15910368_1315903571803880_1871506384_n
Fexri YOL

Kitab haqqında Rövşən Mehdiyevin RƏYİ

     Kitab oxumağı sevən və mütəmadi işdə, evdə kitab oxuyan biri olaraq Fəxri müəllimin mənə “Fəxri yol” kitabını yeni il hədiyyəsi olaraq göndərməsi cox xoş təsir bağışladı. Nəinki mənə, hətta iş yoldaşlarım və ailə üzvlərimə də. Oxumaq üçün növbəyə duran insanlar var ətrafımda. Bizə bəxş etdiyi bu dəyərə görə Fəxri bəyə xüsusi təşəkkür edirəm!

     Amma bir məsələ də var ki, hələ kitab hədiyyə olunmadan öncə,  belə bir mövzuda kitabın yazıldığını eşidəndə mən artıq çox sevinmişdim. Çünki biznesdən kənar, fərdi inkişaf , motivasiya, sağlamlıq istiqamətli kitabları biz xarici ədəbiyyatlardan oxumalı olurduq. Ölkəmizdə də marketing, mühasibatlıq, biznesin idarə edilməsi və s. Sahələrdə müxtəlif sayda peşəkar mütəxəssislər var. Buna baxmayaraq, motivasiya mövzusunda motivə edə bilən canlı nümunə ola biləcək və həyatını, təcrübəsini  bu cür paylaşan adam çox azdı, varsa da fəaliyyətlərinin zəif olduğu düşüncəsindəyəm. Ona görə mən sevinirəm ki, nəhayət bizdə bu düşüncəyə sahib real biznes adamı, motivator və yazar var. Bu bizdə də bu sahənin inkişafına dəstək olacağına inanıram.

     Bir qədər də kitab haqda düşüncələrimi paylaşmaq istərdim. Kitabı oxudum, yenə oxuyacam, çünki addım-addım həyatımı kitabda yazılanlara adaptasiya eləmək fikrindəyəm. Mən heç bilmirdim ki, müəllifin də nə vaxtsa belində ağrıları varimiş J Çünki digər ağrılar insanlarda sıx-sıx rastlansa da, bel ağrısına az dostlarda rast gəlirəm, məni tanıyanlar da bilir ki, son aylarda bu ağrıdan necə əziyyət çəkirəm. Yırtıq olmasa da beldəki sinir ağrıları məni incidir və mən elə son bir həftədə həkimimdən öyrəndim ki, idman etsəm bu ziyan olmaz, əksinə faydalı olar(ağır qaldırmamaq şərti ilə). Bu baxımdan kitab da tam yerinə düşdü. Nələr edib etməməyimiz çox səlist, aydın və bir o qədər də tibbi-elmi dildə yazılıbdı.

     Sizlərlə mən nələri bildiyimi zənn edirdim, amma oxuduqca öyrənmiş olduğum məsələləri bölüşmək istərdim, hansı ki, bunlar həm də daha çox xoşuma gəldi:

     1. Cənab Okadanın müəllifə illər öncə siz köksünüz, bu isə o deməkdir ki, siz öz bədəninizi idarə etmirsiz, öz bədənini və nəfsini idarə edə bilməyən insana heç kim şirkət və insanların idarə olunmasını etibar etməz deməsidi. Bu cümlədəki fikir müəllifin həyatında dönüş nöqtəsi olduğu kimi mənim də həyatımda unutmayacağım və dönüş etməyə özümü motivasiya etməmə səbəb olan hadisədir. Çünki mən də karyerist insanam və idarəçi olmaq yolunda böyük hədəflərim var.

     2. Bilik əldə etmək. Tibbi ədəbiyyat oxumaq, siqaret çəkmənin zərəri, siqaret çəkməkdən necə imtina etmək, müvəffəqiyyətli və idmanla məşğul olmağa vaxt tapan iş adamlarının kitablarını oxumaq lazımdır. Həqiqətən də bilik əldə etmədən sadəcə mən sağlam olmaq istəyirəm deyib dərmanlara pul xərcləməklə və ya kortəbii idman edib özünə daha böyük zərərlər etməklə olmazmış bu iş. Olmadığını bilirdim artıq, amma əvəzində necə etməli olduğumu tapammırdım, heç düşünmürdüm də ki, bunun üçün nəsə oxumalıyam.

     3. Əgər məqsədə doğru plan və intizam varsa, hər şeyə nail olmaq olar. Plan və intizamın olmaması arzularımın hədəfə çevrilməsinə səbəb olurdu.

     4. Heç bir halda özünü qurban kimi təqdim etmək və peşman olmaq olmaz. Bu fikir çox önəmlidi, cünki hər ağrım olduqca, ya da stress olan kimi siqaretə yönəldikcə niyə mənim işim düz gətirmir, niyə mən bunları yaşamağa məcburam, niyə…niyə…?! deməkdən artıq özüm də bezirdim. Bu gün isə niyə mən özümə bunu deyib daha da neqativə köklənməliyəm, niyə Fəxri müəllimin etdiklərini etməyimki dedim :)

     5. Bəhanələrimiz. Bu ən çox xoşuma gələn və uşaq kimi utanarcasına gülüşlərlə oxuduğum bölmə oldu. 10 bəhanə yazılıb. Hər biri də oxuduqca məndə var olduğunu görürdüm, özümlə ayna kimi üzləşdiyimi hiss etdim bu bölmədə.Bu bəhanələr məni çox utandırdığı üçün çox danışmaq istəmirəm bu haqda :) Bu bəhanələr nələrdən ibarətdir, bilmək istəyirsizsə, siz də kitabı alıb oxuyun bunları.

     6. Reaktiv və Proaktiv insanlar. Məni tanıyanlar da təsdiq edə bilər ki, mən özüm hələ bir çox həmyaşıdlarıma və tələbələrə motivasiya verə bilirəm. Amma bu hissəni oxuduqda gördüm ki, reaktiv insanlara aid xüsusiyyətlər varimiş mən də. Hava bir az korlanan kimi görüşlərimin yarısından çoxunu təxirə salmaq haqda düşünüb, bəhanə də tapıb , sonra bu bəhanə ilə də özümə təskinlik verirdim. “vaxtım yoxdur”, “hələki alınmır”, “mən onsuzda çox işləyirəm, hələ bunu da edim?” kimi fikirlər mənim leksionumu təşkil edənlərdən idi. Amma bununla yanaşı proaktiv insanlara xas xüsusiyyətlərim daha ağırlıq təşkil etməsinə sevindim. Mən nikbin, müəyyən məqsədləri olan, kollektivə tez uyğunlaşa bilən, ünsiyyətcil , ətrafımdakıları motivasiya edə bilən biriyəm. Bu bölmədə mən əskiklərimi görə bildim və mütləq bunları özümdə düzəldəcəm.

     Kitabın faydalı hissələrini saymaqla bitməz. Hələ mən faydalı yeyəcəklərin və idman hərəkətlərinin hansının nə qədər kilokalori olduqları haqda olan cədvəlləri demirəm. Riyazı olaraq rəqəmlər nəyin orqanizmimizə nə qədər müsbət və mənfi təsir eləməsini göstərmiş olur. Bunları bir –bir ordan-burdan araşdırıb tərcümə etmək, öyrənmək əziyyətindən qurtulmaq istəyirsizsə, sizlər də oxuyun bu kitabı J

     Sonda sağlamlığıma və peşəkar həyatıma qatmış olduğu  bu faydaya görə Fəxri müəllimə minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Həmçinin 5 il öncə bazara yeni yeni girən vaxtlarımda özümə filankəslərlə tanış olmalıyam, onlardan öyrənməli, onlar kimi olmalıyam dediyim insanlardan biri olan Fəxri müəllimin kitabına bu günki gün rəy yaza bilmə fürsətini  mənə verdiyi üçün təşəkkürümü bildirirəm. Hər zaman işlək olun, yazın, yaradın, öyrədin, həqiqətən cəmiyyət olaraq ehtiyacımız var deyirəm.

Rövşən Mehdiyev

06.01.2017

15910368_1315903571803880_1871506384_n

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *