1 (2)
Məqalələrim Sual və cavablar bölməsi

Niyə marafon?

Daim aldığım sual : Niyə məhs marafon qaçıram? Niyə 42 km?

Cavabım :  Marafonda mübarizəni var gücünüzlə aparmaq məcburiyyətindəsiniz. Bu mübarizənin ən maraqlı tərəfi isə odur ki, insan öz içində özü ilə mübarizə aparır. Və əsas yarış insanın daxili aləmində başlayır : 30.cu kilometrdən sonra düşmək və dayanmaq üçün beyniniz yüzlərlə səbəb və bəhanə gətirəcək. Daxili şübhələrin və qeyri müəyyənliyin olduğu, özümüzü fiziki olaraq halsız və zəyif hiss etdiyimiz zamanlarda bizi irəliyə aparan ancaq və ancaq iradəzmi və əzmkarlığımızdır. Beyniniz, iradə gücünüz və əzmkarlığınızla insan öz bədəninin zəyifliyi ilə mübarizə aparacaq.

Marafondan sonra qopan ayaq dırnaqları, bədəninizin vəhşicəsinə ağrıları, əzələlərin vəhşicəsinə ağrısı və dartılması…. Ancaq insan bunları hiss etmir, çünki anlayırsınız ki, qalibiyyət üçün var gücünüzü sonuna qədər vermisiniz və öz zəyiflikləriniz qarşısında təslim olmadan, bəhanələr qarşısında geri çəkilmədən yolunuza son anına qədər davam etmisiniz.

42 kilometr 195 metrdən ibarət olan marafon qaçışı br insanın aylarla və illərlə hazırlıq dövrünün, yuxusuz qaldığı gecələrin, səhər qaranlıqda oyanaraq, soyuq, yağışlı və qarlı havaya baxmadan etdiyi məşqlərinin, yediyi yeməklər və içdiyi içkilər üzərində sərt nəzarətin nəticəsidir.

Marafonçu olmaq sadəcə bir nəticədir – bu nəticəyə gedən yolda isə insan hər gün disiplin, iradə gücü və əzmkarlıq nümayiş etdirərək öz zəyiflikləri üzərində qalibiyyət əldə etməlidir. Məhs buna görədir ki, marafonçu olan hər bir insan  çempiond olaraq qəbul edilir : ruhu ilə bədəni üzərində qalib və çempion.

Marafondan sonra isə insan dəyişir, çünki qalib olduğunu, heç bir zaman təslim olmayacağını, heç bir çətinlik qarşısında zəyif qalmayacağını özünə sübut edir və özünə, öz daxili və mənəvi gücünə inamı artır. Ən güclü insan özünə qalib gələn insandır.

Mənim birinci marafonu haqqında məqaləmi oxumaq üçün bu linkə daxil olun : mənim birinci marafonum.

1 (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *