dove
Məqalələrim

Ancaq ÖZÜNƏ güvənəcəksən

     İnsanıq. Hər an, gözləmədiyimiz zamanda şəxsi və peşəkar həyatımızda qarşımıza ciddi və böyük miqyaslı problemlər çıxa bilər : işi itirmə və işsiz qalma, maddi imkanların zəyifləməsi, ciddi qəza keçirmək, səhhətimizdə olan böyük sıxıntılar.

     Diqqət etmişəm ki, ətrafımızda olan “dostlar” və “yaxınların” sıxıntılarımızın olmasından “öncəki”, sıxıntı dövrlərində və “sonra” olan hissəsində söz və davranışları fərqli olur.

     ÖNCƏKİ dövrdə digərlərinin satqınlığını adətən kəskin şəkildə tənqid edirlər.

     – Filankəs düzgün davranmadı, qardaşı 1 il işləmədi, heç kömək belə etmədi. Mən 100 % maaşımın yarısını verərdim ona, özümdən kəsərəm lazım olsa ;

     – O düzgün etmədi, gördü ki, dostunun köməyə ehtiyacı var, səbəb tapdı uzaqlaşdı.

     Və dərhal özlərini tərifləməyə keçirlər : belə bir məsələ olsa, mən _________________ edərdim.

     Və bir anda SİZ bir problemlə qarşılaşırsınız.

     Ətrafınızda olan yaxınlar bir neçə hissəyə bölünürlər :

  • “Nəysə lazım olsa, mütləq de aaa. Deməsən, inciyərəm” deyənlər və heç nə etməyənlər.
  • Sizdən incimək və məsafəni uzaqlaşdırmaq üçün səbəb axtaranlar ;
  • “Bu yaxınlarda qardaşıma ev-maşın aldım” və ya “anamın əməliyyatı çox pul aldı” deyərək “özün bilirsən ki, mən heç vaxt sənitək qoymaram” əlavə edənlər.

     Qısacası, kömək gözlədiyiniz insanların hər biri kömək etməmək üçün özündə bir səbəb tapır.

     Problem bir şəkildə aradan qalxır və….

  • Aydaaa, niyə demədin axı? Bilsəydim, mütləq kömək edərdim
  • Sən həmişə beləsən də… Xəbər vermirsən ki, kömək edim
  • Və özünü səssizcə, heç nə olmamış kimi aparanlar.

     Bu yaşa gəlmişəm, illərlə xaricdə tək yaşamışam, peşəkar və şəxsi həyatımla bütün qərarları özüm vermişəm və heç kimin heç bir halda fikirlərinin təsiri altında qalmamışam, mükafat və cəzalarını da özüm almışam, olduqca zəngin həyatım olub və var.

    Və anladığım ÇOX vacib bir məqam budur :  ANCAQ ÖZÜNƏ GÜVƏNƏCƏKSƏN. Güclü olacaqsan. Və heç bir zaman səni darda qoymayanları unutmayacaqsan.

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *