Gördüklərim, eşitdiklərim

Həyatdan :)

11 Mart 2015
Kafedə yan masada oturan gənc xanım və oğlan arasında yüksəs səsli “telefonu ver baxım” – “eee, neynirsən eee” sözləri diqqətimi çəkdi. Belə məsələlərin hər zaman maraqlı sonu olur.
Telefonu istəyən xanım idi, “müstəqilliyini və məlumat toxunulmazlığını” qorumaq istəyən isə oğlan idi.
Xanım bir həmlədə telefonu əlinə keçirdi və… DİALOQ.
– Allah haqqı bir dənə başqa şey var, qaytar mənə. (tələb edir, amma səs titrəməsinə görə bilinir ki, təcrübəli deyil)
– Yooo, açmayacam, elə belə baxıram. (səs inandırıcı səslənir. Amma açmayacaqsansa neynirsən onu?)
– Bir saniyə ver, qurban olum. (üz ifadəsindən bildim ki, o telefonda neyisə vaxtında silməyib)
– Yooo, qoy baxım. O başqa şey dediyin oğlandı, qızdı? (vaxtı uzadır, parallel olaraq telefonu qurdalayır)
– Aaa, yoxeee, o mənim deyil. Baxma da. Indi mənə zəng olacaq, verdə… (yalvarır, və mən anlayıram ki, bu oğlanın qanı getdi)
– Aaaa, bəs kimindi? Aaa, bu kimdi sənin yanında?!!! (xanımın səsində dəmir nisbəti artır)
– Yox.. oooo.. aaaaa…. bu başqa şeydi, dedim axı. (mənəvi olaraq dizlər üstə çöküş başlayır)
– Nə başqa şeydi? Kimdi başqa? Kimdi bu qız? Tez cavab ver!!! (xanım rəsmən qanadlanıb uçur, sağ əlində mən xəncəl görürəm, sol əlində nunçaki)
– Və dahiyanə bir cavab – “bilmirəm kimdi”…. (öldəəəə)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *