12351680_10205284544088566_1387990489_o
SAXLA ZAMANI, GƏLƏR ZAMANI

Kitab haqqında oxuyucu Tünzalə Xosrovlunun RƏYİ

-Kitabı ilk dəfə çox həvəslə əlimə aldım.Çünki səbrsizliklə gözlədiyim bir kitab idi.Və çox qısa zamanda oxuyub bitirdim.Kitab axıcı,ahəngli və marağı ilə oxucunu daha da həvəsləndirən,həqiqətən sadə dildə yazilmiş və nəsə etmək istəyən lakin yolunu müəyyənləşdirməkdə çətinlik çəkən gənclər üçün hazirlanmiş bir plandır deyərdim.

Kitab sanki müəllifin özüdür, əslində çətin və əlçatmaz görünən məsələlərə sadə və əlçatan kimi yanaşmağın və həqiqətdə də belə olduğunun düsturunu verir.Kitabdan çox şey öyrəndim.Hamının yaşadığı problemlərin konkret həllinin göstərilməsi xüsusi diqqətimi cəlb etdi.
Kitabı oxuya oxuya xeyli düşündüm.Nələr etməliyəm?Hardan başlamalıyam diyə…Kitab da oxuduqlarım yaşanmış hekayədən yazıldığı və müəllifin həyat tərzinin şahidi olduğumdan daha da həvəsləndim.Və qəti qərarlar aldım.Məqsədlərimi müəyyən etdim,ona uyğun uzunmüddətli və qısamüddətli planlar hazırladım.Yarım qalmış,etmək istəyib amma çəkindiyim bütün işlərimi bir-bir qeyd etdim.Sistemləşdirdim.Və həyata keçirməyə başladım.Davamının gələcəyinə inanıram və öz iradəmi yoxlamaq və ona bələd olmaq mənim üçün önəmli addımdır.

Ən çox bəyəndiyim bölüm “Zamanın idarə olunması sütunları” və “Şəxsi effektivlik texnikaları” bölümləri oldu.Çünki həyat balansının qorunması,bütün sahələrlə bağlı planın hazırlanması,zaman oğruları ilə mübarizə çətin həm də yüksək iradə tələb edən məsələlərdir.

-Ən çox bəyəndiyim cümlələr.
1.Öz ruhunu,özünü və nəfsini idarə edən insan hər zaman cəlbedici və maraq oyadıcı insan olur.

2.Hər birimizin o qədər güclü məqsədlərimiz olmalıdır ki,bu məqsədlərimiz bizi qaranlıq və soyuq səhər saatlarında yataqdan qalxmağa və hərəkət etməyə həvəsləndirsinlər.
3.Mən əminəm ki,ölkəmizin gələcəyi nə neftdə, nə qazda, nə də təbii sərvətlərdə:ancaq elm və təhsildədir.

Bu kitabı oxumaq üçün yolumu uzadıb dərsə geçikməyi belə gözə alırdım. Demək olarki hamının yaşadığı ortaq problemlər qələmə alınıb və konkret həll yolu düstur şəklində göstərilib.

Conların,Albertlərin kitabları nə qədər təsirli və effektivli olsa da uyğun omayan hissələr olur,maddi vəziyyət,tələbə həyatının elə də lüks olmaması,özünü inkişaf üçün istədiyi vaxt istədiyi maddiyyatı əldə edə bilməməsi və ən əsası Azərbaycan reallığı və s.Bu kitabda onlar nəzərə alınıb.Bizə hər cəhətdən doğma kitabdır.

12351680_10205284544088566_1387990489_oRəyi yazan Tünzalə Xosrovludur

Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar

1. Kitabevim.az

2. “Ali&Nino” Mağazalar şəbəkəsi

3. “Akademiya” kitab evi

4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.

5. Sumqayıt Təlim Mərkəzi,  4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30

6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək

7. Telefonla sifariş və ünvana çatdırma xidməti  : 051.465.47.61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *