1
A TƏLİM və KURSLAR

SAHİBKARLAR idarəçilik kursu 16.cı qrup RƏYLƏRİ

     Artıq bir ildən uzun zamanda tədris edilən SAHİBKARLAR üçün İDARƏÇİLİK KURSU 28-29 sentyabr tarixlərində 16.cı qrup üçün keçirildi.

     Bir çox yeniliklərin əlavə edildiyi kursda 2 gün, 18 saat ərzində ANCAQ sahibkarlar və rəhbərlərlə ANCAQ biznes və idarəçilik haqda danışdıq-  şirkətdə sistemin qurulması, əməkdaşların işə alınması, idarə etmə mövzusunda qərarların verilməsi, müştərilərlə uzun müddətli əlaqələrin qurulması, vs.

     Bu qrupun maraqlı tərəfi o oldu ki, öncəki qruplarda idarəçilik kursunu keçən 3 nəfər bir daha iştirak etdi.

     Hər zaman olduğu kimi,  kursda iştirak edən dostlarımızdan kurs haqda düşüncə və fikirlərini paylaşmalarını xahiş etdim.

     Fürsətdən istifadə edərək kursun keçirilməsi üçün BÖYÜK dəstək olan Pullman oteli Satış və Marketinq komandasına dərin təşəkkürümü bildirirəm.

     Hüseyn Humbatov – Gənc Sahibkar, 4 şirkət qurucusu

     Kursda 2.ci dəfədir iştirak edir

     Düşünürəm ki, Fəxri bəyin kursu  çox peşəkar idarəçilər üçündür. Hətta mən deyərdim ki, bu kurs mənim 4 illik idarəçilik bacarıqlarımdan da üstün bir kurs idi. 15 il təcrübəsi olan  idarəçi belə  bu kursda  çox böyük töhvə götürə bilər. Bu kursu bir il əvvəl bitirməyimə baxmayaraq  özümdə yenidən bu kursa ehtiyyac duydum və ikinci dəfə iştirak etmək qərarına gəldim. Keçən ilkindən fərqli olaraq  bu il kursda çox böyük  yeniliklər, dəyişikliklər var idi.  Müasir dövrün tələblərində heç kimin, heç yerdə  öyrədə bilməyəcəyi çox real mövzular  var idi ki, bunlar heç bir kitab, heç bir məqalədə demək olar ki, yazılmır. Bu, bir xəstənin  cərrahi əməliyyatındakı  ən həssas  toxunduğu nöqtələrdi ki, bunlar heç kimə izahı olunmur. Bax bu idarəçilikdə  bütün  pərdə arxası mövzuları  kurs çərçivəsində öyrəndik. Mən düşünürəm ki,  gələcəkdə  kursun  fəaliyyəti genişlənməli, hər bir peşəkar idarəçi  bu kursda iştirak etməli, öz bilik-bacarıqlarını artırmalıdı və burada öyrənəcəyimiz ən kiçik iki cümlə belə  şirkətimizi çox böyük uğurlara  və parlaq gələcəyə apara bilər.

    Mircavid Əhməd – Parlaq Zəka Tədris Mərkəzinin rəhbəri

     Kursda 2.ci dəfədir iştirak edir

     18 saat – 2 gün keçən təlim haqqında təssüratlarım və işlərimə təsiri çox yüksəkdir.

     İlk öncə onu qeyd edim ki, bu təlimdə iştirakçılar seçim yolu ilə təlimə cəlb edilir və iştirakçılar hər biri müvafiq sahələrdə müəyyən uğurlar qazanmış sahibkarlar və idarəçilərdir.
     Təlim haqqında çox geniş danışmaq olar. Mən əsas məsələlərə toxunmaq istəyirəm.
     Təlimdə bir idarəçi kimi mənim üçün ən mühüm məsələlər rəhbərin əsas fokuslanmalı olduğu işlər nələr olmalıdı, şəxsi effektivlik, time menegment (Zamanın idarə olunması), şəxsi brendin yaradılması, firmaya işçi seçimi, dəyərlər, vizyon, daimi üzərində işləmənin əhəmiyyəti, sistem və standartlar, daxili inkişaf sistemi, strategiya və s. haqqında bilgilərimi daha da genişləndirmiş oldum.
     Təlimin ən üstün cəhəti o idi ki, təkcə nəzəri deyil, praktik yönümlü idi, müxtəlif situasiya yönümlü tapşırıqlar faydalı oldu.
     Düşünürəm Fəxri bəyin təlimində iştirak edən hər bir kəs digərlərindən ən azı bir addım öndədir.

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU             

     Azər Abbasov- Fərdi Sahibkar, FİAY Apte qurucu və rəhbəri

     Bu Təlimlə bağlı mənim fikirlərim  həqiqətən  çox xoşdur. Yeni insanlarla tanış olmaq və dost qazanmaq da ayrı bir maraqlı cəhətdir. Biz iştirakçılar hər birimiz müəyyən qədər çətinlik və təcrübələrdən keçmişik. Bu zaman ərzində həm işçi kimi, həm də digər vəzifələrdə təcrübələrimiz olub. Eləcə də bir çox kurs və proqramlarda iştirak etmək şansımız olub. Bütün bunlar insanda müəyyən davranış və adətlər və yaşam tərzi peşəkar və qeyri peşəkar vərdişlər, mühakimə potensialı və  biznes fikirləri formalaşdırır. Məncə bu təlim  insana  ilk öncə müthiş bir motivasiya verir. Çünki  Fəxri bəyin həqiqətən mükəmməl bir enerjisi və anlatım tərzi  var. Daha sonra isə sadaladığım məsələləri üzrə  həyatımızda olan qarışıq, çətinlik və xaosları aydınlaşdırmağa, daha da sistemli şəkildə düşünməyə, zəifliklərimiz üzərində işləməyə, təbiki Əmək bazarı və Biznes haqqında da saymaqla bitməyəcək öz dolgun və dəqiq real təcrübələrin süzgəcindən keçmiş məlumatlar ilə də tanış olmağın sevincini yaşamış olduq. Yeni öyrəndiklərimiz   bizi həqiqətən yenidən  təkmilləşdirdi. Hərkəsə heç olmasa həyatında bir dəfə də olsa Fəxri bəyin təlimində iştirak etməyi tövsiyyə edirəm.

     Bir daha sizə təşəkkürlər Fəxri müəllim. Fürsət olduqca sizin təlimlərdə yenə iştirak edəcəm və  tanıdıqlarıma şiddətlə məsləhət görəcəm. Hər şey üçün təşəkkür edirəm sizə  

     Vasif Baxşalıyev – Sahibkar və idarəçi

     Kursa gelmeyene qeder idarecilik və marketinq baximindan ozumun zeif      noqtelerimin bezi hissesin bilesmde amma qaranliq qalan meseleler coxluq teshkil edirdi. Dushunurem ki, ne yaxshiki kursa gelmisem ve buna gore sevinc hissi duyuram. Kurs mene marketinq ve idarecilik sahesi uzre dushunurem ki, lazimi bilikleri verdi. Ona gore ki, kursdan sonra idarecilik sahesinde baxish acim deyishib ve qisa zamanda kursun mene verdiyi melumatlar menim idarecilik sahesinde praktiki olaraq ireliye aparib. Duzdu qisa zamanda olsada amma tam semimi deyim ki, cox ferqli dushunme terzi yaratdi mende. Kurs  idarecilik, marketinq, ishcilerle nece davranma, kitab oxuma ve lazimi filmleri izleme ve s. bu kimi terz yaratdi mende amma ferqli bir terz. Onu da qeyd edim ki, kursdan doymadan kursdan ayrildiq. Teklif etmek isteyirem ki, bu kurs daha uzunmuddetli ve detalli olsun. Mene ele gelirki uzunmuddetli olsa men de Sizin kimi bazarda secilmis bir insan ola bilerem tebii ki, sizin sayenizde.

    Teklifimi deyerlendirseniz sevinerem.Kursun daha uzunmüddetli ve detallı olması.

     Şəbnəm Habibi – Təhsil Akademiyası rəhbəri

     Təlimdə öyrəndiklərimdən sonra həftəlik və aylıq plan qurmağa, günlük hesab etməyə başladım. İşçinin davranışının, məsuliyyətsizliyinin yaxud əksinə uğurlu, diqqətli olmasının məndən yəni rəhbərdən asılı olduğunu öyrəndim. Və öz üzərimdə çalışmağa başladım. İşə işini sevən, müştərinin qayğısına qalan insanları seçməyə, mərkəzimizə yaxınlaşan hər bir valideynə özəl yanaşmağa (dediyiniz kimi uzunmüddətli əlaqələr yaratmaq üçün), işçi problemlə gəlirsə 3 təkliflə  gəlməsini tələb etməyə başladım. Və çox sevincli yaxud çox əsəbi olanda heç kimlə görüşmürəm.  

     Bir də ən önəmlisi, işlətdiyiniz bir ifadəni çox bəyəndim “insanlara etdirmək istədiklərimiz, insanlara ziddir” Bu səbəbdən özümə aşılamağa başladım ki,  Şəbnəm Həbibi başqa insandır, rəhbər olan isə başqa…

     Pərvanə Nəcəfova – Jadore La Beauty şirketinin rəhbəri

     Drydry şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi

    Mən sizin təşkil etdiyiniz kurs haqqında ancaq müsbət fikirlər deyə bilərəm. Sizin kursda öyrəndiyim hər bir məlumat mənim üçün çox dəyərlidi. Bu 2 gündə aldıgımız hər bir məlumat bizlər üçüm çox faydalıdir. Mən bir yerdə çox otura bilmirəm amma sizin kus o qədər maraqlı və mukəmməl idi ki, vaxt necə keçdi heç bilmədim. Bir daha iştirak edəcəm gələcəkdə)). Kursda öyrəndiyim hər bir məlumatı dərhal həyata keçirdirəm. Dünəndən kitab dükanlarından biznes kitabı ilə maraqlanıram və çox istərdim sizində kitabınızı əldə edim. Kursda cox maraqlı insanlarlada tanış oldum bu cox sevindirici haldıkı biz sahibkarlar bir yerə toplanıb hərə öz fikrini söyləyir biznes haqqında. Xüsusi təşəkkür sizin köməkçiniz Hüseynədə bildirirem cox ali cənab və diqqetli bir bəydi o da sizin belə mükəmməl və professional bir mütəxəsis olduğunuzdan irəli gəlir. Size cooox təşəkkür edirəm. 

     Fariz Tapdıqlı

     Cahan Holdinq, audit departamenti direktoru

Kursda 2.ci dəfədir iştirak edir

     İlk  öncə fərqli tərzdə belə bir kursun təşkilinə görə Sizə təşəkkür edirəm. 

     Dinamik, motivasiyalı və zaman baxımından uyğun və effektli olaraq kursdan faydalandım.

     Kursda təkrar iştirak etməyimdə fayda zənn etdiyim kimi, kursda İdarəetməyə dair əvvəlki kursdan  fərqli olduğunu gördüm və yeni biliklər öyrəndim. Eyni zamanda əvvəlki dəfə aldığım bilikləri bir daha fərqli baxışda mənimsəmiş oldum.   

     Kursda şəxsi effektivlik, İdarəedicinin funksiyalarını, əməkdaşları seçərkən dəyərlərə görə seçməsini, mövcud vəziyyətə görə bəlli təcrübəsi olan əməkdaşın məhz təcrübəsinə əsaslanaraq seçiminin yalnış olduğunu öyrəndim. 

     Xüsusi ilə vurğulamaq istədiyim mənim üçün əsas mövzulardan Şəxsi Brend məsələsi və bununla bağlı davamlı və planlı inkişaf üçün sistemli çalışmanın yollarını öyrəndim. 

      Önəmli məsələ sağlam həyat tərzi və uzunömürlülük haqqında fərli biliklərə sahib olduğum üçün Sizə bir daha təşəkkür edirəm.

 

 

     İdarəçilik kursu haqda məlumat almaq üçün bu linkə keçid alın : İDARƏÇİLİK KURSU        

2 3 4 6 7

  Məlumatlandırma

     YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *