Düşüncələrim

TAM PEŞƏKARLIQ 

11.09.2015
Peşəkarlıq ancaq peşə biliklərinin olması demək deyildir. Ümumi insani və etik qaydalar, doğruluq, düzgünlük, haqsızlıqdan qaçınma və insanların haqqına girməmək kimi şəxsi xüsusiyyətlər peşəkarlığın ÇOX vacib tərkib hissələridir. 
Ətrafımızda peşə biliklərinə hakim olub insanlara zərər verən polis, vergi, gömrük əməkdaşları, həkimlər, idarəçilər və dövlət qulluqçuları az deyil.
Peşəkar bilik və bacarıqlar peşəkarlığın binasıdırsa, peşəkarlıq binasının üzərində durduğu bünövrə isə doğru DƏYƏRLƏRDİR.
Doğru dəyərlərin olmadığı yerdə “peşəkarlıq” kor, faydasız və zərərli olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *