16i55c938acf3fad
Məqalələrim Sual və cavablar bölməsi

Günümüzə necə başlayaq?

Hər işin başlanğını çox vacibdir – bizə mənəvi və fiziki güc və motivasiya verən məhs elə başlama mərhələsidir. Günə müsbət fikirlər və fəaliyyətimizin planlaşdırılası başlamaq bizim gün ərzindəki işlərimizə birbaşa təsir etməkdədir.

Öz təcrübəmi gözdən keçirərək bu mövzuda fikirlərimi yazdım. 

1. Şükr edin. Gözünüzü açdıqdan sonra ilk öncə gününüzə şükr etməklə başlayın : əllərinizin, ayaqlarınız, bədəniniz, nəfəs almaq imkanınızın olmasına görə. Günümüzə müsbət fikirlərlə başlamaq çox vacibdir, çünki bədənimizin fiziki gücünü dəstəkləyən müsbət fikirlərimizdir. Nəfəs ala bildiyimiz və fiziki hərəkət edə bildiyimz müddətcə biz çox şanslı insanlarıq.

2. Vizuallaşdırma. Gününüzü beyninizdə canlandırın və vizuallaşdırın. Gün ərzində olacaq görüşləri, edəcəyiniz zəngləri, qısa və uzun müddətli işlərinizi gözünüzdən keçirin. Görüşlərinizdə, zənglərinizdə özünüzü müvəffəqiyyətli, dik duran, dəqiq sözlərlə danışaq və uğurlu və özündən əmin bir insanın səs tonunu beyninizdə canlandırın. Öncə Siz özünüz özünüzü müvəffəqiyyətli insan olaraq görməlisiniz ki, digərləri də bu siqnalları Sizin bədən dilinizdən qəbul etsin.

3. İdman. Mütləq hər gün səhər 10 dəqiqə səhər idmanına zaman ayırın. 10 dəqiqə ərzində bədəninizin bütün üzvlərini yavaş hərəkətlərlə hərəkət16i55c938acf3fad etdirin. Tibbi bir kitabdan oxuduğum statistika : hər gün səhər cəmi 10 dəqiqəlik yüngül idman hər dəqiqədə nəbzimizin 10 vuruş daha az vurması deməkdir. Bu da bizim qəlbimizin hər sutkada 14.400, ildə isə 5.256.000 dəfə daha az çarpması, və nəticədə daha az yorulması deməkdir. Yüngül idmandan sonra isə yerinizdə oturub qalxın – bu qaçışdan da yaxşı bir hərəkətdir. 5 dəfədən belə başlasanız, bu rəqəmi tədricən artıraraq səhərləri onlarla və yüzlərlə dəfə bunu edə bilərsiniz. Bu haqda çox yazmayacam : sadəcə onu deyim ki, bu hərəkət ən az qaçmaq qədər faydalıdır, amma daha az zərərlidir. Hər gün səhər idman etməyin ÇOX faydaları var, və birinci növbədə odur ki, qan dövranınız güclənəcək, metabolizma daha da yaşı işləyəcək, özünüzü gün boyunca enerjili və gümrah hiss edəcəksiniz.

4. Oxuyun. Hər səhər oxuyun. Bunu vərdiş halına gətirin. Hər gün səhər idmandan sonra 15-30 dəqiqə səssizcə oturun və oxuyun. Gündə “cəmi” 10 səhifə kitab oxusanız, bu ayda bir kitab deməkdir.

5. Gündəlik. Müvəffəqiyyət gündəliyiniz olsun. Hər gün kiçik nailiyyətlərinizi, müvəffəqiyyətləriiniz ora qeyd edin. Ruhdan düşdüyünüz, özünüzü mənəvi olaraq zəyif hiss etdiyiniz anlarda bu gündəlik Sizə mənəvi güc və motivasiya verəcək. Çox yox, cəmi 2 dəqiqə zaman ayırın və yazın : “bu gün səhər 10 dəqiqə idman etdim. Istəmirdim, amma etdim. Özümlə fəxr edirəm. Mən güclü insanam” və ya “Bu gün mən 10 dəqiqə daha tez durdum və 10 dəqiqə çox kitab oxudum”.

6. Gündəlik plan. Gününüz üçün plan hazırlayın. Buna çox zaman lazım olmayacaq. Gününüzə plan olmadan başlamayın. Bu qəti bir vərdiş olsun. Görüşlər, gedəcəyiniz yerlər, zənglər, görüləcək işlər : bunların hamısını kağıza və ya kompyuterə yazın ki, beyniniz bunları sistemləşdirməyə zaman və enerji xərcləməsin.

 

Belə bir həyatın bir il sonrasını düşünün

  • Gününüzə müsbət fikirlərlə başlamağa alışacaqsınız.
  • Hər gün səhər idman edən insanın xarici görünüşü vədaxili enerjisi özünü göstərəcək. Hər gün səhər cəmi 10 dəqiqə idman edən və etdiyi hərəkətlərin sayını tədricən artıran insanın bədən quruluşu da dəyişəcək.
  • Hər gün oxumaq və yeni fikirlər almaq vərdiş olacaq. Və bir il ərzində 12 kitab oxumuş olacaqsınız.
  • Mevəffəqiyyət gündəliyinizdə 365 günün uğurları yazılacaq. Geri baxanda görəcəksiniz ki, uğurlarınız artaraq davam edir. Özünüzə hesabat vermək Sizi daha da disiplinli edəcək.
  • Planlı bir insan olduğunuza görə hansısa mövzuların diqqətinizdə qaçması kimi problem aradan qalxacaq və ətrafınızda disiplinl, sözüün ağası bir insan kimi tanınacaqsınız.

Mən özüm nələr edirəm?

  • Günümü vizuallaşdırıram. Günümə beynimdə müsbət başlayıram.
  • İdman və oxuma. Həftədə 4 gün səhərləri qaçıram və bu zaman audio kitablar dinləyirəm. Digər 3 gün ərzində idman zalında və ya evdə fitneslə məşğul oluram və parallel olaraq kitab oxuyuram : 06.00-08.00 arası.
  • Gündəlik plan hazırlama. Gündəlik planım olmadan evdən çıxmıram. Günüm bir xəritə kimi hazırlanmasa, özümü narahat hiss edirəm. Görüşlərim, iclaslarım, gündəlik, vacib, qısa və uzun müddətli işlərim, zənglərim daim planlaşdırılır. Buna görə də axşam “aydaaa, N müəllimə zəng etməyi unutdum” kimi fikirlərim olmur. Heç bir ilim, ayım, həftəm və ya günüm plansız başlamır. Planların maksimum dəqiqdir və eyni anda maksimum sərbəstdir.
  • Saat 6-da oyanıram hər gün. Necə ki, öncələri saat 8-də oyanırdım və yaşayırdım, indi də səhər saat 6-da oyanıb işləməyə öyrəşmişəm. Bu artıq vərdişdir.

Bunlarla əlaqədar ümumi tövisyyələrim

  • Bu gün başlayın ki, bir il sonra geriyə baxanda böyük bir yol qət etdiyinizi görəsiniz.
  • Kiçik addımlarla başlayın – sıçrayışlar etməyin.
  • Alınmasa, ruhdan düşməyin. Öz zəyiflikləriniz üzərində qalib olub.
  • Tam məsuliyyətlə deyirəm – inkişafınız komfort zonanız xaricindədir.
  • Özünüzə acımayın. Bu gün Sizə çətin gələn iş 1 ay sonra vərdiş olacaq.

 12038802_10153392313038649_4378978228127163742_o-1

 

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *