yolda fərdi inkişafın nə qədər əhəmiyyətli
olduğunu anladım.
     Tanıdığım və ya tanımadığım insanlara ən az bir dəfə Sizin təlimə  qatılmağı tövsiyə edərdim!
     Bir sonrakı TƏLİMLƏRDƏ görüşmək ümidilə
     TƏŞƏKKÜRLƏR!

     Kamil Ramazanov

     Satış Rəhbəri – Faber Kimya

     Salam Fəxri bəy

     28 Fevral tarixində baş tutmuş təlimlə bağlı cox pozitiv fikirlərimi Sizinlə bölüşmək istəyərdim. 

     Bu təlim mənə biliklərimi təklarlamaqla yanaşı daha peşəkar və disiplinli olmaq üçün bir çox yeni məlumatlar qazandırdı.

     Hal-hazırda bir şirkət mühasibi olaraq anladım ki, işimdə professional və peşəkar olmaqla yanaşı insanlıq keyfiyyətlərimə, xasiyyətimə, sağlamlığıma və şəxsi həyatıma dair mövzularda da özümü inkişaf etdirməliyəm. 

     İş həyatı ilə yanaşı şəxsi həyatda da hər şey planlı şəkildə olmalıdır ,ki arzuladığın müvəfəqiyyəti əldə edə biləsən. Sizin anlatdıqlarınıza dayanaraq demək istərdim ki, insan gərək hər mövzuda peşəkar olmağa çalışsın və bunun üzərində işləsin.

     Məsələn:

     1. Vaxt axımına qənaət etmək

     2. Peşəkar əhatəni genişləndirmək

     3. Şəxsi disiplinə nəzarət etmək

     3.1   Pəşəkar inkişafa zaman ayırmaq

     3.2   İdmana zaman ayırmaq

     3.3   Sağlam qidalanmaq

     3.4   Araşdırmaq və öyrənmək və s.

     Ümid edirəm ki, yenidən Sizin təlimlərinizə qatılmaq şansım olar. Öyrətdikləriniz üçün təşəkkür edirəm..

     Rüfət Zeynalov

     Muhasib – ZİVELLA Mebel Mağazası

     Salam Fəxri bəy.

     İlk növbədə sızə 28.02.2020 tarixdə  keçdiyiniz təlimə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Təlim möhtəşəm bir şəkildə keçdi. Gəlmədən öncə darıxdırıcı və yorucu olacağını fikirləşdiyim halda tam əksini gördüm.Vaxtın necə keçdiyi hiss olunmadı.

     Bu təlimdən çox şeyləri öyrəndim.

     Azərbaycanın əmək bazarının bu günkü vəziyyəti və 5 il sonra ola biləcək vəziyyətin müqayisəsi, dəyərlər və sairə bu kimi mövzuların rahat başa düşülə bıləcək formada izah olunması Sizin işinizin peşəkarı olduğunuzu bir daha sübut etdi.

     Bu təlimin şəxsi və iş həyatımda,yaşam tərzimdə,şəxsi fikirlərin formalaşmasında böyük  təsiri olacağına inanıram.

   Maddi disiplin, idman, şəxsi effektivlik texnikaları kimi mövzularin nəinki rəhbərlərin, həmçinin bütün peşə sahiblərinin bilməli olduğu mövzular olduğunu düşünürəm.

     Sonda Sizə böyük minnətdarlığımı bildirirəm və peşəkar karyeranızda uğurlar diləyirəm.

     Şəhriyar Məmmədov

     Layihə Mütəxəssisi- ZİVELLA Mebel Mağazası

Peşəkar idarəçilik TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

5db13aa8-7f6a-4295-a8ca-2a32420c7c25 9d61fa7c-64da-469e-b0f0-8862cbc1c1ef a27e074d-6359-4a46-b28e-0e21eccf1cdf c0dd0163-7af1-4cef-ae04-87d836739d49 f0b18d2c-e8b1-4a8b-be3e-f7859dafa3b2  

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *