Düşüncələrim

ENERJİ MƏNBƏYİM SUALINA CAVAB

11.09.2015

Mütəmadi olaraq aldığım sual : 
“Fəxri müəllim, bu qədər işi parallel olaraq etmək, idman, kitab yazma, bloq, məqalələr, müsahibələr, görüşlər və iclaslar keçirmək, seminarlar və təlimlər vermək üçün enerjini hardan alırsınız?”
Çox sadə : “İdman + doğru qidalanma + müsbət düşüncə”.
“Enerjim var, ona görə də idman edirəm” formulası deyil, tam tərsi “İdman edirəm, ona görə enerjim var” formulası doğrudur.

Unudmayın ki, idman da həyatımızda bir çox fəaliyyətimiz kimi vərdişdir. Hər bir vərdişimiz isə ilk addımdan başlayır. 
Şəxsən mən 5 il öncə qaçmağa başlayanda ilk gün 150 metr qaçdım və halım çox pis oldu. 150 metrdən başlayan yol indi hər gün 10-20 km qaçışla sonlandı.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *