tahir
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında Tahir Məmmədovun RƏYİ

İlk öncə Fəxri müəllim Sizə təşəkürümü bildirmək istəyirəm ki, bucür faydalı, yüksək enerjili kitab yazdığınıza görə.
Kitabı dünən hər səhifəsini yavas-yavas, dadında, heç bir cümləsini israf etmədən oxudum.

Əminliklə deyə bilərəm ki, “Saxla Zamanı, Gələr Zamanı” kitabı heç də xaricdə ən çox satılan şəxsi inkişaf kitablarından geridə qalmır əksinə üstünlükləri çoxdur. Xarici yazarların kitablarından fərqli olaraq bu kitab təkcə iş dünyasında çalışan insanlara deyil, hamiya xitab olunur və ən əsası öz ana dilimizdə yazılıb.Özüdəki anlaşılan, səmimi və axıcı dildə. İçindəki real misallarla, tövsiyələrlə “Dost Məsləhəti” təsirini bağışladı mənə. Özüdəki ən yaxın dost təsirini. Ona görəki müəyyən məqamlarda kitab bizi yaxşı mənada danlayır, öz boşluqlarımızı görməyimizi və onun üzərində çalışıb özümüzü inkişaf etdirməyimizi istəyir. Çıxardığım nəticələrdən ən əsası məqsədlərimə daha detaylı və sistemli yanaşmaq, yox deməyi bacarmaq oldu.

Kitabdan Xoşuma gələn cümlələr:
– Həyatımız ayrılmaz bir bütövdür. Şəxsi fəlsəfəmiz və bunlarin bünövrəsi olan sağlamlıgımızdan ibarətdir. Biz həyatımızı ayrı və müstəqil hissələrə bölə bilmərik.Həyatımızın bir hissəsində olan müvəffəqiyyət digərində olan uğursuzluğu konpensasiya etmir.
– Öz ruhunu, özünü və nəfsini idarə edən insan hər zaman cəlbedici və maraq oyadıcı insan olur
– Müvəffəqiyyət məqsədin olmasıdır. Dəqiq, Konkret. Bizim ağır zamanımızda ruhdan düşməyimizin qarşısını alan, bizə düşdüyümüz anlarda güc verən yol göstərən ulduz olacaq məqsəd.
– Bəzən bizim məğlubiyyətimiz və uğursuzluqlarımız bizim qalibiyyətlərimizdən daha çox fayda verir, çünki uğursuzluqlarımız bizim zəif yerlərimizi görmək və onları gücləndirmək imkani verir, halbuki müvəffəqiyyət bizə aldadıcı güvən hissi verə bilər və bu zaman zəif tərəflərimizi görməyəcəyik.
– Biz bacarıqları satın ala bilmərik. Biz bilikləri də satın ala bilmərik.Biz onları əldə edə bilərik ağır zəhmətlə
– İnsanları fəqləndirən yeganə xüsusiyyət bizim qarşımıza çıxan vəziyyətlərə qarşı yanaşmamızdır.Kimsə düşdüyü vəziyyətin təsiri altında əzilir, digər insanlar isə öz düşüncə tərzini, yanaşmasını dəyişdirir və yoluna davam edir.Təcrübə başımıza gələnlər deyil – bizim qarşımıza çıxan vəziyyətlərlə əlaqədar hansı nəticələri çıxardığımızdır.

Yeri gəlmişkən maraqlı bir hadisəni də deyim. Dünən İtalyadan yeni gəlmiş dostum Zakirlə bir məkanda söbət edirdik. Söhbət əsnasında dostumun ancaq zamanın olmamasından şikayətləndiyini görüb və zamanın idarə olunmasına dair bir kitabı bitirdiyimi söylədim və ona bu kitabı oxumağı tövsiyə etdim. Fexri müəllim haqqında söhbət edirdim ki həmin an kim gəlsə yaxşıdı.. Fexri müəllim dostu ilə ön masada əyləşdi. Çox təccübləndim bu təsadüf idimi yoxsa zərurət )) Açığı yaxınlaşmaq istədim amma söhbətlərinə mane olmamaq üçün fikrimdən daşındım. Ama sonra peşman oldum gərək yaxınlaşardım Dostumu da tanış edərdim və o anı danışardım gərək. Nəysə, Burdan yazıram artıq ))

Bir sözlə bu kitabi bütün dostlarıma və ümumiyyətlə hər kəsə şiddətlə tövsiyyə edirəm!

Tahir Məmmədov,

Satış və Marketinq Mütəxəssisi

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *