jack
Məqalələrim

Motivasiya divarım – Jack Weltch

     Kabinetimdə “MOTİVASİYA DİVARIM”da olan yeni bir insan – Jack Weltch, məşhur General Electric korporasiyasının rəhbəri

     Ali təhsili kimya mühəndisliyi olan Jack Weltch, General Electric korporasiyasına 1960.cı ildə 24 yaşında gəlir və kitabında bu haqda belə yazır : “Kiçik mühəndis olaraq mənim gəlirim ildə 10.500 dollar idi və 30 yaşıma qədər mən bu rəqəmi 30.000-ə qədər yüksəltməyi düşünürdüm. Ancaq mən bütün gücümü işə verirdim və işimdən böyük zövq alırdım. Vəzifəmin artması ilə birlikdə  mənim məqsədlərim də artmağa başladı və 70-ci illərdə mən artıq bu şirkətin rəhbəri ola biləcəyimi düşünürdüm”.

     “Fortune” jurnalı tərəfindən 20.ci əsrin idarəçisi seçilən Jack Weltch-in nailyyətləri haqqında qısaca bunları yazmaq olar : General Electric.ə 45 yaşında rəhbər təyin edildi və daha öncə konservativ olan şirkəti tamamən dəyişdi.

Rəqəmlərlə nailiyyətləri haqqında

     General Electric korporasiyasının 1981.ci ildə bir hissə sənədi qiyməti 4 dollar olduğu halda, 1999.cu ildə artıq 133 dollar olmuşdur (hissə sənədləri bu dövr ərzində 4 dəfə də bölünmüşdür), yəni artım 3200 % olmuşdur. 1981.ci ildə 10.000 dollar məbləğində alınan hissə sənədləri 1999.cu ildə 640.000 dollar olmuşdur.

     General Electric-in satışları 27.2 milyarddan 173.22 milyarda yüksəlmişdir.

 

     Jack Weltch-in fəaliyyətində bəyəndiyim bir neçə əsas məqam :

  • Rəhbər təyin edildiyində diqqətini ilk çəkən məqam korporasiya tabeçiliyində olan bütün şirkətlərdə inkişafın və sürətin qarşısını alan güclü bürokratiya, effektivliyin olmaması, yeniliklərə bağlılıq və konservatizm olmuşdur.

Əsl inqilabçı olaraq mövcud iş sistemini dağıdaraq , ixtisarlara başlayır və ancaq fayda verən insanları işdə saxlayır. 5 il ərzində toplam 118.000 insan işdən çıxarılır. Bu qədər işçilərin işdən çıxarılmasına baxmayaraq, istehsalatın effektivliyi artır və illik dövriyə bir neçə dəfə yüksəlir.

Yaşlanan böyük bir şirkəti rəqabətcil, aktiv böyüyən novator bir şirkətə çevirməyi bacarır.

Rəhbər təyin edildiyinə korporasiyanın bütün şirkətlərində toplam 425.000 insan işləyirdi və illik satış məbləği 25 milyard dollar idi. Jack işdən ayrılanda isə şirkətlərdə 300.000 insan işləyirdi və illik dövriyyə 135 milyard dollar olmuşdu.

  • Rəhbər olaraq ilk atdığı addımlardan biri korporasiyanın mərkəzində qonaq evi, konfranslar üçün salonlar və fitnes mərkəzi inşası olmuşdur. Kitabında bu haqda belə yazır : “Mən, daha az insanlar daha çox nəticə əldə etmək istəyirdim. Mən əmindim ki, şirkətdə ancaq ən yaxşılar işləməlidir. Ən yaxşıları üçün isə ən yaxşı şərtlər təmin edilməlidir.”
  • Təzyiqlərə olduqca dözümlü olub – həm ictimaiyyət, həm şirkət idarəçiləri, həm də müştərilər tərəfindən : “bəzi kəskin qərarlarımın qarşısını almaq üçün mənə böyük təzyiqlər edirdilər. Mənə şəhərlərin merləri, qubernatorlar, ştatların rəhbərləri zəng edirdilər”. Bununla bərabər ixtisarlara görə də ciddi təzyiqlərə məruz qalan Jack, parlallel olaraq həm də şirkətlərdə yeni idarəçilərin yetişdirilməsi və mövcud olanların bilik və bacarıqlarının gücləndirilməsi üçün də fəaliyyətinə davam etməli idi.
  • Krottonvil.də, korporasyanın mərkəzində bütün şirkətlərinin idarəçilərinin bilik və bacarıqlarının gücləndirilməsi və təkmilləşdirilməsi üçün universitet qurur. Bu mövzuda ÇOX bəyəndiyim məqam budur : universitetin qurulması üçün biznes planda yatırımların geri ödəniş müddətini silir və “sonsuzluq” sözünü ora yazır, çünki inkişaf edilən investisiyaların faydası sonsuzdur.

 

Sevdiyim sitatları

  • Anlayın ki, bos olmaq, bütün biliklərin mənbəyi olmaq demək deyil
  • Əməkdaşlarınızdan öyrənin. Sizin tabeçiliyinizdə işləyənlərin sizdən daha bilikli olmasına çalışın. Və bu o demək deyil ki, siz onları idarə edə bilməyəcəksiniz
  • Mükəmməl məbsul və xidmətlər təqdim etmək üçün mükəmməl əməkdaşlar lazımdır
  • Change before you have to – dəyişməyə məcbur olmadan dəyiş

 

     Jack Weltch kimi dahi idarəçinin fəaliyyəti haqqında onlarla kitablar yazılmışdır. Bu məqaləni yazmağımın məqsədi bu insana, onun fəaliyyəti və peşəkarlığına qarşı diqqət çəkmək və maraq oyadmaqdır. Hər idarəçinin bu insandan öyrənəcəyi çox məqamların olduğuna inandığım üçün, bu yazını yazdım və hərkəsə onun kitablarını oxumağı və həyatı ilə maraqlanmağı təklif edirəm

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *