2016-01-05 13.19.091
Kitabların xülasəsi

MALKOLM X İnsan haqları mübarizəsi

Aytac Rüstəmli tərəfindən “Malkolm X” adlı kitabın xülasəsi

Bu kitabı Rəcəb Şəntürk xərçəng xəstəliyindən əziyyət çəkən bacısı və onu səbrlə dəstəkləyən həyat yoldaşına həsr edib. Kitab 20 – ci əsrin ən böyük müsəlman liderlərindən biri olan Malkolm X barəsindədir. Kitabı oxuyaraq bu mübarizədən daha çox təsirlənəcəksiniz.

 

“1990 – cı ilin bir yaz axşamı Nyu Yorkdakı Kolumbiya universitetinin bağçasında Kolec Volk adlanan 116 – cı küçədə gəzirdim. Qulağıma 2016-01-05 13.19.091azan səsi gəlməyə başladı. Bir anlıq bunun vətən həsrətindən qaynaqlanan bir illuziya olduğunu düşündüm. Lakin səsi eşitməyə davam etdim. Səsin gəldiyi istiqamətdə addımlamağa başladım. Diqqətlə qulaq asdım. Səs Harlemdəki Malkolm X məscidindən gəlirdi.

Bu kitabı yazmaqda məqsədim həmin səsi – Harlemdən gələn azan səsini sizin də eşitməyinizə səbəb olmaq və bu səsin ora nəyin bahasına gəlib çıxmasının hekayəsini danışmaqdır.”

 

Malkolm X həyatı boyunca bir çox yön dəyişsə də, dəyişməyən tək bir şey var idi – haqsızlığa qarşı sakit qala bilməməsi. Malkolm gənclik illərində ağlınıza gələ biləcək hər cür pis işlərlə məşğul olmuşdu. Qumar, oğurluq, banda yaratmaq və s. Qaranlıq işlərlə məşğul olan insanların çərçivəsində idi. Bu insanlar Malkolm dara düşdükdə ona yardım ettikləri üçün bu işlərdən əl çəkmək istəmirdi.

Bu dövr qaradərililər üçün Amerikada ən qatı dövr idi. Malkolm X çox savadlı, dərrakəli bir uşaq olmuşdu. O sinifdə əlaçı idi və çox mehriban biri idi. Bir gün müəlliminə vəkil olmaq istədiyini deyəndə:

 

“Bilirsən, burada hamımız səni çox istəyirik. Lakin sən zənci olduğunu unutmamalısan. Vəkil olmaq! Bu bir zənci üçün real bir hədəf deyil. Sən ola bilcəyin şeyi düşünməlisən. Sənin çox qabiliyyətli əllərin var. Nə üçün dülgər olmağı düşünmürsən?”

              The Autobiography of Malcolm X

 

O bu müəllimini çox sevirdi. Lakin müəllimi Ostrovski belə ona bu cavabı verdikdə qəlbi qırıldı və artıq ağdərililərə tamamilə güvəni itməyə başladı. Ancaq o gələcəkdə müəlliminin onu bu yoldan döndərdiyi üçün Allaha şükür etdi “vəkil olsaydım, qaradərili burjuaziyanın bir parçası olar, beyni yuyulmuş bir xristian kimi qalardım.”

 

Bu arada qeyd edim ki, Malkolm X – in valideynləri də irqçiliklə mübarizə aparan bir hərəkatın üzvləri idilər. O daha uşaqkən bir çox dəhşətlərə şahid olmuşdu.

  • Məktəb illərində həvəsi qırıldı.
  • Bostonda gənclik illərini keçirdi.
  • Nyu yorkda cinayət aləminə daxil oldu.
  • Yenidən Bostona qayıtdıqda banda yaratdı.
  • Sonra həbsxanaya düşdü.
  • Detroytda Elayca Məhəmmədlə görüşmə və bir hərəkata qoşulma.
  • Betti X bacı ilə evlənmə.

 

Birinci dövr: Xristianlıq və Markus Qarvi hərəkatı(valideynlərinin vaxtında)

İkinci dövr  : İnancların itirilməsi və inancsız həyat(gənclik dövrü)

Üçüncü dövr: Elayca Məhəmməd və İslam Milləti

Dördüncü dövr: Həqiqi islamla qarşılaşma..

 

Nəzərinizə çatdırım ki, bu dövrdə qaradərili olmaq belə yaşam üçün problem olarkən, digər orta təbəqə qaradərililər(ağlara yaltaqlananlar) yaşamaq üçün mübarizə apararkən o insanlarının hüquqlarını tələb edirdi. Bu ölüm demək idi və 39 yaşında “açıqlanmayan səbəblərdən” vəfat etdi.

 

Malkolm ilk vaxtlar sadəcə qaradərililəri müdafiə edirdi. Sonradan isə özünün də irqçilik etdiyinin fərqinə vardı. Və bütün dünya əhalisinə eyni gözlə baxmağı öyrəndi. O, ümumiyyətlə insan haqlarını müdafiə etdi.

 

  • İnsanlar bir adamın bütün həyatının təkcə bir kitabla necə dəyişə biləcəyinin fərqində deyillər.
  • Təhsil bizim gələcəyə biletimizdir. Çünki gələcək bu gündən ona hazırlaşanlarındır.
  • Bütün yatanları oyatmağa bir nəfər oyaq yetər.
  • Təhsilli deyilə, hər hansı bir sahədə də ixtisasım yoxdur…Amma səmimiyəm və mənim səmimiyyətim mənim şəxsiyyətimdir.
  • Mən həqiqətin arxasıncayam, kimin dediyi vacib deyil.

         Mən ədalətin arxasıncayam, kimin üçün və ya kimə qarşı olduğu önəmli deyil.

  • Tarixi dəyişdirənlər, ancaq və ancaq özü haqqındakı düşüncəsini dəyişdirməyi bacarmış şəxslərdir.

          Malkolm X

 

P.S. Siz də oxuduğunuz kitablarda olan vacib, maraqlı və faydalı  məlumatları digər insanlarla paylaşmaq istəyirsinizsə, xülasələri bu “Elan və Dəvət”də yazılan qaydalara görə hazırlayın və orada bildirilən e-mail adresinə göndərin.

[

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *