Gördüklərim, eşitdiklərim

Dilimizə qarşı hörmət

23 Dekabr 2014

Kafedə qonşuluqda oturan masada gedən bir söhbət :
“Axırda уже мама yığıldı boğaza.. Что ээ это такое? Как ты можешь bax belə bir iş görmək?!! Sən özün fkirləş də, что так нельзя. У людей совсем нет ни insafa, ни совести… Uje bilirsən necə? Самненийалар olur eee adamda…”
Rusca yaxşı bilirəm – və çox yaxşı bildiyimi iddia edirəm… İngilis dilini də yaxşı bilirəm – xarici missiyalarda sinxron tərcüməci işləyəcək qədər yaxşı.
Amma ana dilim bunların hamısının şahıdır, tacıdır və ana dilimə qarşı mənim hörmətim birinci növbədə ondadır ki, bu dildə danışıramsa – başqa dillərdən olan sözlərlə onu çirkləndirmirəm…
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *