%d1%82%d1%80%d1%83%d0%b1%d0%b0_%d1%82%d1%83%d0%bd%d0%bd%d0%b5%d0%bb%d1%8c_%d0%be%d0%b4%d0%b8%d0%bd_%d0%ba%d0%be%d0%b4_%d1%86%d0%b8%d1%84%d1%80%d1%8b
Düşüncələrim

BİZNES : Əslində və Azərbaycan reallığı

“İSTEDADLAR uğrunda SAVAŞ” adlı kitabı bitirdim
Bir neçə hissə diqqətimi çəkdi və öz şərhlərimlə paylaşıram birincisini.
“Hər bir şirkət, “işəgötürən brendinin” marketoloquna çevrilməlidir və ən güclü peşəkarların cəlb olunması üçün şirkət daxilində doğru şərtlər və atmosfer yaratmalıdır, çünki şirkətlərin ən vacib resursu olan peşəkarlar uğrunda mübarizədə məğlub olan şirkət sonunda iflas edəcək.”

Azərbaycanda isə nə baş verir? Peşəkar insan gəlir şirkətə, onu “boğurlar”, işləməyə imkan vermirlər. şərləyirlər, torbasını tikib göndərirlər.

İtirən kim olur? Şirkət, onun müştəriləri, sahibkar.
Işəgötürən brendi, şirkətin imici, doğru insanların cəlb olunması və lazım olan şərtlərin təmin edilməsi kimi stratejik vacib məsələlər, qısa müddətli “tez sataq, gəlir əldə edək” kimi qısa müddətli məqsədlərin fonunda sadəcə itirlər.

Qısa müddətli məqsədlər üzərində qurulan ALVER tipli biznes bitmişdir. Artıq tək satış deyil, satış sonrası xidmətlərin də yüksək keyfiyyətdə tutulması və uzun müddətli qərarların alınması gərəkən dövr gəldi.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *