business-consultant1
Məqalələrim

Biznes KONSULTASİYALAR

     Sahibkarlarımızın PROBLEMLƏRİ nələrdir?

  • Bütün günü işlərin içində olduqlarına görə, biznesə uzaqdan və kənardan baxa bilmirlər;
  • Böyük layihələrə və gələcək planlara zamana ayıra bilmirlər;
  • Biznesi inkişaf etdirmək məqsədi ilə sərbəst zamanın və konsentrasiya olmaması.
  • Həyatda balans, sağlamlıq, ailə və istirahətə zaman ayırmaq mövzusunda yazmıram belə  – həftənin 7 gününü və günün 14 saatını işdə keçirən insanın həyatında balans olması mümkün deyil.

      Yuxarıda qeyd edilən sahibkarların 4 əsas probleminin yeganə səbəbi – şirkətdə idarəçilik sisteminin olmamasıdır.

          Sahibkarlarla görüşlərdə daim vurğuladığım məqam – saatınızı hər gün qurursunuz? Şirkət də elədir. İdarəçilik sistemi elə qurulmalıdır ki, davamlı işləməlidir, şirkət sahibinin şəxsinə bağlı olmadan.

       Mən nə edirəm? İdarəçilik saatını qururam ki, sistem işləsin.

      Qısaca işim mərhələlərlə budur : 

  • şirkətə gəlirəm, tanış olub təhlil edirəm;
  • inkişaf və sistemin qurulması mövzusunda təkliflərimi verirəm;
  • lazım olduğu hallarda, mütəxəssislərin və peşəkarların işə alınmasını da özüm edirəm;
  • sistem qurulur 

 

 

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *