maska1
Məqalələrim

Dürüstlük və peşəkar karyera

Universitet illərimdən başlayan iş həyatım tam sıfır səviyyədən başlamışdı və bu güngəldiyim idarəçilik peşəsinin bütün mərhələ və pillələrindən keçmişəm. Bu yolda ölkəmizdə və xarcidə, yerli və qlobal və beynəlxalq şirkətlərdə insanın qarşısında nələrin çıxdığını, nələrlə qarşılaşdığımızı, hansı tip və psixologiyaya malik insanların olduğunu kifayət qədər yaxşı bilirəm.

Ölkəmizdə böhran adlandırılan dövrdən öncəki zaman ərzində biznesdə qeyri adi sürətdə “inkişaf” vardı. “İnkişaf” sözünü dırnaq arası ona görə yazdım ki, bu artım və böyümə aldadıcı idi və ölkəmizdə olan bizneslər çox da böyük səy xərcləmədən böyük həcimdə gəlirlər əldə edirdilər. Böyük pulların döndüyü və şirkətlərin effektivliyə diqqət etmədən böyüdüyü zaman xərclərə nəzarət ciddi olmadığına görə fərqli vəzifələrdə işləyən insanlar tutduqları vəzifələrdən suistifadə edirdilər.

Klassik bir vəziyyət : insan şirkətdə maaşından başqa müxtəlif yollar və bəhanələrlə əlavə gəlir əldə edirdi. Bu insanların müxtəlif bəhanələrlə özlərinə bəraat qazandırırdılar. Bəziləri Robin Hood statusunda idi : zənginlər mənim haqqımı yeyirlər və mən də haqqımı alıram. Bəli. Robin Hood kimi. Oğru və quldur kimi. Xaincə Qaranlıqla, gizli şəkildə, arxadan hərəkət edərək.

Bu tip insanlarla qarşılaşanda hər zaman bu tərzdə danışırdım onlarla.

  • Maaşından narazısan? Düşünürsən ki, daha da çox gəlir sənin haqqındır? O zaman haqqını tələb et. Vermirlər bu firmada? O zaman get başqa yerdə işlə.
  • Maaşından narazısan? Rəhbərinə müraciət et və əlavə iş istə ki, maaşın da artmış olsun.
  • Maaşından narazısan, amma sənin bu günə olan bilik və bacarıqlarına heç kim daha yüksək maaş vermir? O zaman özünü inkişaf et və 1 il sonra yüksək maaş tələb et.

Amma ƏSLA, ƏSLA və ƏSLA oğurluq etmə!

Oğurluğun bəhanəsi, açıqlaması, əsaslandırılması yoxdur!

Bundan sonra yazdıqlarımı diqqətlə oxuyun

  • Reputasiya iş dünyasında gözə görünməyən, amma ƏN BÖYÜK sərmayədir.
  • Dürüstlük həyat tərzi olmalıdır. Ancaq o zaman doğru yolları axtarmağa başlayacaq insan.
  • Heç bir zaman dürüstlük və şəffaflıq prinsipindən geri dönməyin. Bu gün üçün “itgi” kimi görünsə də, uzun müddətdə qazanmış olacaqsınız.
  • Insanın nəfsi yüngül və rahat pul qazanmaq istər. Nəfsinizə hakim olmağı bacarın. Əks halda insan nəinki peşəkarlığını itirəcək – o üzünü, şəxsiyyətini və ləyaqətini də itirmiş olacaq.

 

Azərbaycanın dürüst əməkdaşları, vətəndaşlara, mütəxəssis və idarəçilərə hava və su kii ehtiyacı var.

 

 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *