Gördüklərim, eşitdiklərim

Həyatdan :)

13 Noyabr 2014
Bir dostumu gözlədiyim kafedə yanımda bir cütlük oturub. Gənc xanım gənc bir oğlanı “tutub” – telefonu istəyir ki, mesajları və zəngləri kontrol etsin,
Oğlan vermir, amma and içir və inad edir ki, heç bir günahı yoxdur..
İndiyə qədər bu qədər müqəddəs insan, imam (hətta adını eşitmədiyim imamların da adları çəkildi), müqəddəs yerlərin adlarını bir yerdə eşidməmişdim.
Başım şişdi. Önümüzdəki həftənin planını hazırlayıram, bir firma üçün biznes plan və konsultasiya planı hazırlamaq lazımdır – konsantre ola bilmirəm 🙂
Məhəbbətin qüdrətini göstərən gözəl bir mənzərədir : igid və lay divar bir oğlan kiçik bir xanım qarşısında olub bir cücə, yalvarır, xahiş edir, and içir – amma bütün bunların hamısı çox incə, kibar və nazik bir səslə 🙂 Xanım da gücünü hissetdiyinə görə tam qaz sıxır durumu, oğlan da batdıqca batır.

One comment

  1. Bu cür güvənsizlik üzərində qurulan ailənin sonu necə olacaq bəs? O ailədə böyüyən uşaq kimə güvənəcək? Hələ telefon bir tərəfə camaat bir birindən facebook hesabının parolunu almaq üçün dəridən qabıqdan çıxırlar 🙂 Həm gülməlidir həm də ağlamalı :/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *