Gördüklərim, eşitdiklərim

Müasirlik

Kafedə yan masada oturan 3 gənc dinimiz (dinlərini), İslam xadimləri, dinin əsas qaydaları haqqında o qədər aşağılayıcı şəkildə danışa danışa güldülər ki… Ən güclü arqumentləri də ki “ayə, boş şeylərdiyeeee, müasir olmaq lazımdır”.
Bədbəxtçilik odur ki, özlərinin danışıq tərzləri, istifadə etdikləri sözlər, cəmiyyət içində davranış və bədən dilləri ən iyrənc formadadır. Din haqqında sual versək – bilik sıfır. Gələcəkləri, karyera mövzularında – böyük ehtimal ki, boşluqdur.
Dinimizi bilmədiyimizə görə kiril əlifbasıyla ərəb sözlərini oxuyan mollalara pul veririk ki, cırıq kağızdan özü də bilmədiyi sözləri oxusun və bizim cahilliyimiz və bilgisizliyimizə görə pul qazansın.
Gənclərlə daim ünsiyyətdə olan bir insan olaraq gənclər arasında özünü daim və hərtərəfli inkişaf etdirən, gözü açıq, “müasirlik” sözünü keçmişimizi, milli dəyərlərimizi ələ salmaq olaraq anlamayan, ölkəsini və millətimizi olduğu kimi sevən minlərlə gəncləri gördüyümə görə sevinirəm.
Bu tip insanlara isə inandıqları mollaların “ağıl duası” yazmağını arzulayıram 🙂 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *