nordic-business-forum-2014
Gördüklərim, eşitdiklərim Məqalələrim

Uğurun əsas 5 qaydası – Arnold Schwarzenegger

     Arnold Schwarzenegger Nordic Business Forum-da çıxışında uğurun 5 əsas qaydası, bodybuilding jurnalının onun ABŞ köçməyinə necə kömək etməsi, nə üçün onu əzələlərinə görə kinoya dəvət etmək  istəmədikləri və nə vaxt o aktyorluğdan  siyasi karyera üçün vaz keçməyə  qərar verdiyi haqda danışıb.

     Çıxışı bəyəndiyim üçün tərcümə etdirdim və bloquma yerləşdirdim ki, insanlar faydalansınlar.
arnold     Mən bütün dünyada səyahət edirəm və insanlar daim müvəffəqiyyətin sirri nədə olduğu ilə maraqlanırlar. Mən söyləyirəm ki, əgər sənin 22-düymlük çiyin əzələn varsa, sən yırtıcılarla silahsız bacarırsansa və, ən əsası, sən avstriya ləhçəsi ilə danışırsansa bu çox asandır. Lakin bunun bir qısa versiyası var : mən  istənilən sahədə – fərq etmir bodybuildingdə mi, siyasətdə mi, biznesdə mi müvəffəqiyyətli olmaq üçün əməl etdiyim beş qayda haqda danışmaq istərdim.

     Ümid edirəm ki, bu qaydalara əməl etmək üçün bir siyasətçi və ya bodybuilding çempionu olmaq gərək olmadığını anlayırsınız.

     Birinci qayda: öz vizyonunu tap

     Uşaqlışım müharibədən sonra olan dövrə təsadüf etdi, Avstriyada yaşayırdım. İşğal altında, aclıq və depressiya var idi. Dəhşətli bir vaxt idi. Mən özümü balaca və mənasız hiss edirdim. Və səbirsizliklə böyüyüb buranı tərk edəcəyimi gözləyirdim.  Mən özümü fabrik və ya fermada işləyən olaraq görmürdüm. Atamın yolunu davam edərək  polis olmağda istəmirdim. Mənim valideyinlərim isə bunun arzusunda idi, birdə onlar mənim Haydi adlı bir qızla evlənəcəyimi arzulayırdılar, biz onunla bir neçə uşaq dünyaya gətirdikdən sonra “Musiqi sədaları” adlı ailəvi klub açardıq. Lakin mən gələcəyimi fərqli görürdüm.

     “Mən nə etmək istədiyimi dəqiqliklə bilirdim. Mən bodybuilding üzrə çempion olmaq, sonra kino ulduzu olub milyon dollar qazanmaq, zəngin və məhşur olmaq istəyirdim.”

     Bir gün məktəbdə Amerika haqda sənədli film izlədim və nə istədiyimi anladım. Mən ABŞ getmək, böyük göydələnləri, böyük köprüləri, geniş və böyük yolları, reaktiv təyyəraləri, çimərlikləri və Hollivud ulduzlarını görmək istəyirdim. Məsələ Amerikaya necə getməkdə idi. Və mənim yenədə bəxtim gətirdi: bir gün idman malları mağazasının yanından keçərkən gözüm vitrində olan bodybuilding haqda jurnala sataşdı. Üz qabığında olan idmançı Herkulesin geyimində idi. Mən o jurnalı aldım və diqqətlə məqaləni oxudum: o gənc kasıb ailədə böyüdüyü, gündə 5 saat məşq etdiyi, mükafatlar aldığını  və “Mister Dünya” titulu  qazandığı haqda danışırdı. O milyon dollarları necə qazandığı, necə öz biznesini qurduğu və sairə haqda danışırdı. Bu məqalədən sonra mən nə etmək istədiyimi tam əminliklə bilirdim.. Mən bodybuilding üzrə çempion olmaq, sonra kino ulduzu olub milyonlarla dollar qazanmaq, zəngin və məhşur olmaq istədim.

     Nəhayət ki,  nə ilə məşqul olmaq istədiyimi anladıqda yaşadığım o sevincin həddini sizə sözlə çatdıra bilmərəm. Əgər Siz məqsədinizi görmürsünüzsə, əgər Sizin məqsədiniz yoxdursa, o zaman Sizin hər gününüz mübarizə olacaq. Əgər nə üçün işlədiyinizi bilmirsinizsə, iş – sizin özünüzlə mübarizənizdir Statistikaya belədir – 74% amerikalı öz işini sevmir. Yalnız dörddə biri işdən razıdır. Mən ağırlıq qaldırdıqda məndən hər zaman soruşurdular “Sən idman zalına gəlib və həmişə gülərüz olmağı necə bacarırsan? Axı digər insanlarda ağırlıq qaldırır, lakin onlar qəzəblənirlər”. Mən isə deyirdim: “Mən gülərüz oluram, çünki zalda olmağı sevirəm. Hər hərəkətin növbəti seriyasını səbirsizliklə gözləyirəm”. Mən bilirdim ki, hər bir növbəti hərəkət seriyası məni məqsədimə doğru aparır. Mən sadəcə əzələ artırmırdım, mən kuboklar və mükafatları qaldırırdım. Buna görədə xoşbəxt idim.

     İkinci qayda: heç vaxt kiçik miqyaslı düşünmə

     Nəyəsə nail olmaq istəyirsənsə geniş perspektivli düşünmən gərəkir. Mən sadəcə bodibilder deyil, bütün zamanların ən yaxşı bodibilderi olmaq, ən əzələli bədənə, ən yaxşı proporsiyalara sahib olmaq istəyirdim. Eyni ilə də kinoda: mən sadəcə kinoya çəkilmək deyil, mən ulduz olmaq, öz adımı binaların üzərində görmək istəyirdim. Siyasətdə də: bağışlayın, amma mən şəhər şurasına seçilmək istəmirdim. Mən qubernator olmaq istəyirdim, lakin hansısa kiçik, xəritədə heç kim tapa bilmədiyi,  məsələn,  Ayova ştatının yox. Mən ən böyük ştatın, Kaliforniya ştatının qubernatoru olmaq istəyirdim. Kaliforniyanın qubernatoru olmaq əladır axı.

     Mən prezident seçkilərindədə iştirak etmək istərdim, lakin ABŞ konstitusiyası buna imkan vermir, çünki mən ABŞ-da dünyaya gəlməmişəm. Həmişə geniş miqyaslı düşünün, axı böyük və kiçik məqsədlərin yerinə yetirilməsi üçün eyni qədər enerji serf olunur.

     Üçüncü qayda: bədxahlara fikir verməyin

     Siz böyük məqsədləri xəyal etdikdə, insanlar hər zaman deyəcəklər: “Bu mümkün deyil! Bunu edə bilməyəcəksən”. “Yox, bu imkansızdır”, “edə bilmirəm” sözlərini unudun. Sizin arzularınız uğursuz olmaq üçün çox qlobaldırlar.

     Nelson Mandela deyirdi ki, kimsə bir işi edənə qədər insanlar bu iş üçün “qeyri mümkündür” düşünəcəklər. Düşünün,əgər mən hər dəfə mənə yox deyənlərə qulaq assaydım  mənim karyeram neçə dəfə uğursuzluğa uğrayardı.  Mən bodybuilding üzrə çempion olmaq istədikdə mənə deyirdilər: «Yox, sən yalnız xizək sürmə, futbol, basketbol üzrə çempion ola bilərsən, bodybuildingüzrə yox, çünki bu amerika idman növüdür, avstriya deyil. Unut!”. Eyni ilə mən Amerikaya getmək istədikdə deyirdilər: sən Amerikada yaşaya bilməzsən.

     “Bədəninə bax, sən çox əzələlisən. Herakl haqda filmlər 20 il öncə idi, indi isə dəbdə yeni oğlanlardır – Al Paçino, Vudi Allen. Bax bu balacalar yeni seks-simvollardır!”

     Mənim bodibilder karyeram sona çatdıqda mən kinoda çəkilmək istədim. Agentlərlə, menecerlərlə görüşdüm, imkanlarımı müzakirə etdim. Onlar mənə gülürdülər : “Sən dəli olmusan! Bir öz bədəninə bax, sən çox əzələlisən. Herakl haqda filmlər 20 il öncə idi, indi isə dəbdə yeni oğlanlardır – Al Paçino, Vudi Allen. Bax bu balacalar yeni seks-simvollardır! Bir öz ləhçənə bax: amerikalılar John Wayne kimi səslənəndə sevirlər. Amerikada ləhçəsi olan hələ uğur qazanmayıb. Birdə ki bu nə addır – Şvortsen, Şnitsel? Biz sənə mühafizəçi, futbщlçu və ya restler rolları təklif edə bilərik”.

     Nə yaxşı ki, mən onlara qulaq asmadım. Mən aktyorluq məktəbinə, ingilis dili, nitq quruluşu və s. kurslara getdim. Mən “Herakl Nyu-Yorkda” filmində çəkildim, uğursuz oldu, lakin bu San-Frasiskoda idi və baş rolda mən idim. Lakin sonra mən debüta görə “Qızıl Qlobus” qazandım və dalğanı tutdum.  Nəticədə mən Vəhşi Konan roluna dəvət aldım, film çıxandan sonra satışda  birinci yerdə idi. Rejisor isə söylədi:«Əgər filmdə Schwarzenegger olmasa idi, biz onu yaratmalıydıq”. O mənim hər zaman problemim hesab edilən əzələlərimi nəzərdə tuturdu, nəticədə isə əzələlərim mənim əsas üstünlüyüm oldu. Eynisi “Terminator”-la təkrarlandı: James Cameron söylədi ki «I’ll be back» replikası, mən onu maşin, kiborq kimi söyləyirdim. İnsanların bu xoşuna gəlirdi.

     Dördüncü qayda: dayanmadan işlə

     Heç kim təsadüfən uğur əldə etməyib. Qızıl tapan və Kaliforniyada qızıl sıçrayışını başladan oğlandan başqa. Hər zaman tam gülclə çalışmaq lazımdır. Mənim kumirim Məhəmməd Əli, ondan soruşanda ki, gündə neçə jim edir, demişdi “Mən saymağa artıq ağrı hiss edəndə başlayıram”. Belə düşünmək lazımdır.

     İnsanların vaxt çatışmamazlığından şikayət etdiyini eşidəndə mən əsəbləşirəm. Mən 15 saat Los-Ancelesdən təyyarə ilə uçmuşam və bir başa bura gəlmişəm. Hər zaman vaxt tapmaq olar. Siz dəli olmusunuz? 24 saatdan 6 saatını yatırıq, 18 saat boş vaxtda isə bir çox şey etmək olar. Bəziləri deyir ki, onlara 6 saatdan artıq yuxu gərəkdir. Onda daha sürətli yatın!

     Beşinci qayda: cavab olaraq nə isə qaytar

     Mən hesab edirəm ki, biz cəmiyyət, şəhər, ölkə üçün nə isə etməliyik. Axı bizim haqqımızda fikirlər aldığlarımız qədər deyil – nə qədər verdiyimiz əsasında söyləniləcək nəticədə. Amerika xoş qarşıladıqdan sonra mən əvəzində ona nə isə verməyə məcbur idim. Həyatımda etdiklərim və nail olduqlarım Amerikanın sayəsində oldu. Fərq etmir hansı ölkəni siz doğma hesab edirsiniz, vəzifəniz eynidir. Mənim Los-Ancelesli bir dostum Yale Universiteti tələbləri qarşısında çıxışı zaman qeyd etdi: “Siz ancaq özünüzə baxmağa məcbur edən güzgüləri sındırmağa ozünüzü məcbur edin və onların arxasında sizin köməyinizə ehtiyacı olan milyonlarla insan görəcəksiniz.” Bu mənim etdiyim idi: paraolimpiyaçıların məşqçisi oldum, öz təhsil proqramlarımı başlatdım, bütün 50 ştatda cavanlar arasında sağlam həyat tərzini yaymaq üçün fəaliyyət göstərən fiziki tərbiyyə üzrə komitənin sədri oldum. Səkkiz yaşlılarla dama və ya təqaüdçülərlə qolf oynayanda xoşbəxt idim.

     “Siz ancaq özünüzə baxmağa məcbur edən güzgüləri sındırmağa ozünüzü məcbur edin və onların arxasında sizin köməyinizə ehtiyacı olan milyonlarla insan görəcəksiniz.”

     Mən qərara gəldim aktyorluq karyeramdan və hər il qazandığım milyonlarla dollarlardan imtina edim və qubernator olmaq üçün namizədimi irəli sürüm. Bu yeddi il mənim həyatımda ən gözəl illər idi :  mən hər gün işləyirdim, problemləri həll edirdim ki, 38 milyon insana kömək edə bilim. Mənim iki müddətim sona çatdıqda, qubernator olaraq fəaliyyətim sona çatdı, lakim cəmiyyətə xidmətim isə davam edir. Mən öz təhsil proqramlarımla fitnes sahəsində çalışıram və ətraf mühit problemləri ilə məşqul oluram. Mən bütün dünya üzrə tələbələri ruhlandırmaq və çətin problemlərin həllini tapmaq üçün Cənubi Kaliforniya Universitetinin daxilində Schwarzenegger İnstitutu açdım.

     Mənim bu beş qaydamı ciddiyə qəbul edib və onlarla hərəkət edən bir çox qələbələr qazanacaq. Biz etməsək kim edəcək? Əgər indi etməsək, bəs nə vaxt?

Məlumatlandırma

YOUTUBE KANALIMDA (https://www.youtube.com/fahriagayev) biznes, idarəçilik, peşəkar inkişaf kimi mövzularda videolarımı izləyə bilərsiniz. Abunə olun ki, yeni videolar haqda məlumatlar Sizə göndərilsin

2 comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *