Fəxri Ağayevin bloqu

Kitab haqqında Zaur Hacılının RƏYİ

“Saxla zamanı gələr zamanı” kitabı həyat nemətini maksimum istifadə etmək istəyən hər bir kəsin stolüstü kitabı olmalıdır. Kitabda çox gözəl praktiki metodlar göstərilmiş və dahilərdən, uğurlu insanlardan real həyat hekayələri ilə bu metodların “qudrəti” ortaya qoyulmuşdur.

Kitab ən az 2-3 dəfə oxunmalı, konkret qeydlər aparılmalı və tədricən həyata tətbiq olunmalıdır. Həyatın bu dərəcədə sürətli axışı və inkişafına yalnız bu şəkildə ayaq uydurmaq mümkündür: zamanı israf etmədən düzgün istifadə etmək və dissiplinlə bütün həyatı boyunca özünü inkişaf etdirməklə.

Adətən bu tip kitablar bir istiqamət üzrə olur ya biznesdə necə uğurlu olmalı(necə varlanmalı), ya idmanda necə ruhdan düşməməli və ya ailə münasibətlərini necə düzənə salmalı.

“Saxla zamanı gələr zamanı” kitabının ən gözəl özəlliyi odur ki, Fəxri müəllim burada dörd istiqamətin(iş-karyera, sağlamlıq, ailə və mənəviyyat) insan həyatı üçün əhəmiyyətini düzgün şəkildə vurğulayır və bu istiqamətlərdə uğurlu olmağın mümkünlüyünü sübut edir.

1. Kitabdan nələr öyrəndim?

Kitabdan çox şey öyrəndim, ən önəmlilərindən biri odur ki, yaşından asılı olmayaraq heç vaxt başlamaq üçün gec deyil və israrla öz məqsədinə doğru addımlaya bilən hər bir kəs uğur əldə edəcək!

2. Nə qərarlar aldım?

İlk növbədə yuxu rejimimi qaydaya salmağı qərara aldım. Çünki bu gündüz effektli işləyə bilməyin ilk şərtidir. Daha sonra gündəlik idman və kitab oxumağı qərar aldım. Hazırda gündəlik 200 ədəd norma qoymuşam. Buraya turnikdə dartınma, oturub qalxma, paralel qolda məşq və jim daxildir. Hamısının ümumi cəmi ən az 200 olmalıdır. Tədricən artırmağı planlayıram. İşdə otaqda hər kəs idmana başlayıb :)

İxtisasım üzrə gündə ən az 15-20 səhifə ingiliscə kitab oxuyuram. Kitabda yazılan metodların çoxunu hələ tətbiq etməmişəm. Ancaq hissə-hissə tətbiq etməyi planlayıram.

3. Ən çox xoşuma gələn bölüm

Zamanın idarə olunması sütunları və Şəxsi effektivlik texnikaları bölümləri

4. Ən çox xoşuma gələn 3 cümlə:

  • “Özünüzə yazığınız gəlməsin”
  • “Komfort bölgəsindən çıxın, bizim müvəffəqiyyətimiz komfort bölgəsi xaricindədir”
  • “Beş il sonra hər birimiz oxuduğumuz kitabların cəmi olacağıq”

5. Bu kitab niyə oxunmalıdır:

– Kitabın arxasında, yazılanları real olaraq yaşayan insan Fəxri Ağayev durur, bu da kitabı oxumaq üçün ən motivə edici səbəbdir.

– Bu dünyada həyat insana bir dəfə verilir və bu həyatı necə gəldi yaşamaqla biz ən azından yaşlandıqda peşman olacağıq bu səbəbdən kitab oxunmalı və yaşanmalıdır.

– Cəmiyyətimizdəki hər bir fərdin inkişafı ümumilikdə ölkəmizin inkişafına gətirəcəkdir. Sağlam bədənli, sağlam ruhlu və savadlı insanlardan, meydana ancaq ideal cəmiyyət gələ bilər.

Zaur Hacili

Database Administrator at AZERCELL

zaur-hajili

Leave a Reply

Your email address will not be published. Required fields are marked *