Düşüncələrim Məqalələrim

Universitetlərdə seminarlarım davam edəcək mi?

AAAF Holdinqdə işə başladıqdan sonra seminarlarla əlaqədar aldığım əsas sual : “Fəxri müəllim, gənclər üçün universitetlərdə seminarlar davam edəcək mi? Bunun üçün zamanınız olacaq mı?”

Təbii ki, davam edəcək!!!!  Hətta daha da böyük sürətlə, daha böyük həcimdə, daha çox sayda gənclərə, çünki mənim peşəkar həyatımda olan yeganə dəyişiklik, sadəcə bir məkanda mövcud olmağım oldu : bu holdinqə gəlmədən öncə yenə də peşəkar idarəçi olaraq fəaliyyət göstərirdim.

Holdinqdə işə başladıqdan sonra da eyni həyat tərzim davam edir : idmanlar və məşqlər, kitab oxuma və daimi inkişaf, yeni kitabın və məqalələrin bloqum üçün yazılması, yarışlara hazırlıq, daim gənclərlə ünsiyyət.

Yeni tədris ili başlayanda seminarlarımda nələr olacaq?

Yenə hər ay minlərlə gənclərə motivasiya və peşəkar həyat haqqında məlumatlarla dolu seminarlar veriləcək. Bu seminarlarda gəncləri yeni sürprizlər də gözləyir.

Indiyə qədər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran kimi şəhərlərimizdə və adları aşağıda yazılı olan universitetlərimizdə və müxtəlif tələbə gənclər təşkilatları və qurumlarında on minlərlə gənclərimizə seminarlar vermişəm :

Universitetlər

Bakı Dövlət Universiteti                                Azərbaycan Texniki Universiteti

ADA Universiteti                                          Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycan Dövlət Neft Akademiyası         Odlar Yurdu Universiteti

Anadolu Universiteti                                    Qafqaz Universiteti

Xəzər Universiteti                                        Xarici Dillər Universiteti

Slavyan Universiteti                                     İqtisad Universiteti

Memarlıq Universiteti                                   Müəllimlər İnstitutu

Qərb Universiteti                                          Turizm İnstitutu

Dövlət İdarəçilik Akademiyası                       Azərbaycan Universiteti

Azərbaycan Texnologiya Universiteti            Lənkəran Dövlət Universitet

Qurum və təşkilatlar

                     ASAN Bakı                                                      ASAN Sumqayıt

                    SABAH qruppları                                            Azinka                                                                  

                   WOWOMAN                                                   İpək Yolu

                                                                İB club                                          

Seminarlarımın keçirilməsini istəyən universitetlərin tələbə gənclər təşkilatları rəhbərləri və gənclər mənimlə öncədən əlaqə saxlamalıdırlar ki, seminar proqramı planlaşdırılsın.

Mənimlə görüşmək istəyən insanlarla adətən həftələrlə öncədən plan qurmağıma və zamanımın və proqramımın ÇOX dolu olmasına baxmayaraq bu seminarlara yenə də zaman və enerji ayıracam, çünki bu fəaliyyətimi Azərbaycana, Vətənə, ölkəmizə və xalqımıza qarşı özümə borc bilirəm və aylıq planlarımda bu kimi fəaliyyətlər hər zaman birinci sıradadır.

 

3 comments

  1. Əla Fəxri müəllim! Bu il İqtisad Universitetində seminarlarınızı təşkil etməkdən məmnunluq duyarıq 🙂

  2. İnşallah. sizi Memarlıq və inşaat universitetində yenidən görmək istiyərik 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *