Шахматы_из_прозрачного_стекла
Məqalələrim

Böhran, Effektivlik və İdarəçi

     Azərbaycan iş dünyasında ən böyük problemlərdən biri effektivliyin olmamasıdır. Qeyri effektivlik özünü biznesin bütün sahələrində biruzə verir : əməkdaşların gündəlik fəaliyyəti, marketinq və reklam fəaliyyəti, potensial və real müştərilərlə iş, satış və muhasibatlıq proseduraları vs.

     Dediklərimdən bir neçəsini sadə misallarla nümayiş edim :

  • Firmada 100 nəfər əməkdaş işləyir. Bu o deməkdir ki, hər gün şirkətin 800 saatlıq əmək potensialı var. Və bu 800 saat şirkətin məqsədləri və planları istiqamətində tam istifadə edilməlidir. Nahardan öncəki 30 dəqiqə, nahardan sonrakı insanın ağırlaşdığı və işləyə bilmədiyi 30 dəqiqə, uzun və faydası olmayan iclaslar, hər gün iş saatlarında insanın sosial şəbəkələrdə keçirdiyi 20-60 dəqiqə şirkətin 800 saatından alınan zamandır;
  • Potensial və real müştərilərlə işdə effektivliyi ən sadə misalla belə göstərmək olar : hər gün şirkətin çağrı mərkəzinə 30 nəfər potensial müştəri zəng edir və müəyyən şərtlərlə maraqlandır. Şirkətdə 5 operator işləyir. Gündəlik 150 zəng, və aylıq (24 iş günü saysaq) 3600 zəngləri var şirkətin. Bu, 3600 potensial müştəridir. Bunlara bir neçə saat/gün sonra (sahə və məhsul və ya xidmətə görə müddət dəyişir) zəng edərək maraqlanan şirkətlər azdır. Bunu edən şirkətin 3600 zəngin cəmi 10 %-i məhsul və ya xidməti alsa, bu 360 alış deməkdir.

     Azərbaycanda bu gün biznesdə müvəffəqiyyət əldə etmək üçün qeyri adı addımlara, innovasiyalar və sıçrayışlara ehtiyac yoxdur – ən bəsit qaydalara əməl olunsa, ciddi fərq hiss ediləcək.

     Hesab edirəm ki, şirkətlər böhran dövründə HƏR BİR MÜŞTƏRİ üzərində maksimum effektiv işləyərək, HƏR BİR QƏPİYİN hesabını etməli və HƏR SAATI effektiv keçirməlidirlər. Böhranın da şirkətlərimizə verdiyi ən böyük dərs də məhz elə budur : məhdud imkanlar içərisində, müştərilərin daha seçici olduğu və pul kütləsinin azaldığı zamanlarda daxildən güclənmək və effektivliyi artırmaq.

     Böyüyən bazarda hərkəs arta və inkişaf edə bilər. İnsanları da, biznesi də gücləndirən mübarizədir, və mübarizələrin ən faydalısı, məhdud şərtlər və imkanlar içində aparılandır.

     Məni konsultasiya üçün dəvət edən fərqli şirkətlərin  sahibləri və rəhbərləri ilə görüşlərim olur. ŞİRKƏTLƏRDƏ EFFEKTİVLİYİN olub olmamasını görmək üçün bütün biznes prosesləri, standartları, əməkdaşları görməyə ehtiyac yoxdur.  Mənə idarəçilər tərəfindən verilən əsas suallardan biri : “Səncə komanda və idarəçilərin necədi?” Bu suala cavabım qısadır : “Eyni sənin kimi”.

     Şirkət rəhbəri ilə 5 dəqiqəlik görüş bəs edir – ona baxaraq şirkətinin necə olduğunu dərhal görmək olar. Insan öz həyatını sistemləşdirə və idarə edə bilmirsə, yüzlərlə və minlərlə insanların bir məqsəd üçün EFFEKTİV çalışmasını necə təmin edə bilər? 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *