29663190_1489188851207504_3704741671454400419_o
A TƏLİM və KURSLAR

SAT Group.da çıxışım haqqında RƏYLƏR

      26.03 və 28.03 tarixlərində SAT Group.da təlim iştirakçıları ilə görüşümüz oldu.

      Mövzumuzun “Zamanın idarə olunması” olsa da,daha geniş və dərin məqamlar haqqında danışdıq.

      2 dəfə 2 saatlıq görüşlər nəticəsində peşəkar həyat, karyera, şəxsi inkişaf, Azərbaycanda biznesin gələcəyi  kimi məsələlərdə gənc mütəxəsssislərə məsləhətlərimi və tövsiyyələrimi verdim.

      Görüşdən bir neçə gün sonra isə şirkətin facebook qrupunda belə bir müraciət yazdım :

     “Hərkəsi salamlayıram!
     Təlimdə iştirak edən gənclərə sualım və istəyim var.

     1 – Görüşlərimiz nəticəsində yadınızda qalan, beyninizə həkk olan, bəyəndiyiniz, diqqətinizi çəkən 3 ana məqamı və ya cümləni yazın.
     2 – Nələri etməyə qərar verdiniz və/vəya etməyə başladınız?

     Öncədən təşəkkür edirəm”

 

     Və aldığım CAVABLARI və RƏYLƏRİ cavabları paylaşmaq istəyirəm (yazıları, dəyişdirmədən, olduğu kimi kopyalayıb yerləşdirmişəm)

     Fuad Mustafayev

     Eleykum salam Fexri mellim
     Men sizde sual vermiwdim
     Meqsedlere geden yolda qarwiya cixan manelerin insanin eqidesinj sarsitmasi haqda ve sizde etrafli wekilde oz heyatinizdan Marafon qaciwini misal cekdiz
     Men o zaman sizin oz isteklerinize necede tam fokuslandiqinizi, ona nail olacaqiniza tam inandiqinizin wahidi oldum
     Menim burdan cixardiqim netice, nelerse eksik olsa duzeliw vermeynizi rica edirem
     Insanin qarwisina qoyduqu meqsed elcatan olmali, meqsede tam fokuslanmali, onu dilde deilde, tam semimiyetle isdemeli, duwduyu butun aqir vezyetlrrde, cemiyetin qinaqi ve s. Olanda bele oz meqsedini unutmamasi
     Eger insan semimi wekilde bulara riayet ederse o zaman meqsede nail olmaq olur

     Müzəffər Yusifzadə 

     1) “sizdən başqa 1000 nəfər varsa və sizin onlardan heç bir üstünlüyünüz yoxdusa, durun sıraya, olun 1000+1”
2)” 20 il ərzində öz inkişafınız üçün heç nə etməmisizsə, sizin 20 illik yox, 20 dəfə kopyalanmış 1 illik təcrübəniz var.”
     3) “bir dil öyrənirsizsə onun hər bir sözünü siz öyrənməli, bir bina inşa edirsizsə, onun hər bir daşını siz qoymalısız.”
     P. S. Nəticədə manyakca iradəli, çalışqan və komplekssiz olmam gərəkdiyinə fokuslandım.))

     Ayten Ayten 

     İlk novbede bedii kitab oxumaq…ve bunu Cerpeleng Ucuran..(Xalid Huseyni)..basladim..2-ci dil bilklerini dahada mohkemlendirmek..bunu ise online conservation qosulmaqla..(rus dilli)..3 cu ise internetden bacardigim qeder az istifade etmek..(tebiki bos vaxtlarimda istifade etdiyim)..bize bu stimuli verdiyinizcun..Fexri muellim size minnetdaram

     Emin Aliyev 

     Fexri muellim, ilk once bize gosterdiyiniz bu diqqete gore size tesekkur edirem. Size qulaq asdiqdan sonra tam deyismeyi qerara aldim. Her adama qismet olmur sizin kimi unikal ve ezmkar insandan telim almaq. Buna gore SAT groupa ve size minnetdaram.

     Vusala Muradova 

     Menim en cox beyendiyim 20-ci mertebeye qalxib sonra sehv blokda oldugunu gormek misali oldu. Bunu yasamamaq ucun bezi qerarlar verdim ozluyumde. Mənə çox müsbət təsirləri oldu təlimin.Hamısını yazsam uzun olacaq))çox təşəkkürlər , Fəxri müəllim.

     Ruslan Residov 

     Mende bugun seher 6:30da qalxdim 6:45de evden cixdim 7:30akimi qacmiwam. Sonra ise gelib yuyundum.ardindan yarim saat kitab oxudum. Gumrah wekilde iwlerme foksumu qoydum. Abedde 13:00-14:00 arasi yungul yemek yemiwem ve eyni zamanda ingilis dilinde sozler oxumaga bawlamiwam dil oyrenmekcun. Sonra iwlerimle əlaqədar goruwe getdim ve arawdirmalar etdim. Indi eve gelmiwem ve hal hazirda iwlermi davam etdirirem. Sayenizde gunumu planladim ve bowa geden zaman itkilermin qarwisin aldim. Cox sagolun herwey ucun. Fəxri muəllim menim ucun heyatda en onemli wey meqsedlerimdi ama etraf tesirlere gore mende meqsedlerimi texire salirdim. Etraf tesirdende cox icimdeki herweyin tez olma isteyi ama biraz caliwirdim gorurdum olmur hevesden duwurdum. Telimlerniz sayəsində hecneye telesmeden dogru yolu getmeyimin vacibliyin oyrendim. Fəxri Müəllim cox sagolunki deyerli vaxtinizi bize ayirdiz ve gedeceymiz yolu tapmaqda, aydin gormekde bize komek oldunuz.

     Rufullayev Yasar 

     Salamlar qisa ve konkret onu deye bilerem ki
     1 ci Mewqe basladim(gimnastika)
     2 ci Rus dilini her gun 30 deq oxuyuram
     3 Isteyim oduki Rehber vezifesine teyin etdiyiniz usaqlar Akademiyanin usaqlarindan olsun.olar(1ci men:))
     MirOrxan Qasımov 

     1. Mativasiyanin (qayiqda yelkene kuleyin tesiri)olmadigi vaxtda disiplinin (muherrikin) iwe duwmesi
     2. Bext deye bir wey yoxdu heyatda zehmet var meqsed var plan var icraat var disiplin var
     3. Muveffeqiyet secimdir bu gun aldigimiz qerarlar 5il harda olacagimizi mueyyen edir

     Beyoglan Huseynov 

     Salam olsun hamiya.
     1- İşdə psixoloji güc haqqinda dedikləriniz. 
     2- Hansi yaşda olmağın uğur qazanmağa heç vaxt mane olmayacağına tam əmin oldum. 
     3- Yaponlarin dediyi ” səhv yolda sürətli getməyin heç bir mənasi yoxdu kəlməsi”. Bu ona işarədiki yalniz doğru yolda uğur qazanmaq üçün mübarizə aparmaqdi. Əks halda sonda ortada nəticə olmayacaq. 
     4- Hansi ölkədə təhsil almaq heç də savadlı kadr olmaq demək deyil. Yəniki əmin oldumki bizim burada da kifayət qədər imkanlarimiz var.
     5- Uğur ev tikməkdir. Hər gün bir daşı daş üstə qoymaq lazimdir. Hazir ev axtarmaq lazim deyil. 
     6- Başqasindan üstünlük. Üstünlüyün yoxdursa dur siraya 1000+1.
     7- 10 illik aldadıcı təcrübə. 1 illik təcrübə + 9 illik kopyalama. 
     8- Bəxt və istedad. Uğur qazanmaq istiyənin bəxti olmasa da olar. 
     9- 5illik plan üçün manyakcasina çalışmaq. 
     10-Gələcəkdə kaşkilər deməmək üçün elə bugun addim atmaq.
     11- Həyat çox acımasizdir.
     12- Biznes çox acımasızdır.
    13- Ən böyuk təhlükə özümüzük. 
     Mən çox köklü dəyişiklər etməyi qarşima ciddi məqsəd qoymuşam.
     1- Artıq özüm özümdən şikayət etmiyəcəm.
     2- Fasiləsiz idman və erkən oyanmaq. İnsan ömrünün 1/3ni yatir. 
     3- 5 illik planı təcili olaraq başlamaq. 
     Təşəkkürlər Sat Gruop və onun təşkilatçıları Fəxri bəy başda olmaqla bütün təlimçilər. Fəxri bəy həyat dərsi keçdi bizə. Adama elə gəlirki cəmi iki təlimdə dünyaya, biznes sahəsinə, taninmiş insanlarin həyatina səyahət etdik.???

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *