Düşüncələrim

RUHUN DİLƏNÇİLİYİ

20.11. 2015

Bir tanışım vardı.. İşlədiyi şirkətdən daim haqqı olmayan 5-10 manatlıq qazancı əldə etməyə çalışırdı : xərcləri şişirirdi, mənfəəti az göstərirdi vs. 
“Niyə belə edirsən? Etmə!!! Uzaq dur belə işlərdən. Bu oğurluqdur”- kimi sual və fikirlərimə qarşılıq olaraq “Mənim maaşım azdır, cəmi 200 manat, mən də əlavə qazanmalıyam” kimi ümumi sözlərlə cavab verirdi.
İndi bu insan 2000 manat maaş alır, yenə də 5-10 manatlıq murdar “işləri” edir.
“İndi niyə edirsən, axı maaşım yüksəkdir?” – soruşuram. 
“Bilirsən Fəxri.. O əlavə aldığım 5 manat varaaa… O 2000 AZN olan maaşımdan daha şirin gəlir mənə”.

NƏTİCƏ : İnsanın ruhunda olan yolçuluq, dilənçilik, oğruluq qazandığı məbləğə bağlı deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *