pp
A TƏLİM və KURSLAR Məqalələrim

Peşəkar idarəçilik təlimi, iştirakçı RƏYLƏRİ

     5 Sentyabr tarixində “Peşəkar İdarəçilik və Karyera” təlimi növbəti qrup idarələr və rəhbərlər üçün New Baku Hotel.də keçirildi. 8 saat ərzində fərqli firmaların rəhbərləri ilə idarəçiliyin əsasları, ölkəmizdə karyera qurmaq, peşəkar inkişaf və biznesin məqsədləri kimi mövzularda danışdıq.

     Təlimdə iştirak edən peşəkarların rəyləri yazılı şəkildə və original formalarında aşağıda qeyd edilmişdr.

     Salam, Fəxri bəy. 

     Təlimə görə Sizə bir daha təşəkkür edirəm. Şəxsən mənim üçün bu təlim çox faydalı oldu. İdarəçilik əslində nədir? Bu işdə ən vacib məsələlər hansılardır? Rəhbər, iş adamı özündə lazımi vərdişləri necə formalaşdırmalıdır? Tabeliyində olanlarla necə davranmalıdır? Hətta hansı kitabları oxumalı, hansı filmlərə baxmalıdır? Bunlar öyrəndiklərimin yalnız bir qismidir. Apardığım qeydləri hər gün təkrar-təkrar vərəqləyir, işimdə tətbiq etməyə çalışıram.

     Zənnimcə uğur qazanmaq istəyən, işinin peşəkarına çevrilmək istəyən hər bir işgüzar şəxs, xüsusən də orta və yüksək menecment nümayəndələri mütləq bu təlimlərdə olmalıdırlar.

     Təlimdə alınan informasiyalar çox vacibdir. Ən vacib olan isə şəxsi nümunənizlə təlimə gələnlərə aşıladığınız inam hissidir. Təlimdən çıxanda məndə belə bir möhkəm inam var idi ki, hər bir şəxs nail ola biləcəyi uğur dərəcəsini özü müəyyənləşdirir.

     Uğur – özünü, öz vərdişlərini idarə etməkdən, həyatını nizama salmaqdan başlayır və daim öz üzərində işləməklə əldə edilir.

     Bu təlimlərdə daha çox iş adamının iştirak etməsi lazımdır. Çünki bu, ümumilikdə ölkədə biznesin yeni bir səviyyəyə yüksəlməsi üçün çox faydalı olar.

     Növbəti təlimlərdə iştirak etmək ümidi ilə…  

     Şahin Əliyev

     DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktoru

     Peşəkar idarəçilik TƏLİMİ (təlim haqda məlumat almaq üçün yazının üzərinə klikləyin)

     Hörmətli Fəxri bəy,

     Peşəkar karyera və idarəçiliyin əsasları haqqında təşkil etdiyiniz təlim kursu üçün Sizə təşəkkür edirəm.

     Bildirmək istərdim ki, təlim zamanı təqdim olunan məlumatlar idarəçilik bacarıqlarının formalaşmasında olduqca faydalı və təsirlidir. Ona görə ki, bütün qeyd olunanlar illərlə qazanılmış praktiki biliklərdir ki, onların kitab və ya internet resurslarından oxunub əldə olunması qeyri-mümkündür. Təlimin digər özəlliyi isə fərqli sahələrdə fəaliyyət göstərən mütəxəssis və idarəçilərin anlaya biləcəyi tərzdə mükəmməl təqdimat formasıdır.

     Öz adıma deyə bilərəm ki, təlim həm peşəkar fəaliyyətimdə, həm də yaşam tərzimdə müsbət istiqamətdə dəyişikliklərə səbəb oldu. Mənim üçün ən əsas təsiri isə karyera inkişafımda hədəflərimi daha aydın görməyimi və bu istiqamətdə atacağım addımlardan daha da əmin olmağımı təmin etməsidir.

     Təlimin interaktiv formada təşkili təkcə mənim deyil, digər iştirakçıların da indiyə qədər ağıllarına belə gəlməyən malik olduqları və ya malik olmaq istədikləri peşəkar keyfiyyətləri haqqında fikirləşmələrinə zəmin yaratdı.

     Təlimin idarəçilik sahəsində karyera inkişafına və şəxsi effektivliyə müsbət yöndə  təsiri qaçılmazdır.

     Sizə gələcək işlərinizdə uğurlar arzulayır və biliklərinizdən faydalanmaq ümüdi ilə gələn təlimlərədək…

     Ağayev Hüseyn

     Keyfiyyətin İdarəolunması Mütəxəssisi

 

     Ölkəyə  yeni  dönən  və  mühit  disbalansinin  yaratdığı  çaşqınlıq  içərisində  nəyharadan başlayacağını  bilməyən,  amma  enerji  dolu,  özünə  çox  inanan  bir  gənc  düşünün.  Digər  tərəfdə  isə  “Peşəkar  karyera  və  inkişaf”  təlimi  –  içərisində  Azərbaycan iqtisadiyyatı,  gələcək  illərdə  mütəxəssislərin  iş  durumu,  əsl  mütəxəssisin  kimliyi,  idarəçiliyin  alt qatlari,  təcrübə  və  biliyin  real  mənalari, sağlamlıq,  dəyərlər,  zaman,   nitq,   şəxsi brendinq  mövzularında  Fəxri müəllimin zəngin bilik və təcrübə xəzinəsi. Hansı ki,  bu bilgini  təkbaşına  əldə  etmək  istəsən  yüzlərlə  kitab  və  illərlə  dolu-dolu  keçən  bir iş  həyatı  yaşamaq  tələb olunur.

     Əminəm ki,  bu təlim  qatılan  hər kəsin həyatında  qısa və ya uzunmüddətli  müəyyən  bir  toxunuş edib.  Amma mənim həyatımda  daha  uzun  bir  yolun  başlanğıcı  olduğunu qətiyyətlə deyə bilərəm.

     Evə  dönərdonməz  həmən  qarşıma  bir  A4  kağız  hazırlayıb  SVOT  analizinə  başladım. İdarəçi və mütəxəssis olaraq ayrı-ayrılıqda   zəif   və  güclü  tərəflərim,  imkan  və  maneələrimi  yazılı   olaraq   bir   daha   gözdən  keçirdim.  Nəticədə   çalışma  masamın   üst   hissəsində   qarşıdakı  3 il  ərzində  oxuyacagim   kitablar,   mükəmmələ  çatdırmağım  gərəkən bacarıqların  siyahısını  və  deadline zamanlarını,  eləcə də şəxsi brendinq  addımlarını yazıb asdım. Çox  böyük  ümid  edirəm ki,  3 il sonra  adını iş  dünyasına  çatdırmağı  bacarmış  bir  gənc olaraq  bu  təlimə yenidən qatilacam  və öz  təcrubələrimi  paylaşacam.

     Yol boyu bunu düşündüm: Fəxri müəllim mənə görə addım-addım öyrənilməsi gərəkən bir liderdir.

     Sizə  hər  şeyə  görə  dərin  təşəkkürlərimi bildirirəm !

     Hörmətlə, 

     Fidan Əliyeva

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *