“SAXLA ZAMANI, GƏLƏR ZAMANI” kitabı oxucularının bu kitab NİYƏ OXUNMALIDIR sualına cavabları
Ziya bəy bu kitabı oxumağa başlayanda belə bir status yazmışdı : “Ilk sehifesini acdim. Yerli yazar, yerli mehsul. Deyilenlere gore Azerbaycan realliqlarini eks etdiren ferdi inkishaf kitabidir. Bezdik, John-lari, Albert-leri oxumaqdan)))). Cox sevindirici haldir. Ugurlar Fexri muellim.“
Ziya Rəcəbov
Bank Respublika İnsan Resursları Direktoru
Yatan ruhu, oyandırmaq üçün bu kitab oxunmalıdır. Başlayacam deyib də başlaya bilməyənlər üçün bu kitab oxunmalıdır. Zamanı, enerjini, sağlamlığını düşünənlər oxumalıdır.
Toyuq olub qartallarla uça bilməyəcəyik əsla, qartallarla uçmaq üçün bu kitab oxunmalıdır..
Azər Rzayev
Sky Bridge şirkətinin Satış Üzrə Meneceri.
Men kitabı oxudum, bitirdim ve belə dedim ” Kaş bu kitab mənim əlimə 10 il qabaq dusəydi”
Bax, “kaş” sözünü demək istəməyən istənilən gənc uçun xüsusi ilə tələbələr üçün kitab olduqca qiymətlidir.
Əliağa Ağabəyli
İnformasiya Texnologiyaları Mərkəzi TOR Veb Proqramlaşdırıcı
– Bu dünyada həyat insana bir dəfə verilir və bu həyatı necə gəldi yaşamaqla biz ən azından yaşlandıqda peşman olacağıq bu səbəbdən kitab oxunmalı və yaşanmalıdır.
Zaur Hacili
Database Administrator, AZERCELL
Bu kitab tükənməz motivasiya verir insana və kitabı 1-2 dəfə yox, 10 dəfə oxusaq da azdır. Hər gun oxumalı kitabdır. Goturüləcək çox şey var.
RƏVAN HƏMİDZADƏ
Bu gün JW Marriot.da işləyən və gələcəkdə 5 ulduzlu bir oteldə General Manager olma yolunda əmin addımlarla gedən
Niyə bu kitabı oxumalıyam ?
1.Bu kitabı oxumalısınız çünki,yazılanlar müəllif tərəfindən dəfələrlə sınanmış, bu gündə həyatında icra etdiyi texnikaları və ya bu gündə əzmkarlıqla daha böyük uğurlar əldə etmək istəyini oxumağa ehtiyacınız var.
2. Əgər bu günə qədər məqsədlərinə çatmaq üçün yetəri qədər əzmkarlıq göstərdiyini , yetərincə çalışdığını düşünürsənsə amma yenədə tam istədiyin nəticəni əldə edə bilmirsənsə ,burada səbəb düzənsizlik,plansızlıq və ya lazım olan texnikalardan istifadə etməmək ola bilər və ya bu deyimlə ümumiləşdirsək: Problemi həll etməkdə ən böyük səhv eyni yolla dəfələrlə cəhd etməkdir.Bu yaşadığım problemə ən böyük töhvəni kitabda geniş izah olunan “Fil Texnikası” önəmli dəstəyi verəcək.
3. Bu kitabı oxumalısınız çünki, hədəfinizə gedəcək yolda güclü motivasiyaya ehtiyacınız var və bunu bu kitabda tapacaqsınız…
Ramin Fərəcullayev,
Odlar Yurdu Universiteti tələbəsi
Kitab nə üçün oxunmalıdır?
Hələ də məqsədi olmayan ancaq universitetdə konkret ixtisas üzrə oxuyan hər bir tələbə, faktiki çalışdığı iş yerində özünə yer tapa bilməyən hər bir işçi və ya ümumiyyətlə özünü inkişaf etdirmək istəyən hər bir insan üçün motivasiya edici bir kitabdir. Sadəcə kitab deyil, buna illərlə sinaqdan keçmiş öz təcrübəsini paylaşan Azərbaycanlı yazarın kitabıdır.
Elnur Quliyev
Bank Standard. Filial direktoru
Bu kitab bütün insanlar üçün fayda əldə edilə biləcəyi bir kitabdı.Bütün yaşlar üçün nəzədə tutulub.Məqsədi olmayan insan belə bu kitabdan sonra məqsədlərini müəyyənləşdirib həyatını inkişaf etdirməyə davam edəcək.,sözün əsl mənasında insanı yuxudan oyadır.. Fəxri Ağayev bu kitabla məncə yekun olaraq bunu demək istəyirdiki “Zamanınızın,sağlamlığızın ətrafınızda olan dəyərlii insanların,ailənizin ,və həyatınızın qədrini bilin.MOTİVASİYA ilə ancaq irəli”
Vüsal Hüseynov,
Baku Electronics, Kredit Mütəxəssisi
Bunu yeniyetmələr oxumalıdır – Allahın bizə ən böyük payı olan zamanı dəyərləndirmək üçün. Ötən dəqiqə, gün geri qayıtmaycaq. Sizin beyniniz bu günki qədər “informasiya” aclığı keçirməyəcək, bu günkü qədər təmiz, məlumatlar üçün açıq olmayacaq. Zamanı, bu günü qiymətləndirin, bu “ac” beyini dəyərli məlumatlarla “yemləməyi” öyrənin.
Bunu tələbələr oxumalıdır – gələcəkdə diplomlu işsizə çevrilməmək üçün. Həyatda daimi tələbəliyin nə olduğunu anlamaq üçün.
Bunu mütəxəsislər oxumalıdır – bu gün əldə edilən bilik sabah artıq köhnəlmiş olacaq, zamanı dəyərləndirin, zamanı idarə edin.
Bunu “ikinci gəncliyinə” qədəm qoyanlar – 40 yaşı adlayanlar oxumalıdır. Səhhəti qorumaq, sağlam həyat tərzini bərpa etmək üçün 40 yaş elə də gec deyil . Heç 50 yaş da gec deyil. Dəyər almaq istəyirsən, dəyər verməyi öyrən. Ətrafınıza, həyatınıza, peşənizə və özünüzə dəyər verməyi öyrənin – Fəxri müəllimlə birgə !
Cəmil Əsədov
Bir şeyin şahidi oldum – Fəxri müəllimin kitablarını alanlar və almayanlar kimlərdir?
- Alanlar: Həyatda uğurun olduğuna inananlar, müəyyən zirvəyə nail olanlar , lakin bu zirvə ilə kifayətlənməyib daha da uğur qazanmaq istəyənlər.
- Almayanlar : “Bura Azərbaycandır…” , “Filankəsin bəxti gətirdi”, “ Yəqin adamı var” deyə düşünüb, uğurlu adamlara qısqanclıqla seyirci olan,diploma ümid bağlayıb evdə iş gözləyənlərdir.
Aydın Şahid
Sumqayıtlı gənc yazar,
Dörd ay bundan öncə olduqca kompleksli adam idim və özümü aşağı qiymətləndirmədən çox əziyyət çəkirdim. Artıq universitetin dörduncü kursunda oxuyacaqdım amma gələcəyimlə bağlı heç bir planlarım yox idi. Bu kitab həyatıma yeni impuls gətirdi! Mənim məqsədim yarandı və mən isdədiyim hər şeyə çata bilmək iqtidarında olduğumu anladım.
Mircavidan Niftullayev,
Azərbaycan Turizm və Menecment Universiteti, 4.cü kurs Tələbəsi
Kitabı aşağıda yazılı olan ünvanlardan əldə etmək olar
1. Telefonla sifariş və ünvana çatdırma xidməti : 051.465.47.61
2. “Ali&Nino” Mağazalar şəbəkəsi
3. “Akademiya” kitab evi
4. Özsüt kafe. Atatürk parkı. Özsüt kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.
5. Sumqayıt Təlim Mərkəzi, 4-cü mkr. Tarix muzeyinin yanın.Zəka Kitab evinin arxası, 055-204-82-30
6. Baku Roasting Company. Bu kafedən kitabı alan hər bir insana bir fincan kofe HƏDİYYƏ ediləcək.
7. Kitabevim.az