Gördüklərim, eşitdiklərim

Dövlət idarəsi ziyarətim :)

19.11. 2015

AZƏRbilməmnəqızdırmayandırmaşünaslıq idarəsinə ZİYARƏTİM :)
Evə kombi çəkilib və dövlətin olmayan istiliyindən imtina etmək istəyirəm. Qapıdan içəri girdim və 18.ci əsrə daxil oldum.

– Az, Seeevda, xaxaxaxa, az tez elə də, neynirsən orda yeeee…
– Gəlirəm, görmürsən, başdanxarabın biri bezdirib məni. 
– Alo, hə???!!! Qardaş, zəng elə qaynar xəttə də!!! Eeee, əl çekündəəəə
– Az bu kompyuterin başı xarafdıye.. Yenə də işləmir (sənəd çap etməyə çalışır. 4 nəfər kompyuter və printerdə olan BÜTÜN düymələrə basırlar. Parallel olaraq da kompyuteri çıxardanın atasına və nəslinə söyürlər.)
– Niyə evə istilik verilmir? Həəə??!!! Hanı müdir?!!
– Yoxdu!!! Ged icraya şikayət elə. 
– Gülnaaaar, gəl də. Bax gör bu zəhrimar niyə işləmir axı.
Gülnarın gəlişindən anladım ki, bu və ətraf bölgələrdə bu insan kompyuterin kitabını yazan olaraq bilinir. Gülnar gəlir və öncə böyük bir əminliklə bütün kabelləri çıxardıb təkrar taxır. Faydası olmur təbii ki. Gülnarın bilikləri bura qədərmiş. Bir ağız daha Bill Gates və ona bənzərləriniin sülaləsi yada salınır.
Mən icazə istəyirəm və düzəldirəm. İşim bitdikdən sonra ordan çıxıram və təkrar 21.ci əsrə dönürəm…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *