Düşüncələrim

Müvəffəqiyyətlərimizin sərhədləri

4 Aprel 2015

Bu gün ilk dəfə idi ki, mən ölkəmizdə yarışda iştirak edirdim.
2011.ci ildə 18 il siqarət çəkən, səhhətində çox sayda sıxıntılar olan və çəkisi 120 kq üzərində olan Fəxri Ağayev 40 və 41 yaşında beynəlxalq və ölkə yarışlarında iştirak edərək 3 medal alacağını və bununla yetinməyərək, daha da böyük uğurları hədəflədiyini görmək mümkün deyildi.

İstər İstanbulda marafonda, istərsə bu günkü yarışda son bir neçə kilometrdə hər an durmaq istəyirdim. Nəfəs kəsilir, ayaqlarda əzələlər titrəyir, bədən ağrısı. Qulağıma bir səs “Dur, dinlən, sakitləş”, amma beynimdə daim Mohammed Alinin sözləri vardı : “I hated every minute of training, but I said, ‘Don’t quit. Suffer now and live the rest of your life as a champion” – “Məşqlərimin hər dəqiqəsinə nifrət edirdim, amma özüdə deyirdim : indi döz və ömrünün sonuna qədər çempion olaraq yaşa”.

Müvəffəqiyyətlərimiz və nailiyətlərimizin sərhədləri ancaq beynimizdədir, və ona görə hər zaman deyirəm “Hədəflərimiz böyük olmalıdır. Manyakca böyük. Elə böyük ki, biz onları düşünəndə qorxaq (c)”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *