Gördüklərim, eşitdiklərim

Qız atası :)

İnsan 2 qız atası olunca diqqətli olmalıdır.
İclaslarda və iş görüşmələrində fikirli olduğunuza görə qələm üçün əlinizi çantaya salanda əlinizdə rəngli zakolka, saç üçün rezin, kukla, qırmızı ürəklər çıxa bilir

Hadisə 🙂

Bir dəfə bir iclasdaydım. Mən masanın yuxarı hissəsində oturmuşdum, qarşımdakı oturan və məndən yaşlı olan insanları sərt şəkildə tənqid edirdim. Bir anda nədənsə 2-3 nəfərin üzündə gülümsəmə gördüm. Səs tonum sərtləşdi və daha da çox üzərlərinə getdim. Bu gülümsəmə beynimdə qaldı – ancaq anlam verə bilmədim.
Axşam evdə qızlarım soruşdu ki : “Ay Ata, sən notbukun üstündə rusalkaları gördün?”…… Məyər ki, mən qarşımdakı insanları danlayanda, notbukum qapağında – onların gözləri önündə – 2 ədəd qırmızı rəngdə rusalka nakleykası varmış 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *