12432704_783187995144906_1797808997_o
Sual və cavablar bölməsi

Həyatda məqsədlərimizi nələrə görə uyğunlaşdırmalıyıq?

SUAL 1 : Həyatda məqsədlərimizi nələrə görə uyğunlaşdırmalıyıq?

MÜƏLLİF : Aytən Hüseynzadə, Memarlıq və İnşaat Universiteti

Məqsədlərimiz dəyərlərimiz üzərində qurulur və onlara əsasən müəyyən edilir.

Həyatda müvəffəqiyyət əldə etmək üçün məqsədlər vacibdir, ancaq bizim daxili gücümüz məhs dəyərlərimizdir.  Kimisi üçün əsas dəyər maddi imkanlardır; digər insanlar mənəvi dəyərlərə əhəmiyyət verirlər. Və hər birimizin də özümüz üçün müəyyən etdiyimiz məqsədlər də dəyərlərimiz üzərindədir.

Bir insan düşünün : dəyəri valideyinlərinə bağlılıq olan insan Qərb ölkələrində yaşamağa nə qədər də gedmə imkanı olsa da, o bu imkandan heç bir zaman istifadə etməyəcək. Buna görə də xaricdə yaşamağı özü üçün məqsəd olaraq seçməyəcək. Buna görə də bizim məqsədlərimizin bünövrəsi məhz elə dəyərlərdi. 

Dəyərlər və məqsədlər arasında əsas vacib məqam odur ki, uğrunda ömrümüzü xərclədiyimiz arzular nəticəsində həyatımızı dəyərləndirirkən onun çox vacib digər parçalarını qurban verdiyimizin görməyək.

İnsan əslində çox mürəkkəb mənəvi və psixolojik sistemdir : ömrü boyunca bir məqsəd ardınca qaçaraq əslində daxili dünyasında başqa məqsədləri istəyən insan heç bir zaman xoşbəxt ola bilməz.

Bir çox insan müvəffəqiyyətin xarici simvolların əldə etmək üçün həyatlarını xərcləyirlər və keçdikləri hər bir mərhələdən zövq ala bilmirlər – daim istəkləri və arzuları artır. Ömrü boyu sehirli sandığı axtarmağa zaman, enerji və səhhətlərini xərcləyirlər. Bu xəyali xöşbəxtliyə çatanda onlar sandığı açırlar – sandığın içərisi pul ilə dolu olur, ancaq onların öz ruhları boş, ətraflarında isə heç kim olmur.

Və reallığı anlayırlar – maddi imkanlar, vəzifə, peşəkar nailiyyətlər sadə insani və real zövqlərin yerini tuta bilməz.

old_treasure_chest_chains

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *